"TƏK MİLLƏT TƏK ÜRƏK" Humanitar Platforması Qobustan rayonunda

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə beşinci yardım aksiyası olaraq Qobustan rayonunu əhatə edən bütün şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən, bizlərlə birlikdə şəhid və qazi ailələrimizi ziyarət edən Qobustan rayon İcra Hakimiyyətinin Baçısı Adil Məmmədova, Qobustan-Abşeron Seçki Dairəsindən Milli Məclisin deputatı Şahin Seyidzadəyə xüsusi təşəkkürümüzü bildiririk. 

#tekmillettekürək
#qardaşlıqqazandı
#birmillətikidövlət
 

Xəbər lenti