“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
27 Noyabr 2023, 11:55
27 Noyabr
2023
11:55
202
FED-in yumşaq monetar siyasətə keçid ehtimalları dolları zəiflədir.
"InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ərzində ABŞ Federal Ehtiyatlar Sistemi rəsmilərinin inflyasiyaya nəzarətin tam təmin olunduğuna əmin olmadıqca sərt monetar siyasəti davam etdirəcəklərinə dair bəyanatlarına baxmayaraq, FED-in tezliklə pul-kredit siyasətini yumşaltmağa başlaya biləcəyi ilə bağlı bazar spekulyasiyaları artdıqca, dollar əsas qlobal valyutalar qarşısında zəifləməyə davam edir. Bu, FED-in faiz dərəcələrinin pik həddə çatdığına dair inam fonunda baş verir.
Avro dollar qarşısında gücünü qoruyub və EURUSD məzənnəsi həftəlik şamını 1.0940 səviyyəsində tamamlayıb. Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri paritetdə tendensiyanın formalaşmasına ciddi təsir edə bilər. Analitiklər inflyasiya səviyyəsindəki son rəqəmlərin resessiyanın getdikcə dərinləşdiyi Avrozona iqtisadiyyatına dair bir sıra suallara aydınlıq gətirəcəyini hesab edirlər. Onlar həmçinin hesab edirlər ki, Avrozonada 2023-cü ilin ikinci yarısında başlayan mülayim resessiya ehtimalı getdikcə artır.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində bir qədər də geriləyərək 103.40 bəndə düşüb. Bu, əsasən ABŞ-nın gözləniləndən daha zəif iqtisadi göstəriciləri bazarların FED-in növbəti faiz artımı ehtimallarının yerini faiz endirimlərinə verməsi fonunda yaşandı.
Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 30% təşkil edir.
Dollar Yapon yeni qarşısında da ucuzlaşmaqda davam edir. Ötən həftə ərzində 147.15 hədlərinə qədər gerilədikdən sonra buradan dəstək alaraq bahalaşan USDJPY məzənnəsi, 150 yen səviyyəsindəki müqavimət həddini qıra bilmədi. Həftəlik şamını 149.40 həddindən tamamlayan cütlükdə "ayılar” qiyməti 150 yen səviyyəsinin altında saxladığı müddətcə eniş tendensiyası davam edə bilər.
Ardıcıl 2 həftədir dollar qarşısında bahalaşan Britaniya funt-sterlinqi ötən həftəni 1.26$ səviyyəsində tamalayıb.
Cari həftə ərzində isə Amerikadan açıqlanacaq tikinti sektoru və ilkin mənzil bazarındakı satışların həcminə dair statistik rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, ÜDM-in həcmi, "Conference Board” İstehlakçı Güvən İndeksi və Şəxsi Xərclər İndeksi kimi önəmli iqtisadi göstəricilər dolların qiymətlərinə dəstək ola bilər.
Bazar iştirakçıları bu həftə həmçinin Kanadada, İsveçrədə və Türkiyədə ÜDM-in həcmi, həmçinin AMB sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri Endryu beylinin çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında sürətlə bahalaşmasına səbəb oldu. Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EURUSD məzənnəsində volatilliyə səbəb ola bilər.
GBP
Ötən həftəni 1.26$ səviyyəsində tamamlayan GBPUSD məzənnəsində bu həftə tendensiyanın gedişinə təsir edəcək əsas məqamlardan biri İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ola bilər.
NEFT
Ardıcıl 4 həftədir ucuzlaşan neftdə eniş tendensiyası ötən həftə bir qədər ləngiyib və həftəni 81.20$ səviyəəsində başa vurub. Lakin cari ticarət həftəsinin ilk gününə enişlə başlayan "qara qızıl” hazırda 80$-dan təklif olunur. "Buğalar” qiyməti 82$ həddinin üzərinə qaytara və bu səviyyədə saxlaya bilsələr, neft 87$-a kimi bahalaşa bilər. Eniş tendensiyası davam edəcəyi təqdirdə isə, dəstək hədləri kimi 78$ və 75$ səviyyələri çıxış edir.
XAUUSD
Ötən həftəni 2000$ həddinin üzərində tamamlayan qızıl, cari həftənin ilk günündə də bahalaşmağa davam edir. Hazırda 2012$ civarında təklif edilən qiymətli metalın dəyəri 2020$-ın üzərinə yüksəlsə, artım tendensiyası 2041$-a kimi davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!