Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi

21 Avqust 2023, 10:17
21 Avqust
2023
10:17
67
2020-ci ildə 44 günlük tarixi qələbəmizdən sonra Azərbaycanın gücü və mövqeyi nəyinki regionda, o cümlədən bütün dünyada daha da yüksəldi. Müharibə gedişində və müharibədən sonra uzun müddət Azərbaycanın parlaq qələbəsi, hərbi-strateji gedişlər, 30 ildən sonra tarixi ədalətin bərpası dünya dövlətləri tərəfindən geniş şəkildə müzakirə olundu.
Azərbaycanın siyasi və iqtisadi gücü ildən ilə qazanılan uğurlarla özünü göstərir. Hər il Azərbaycan üçün istər inkişaf baxımıdan, istərsə də müxtəlif sahələrdə əldə olunan uğurlara görə yadda qalan olur. Bu baxımdan son illər daha çox tarixi qələblər əldə olunub. Xüsusən də xarici siyasət sahəsində Azərbaycan bir sıra tarixi nailiyyətlər qazanıb. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyətini də xüsusi qeyd etməliyik. Bununla, Ermənistanın növbəti avantürası puç oldu.
Belə ki, rəsmi İrəvanın "blokada” və ya "humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.
Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Prezident İlham Əliyev bu faktları dəfələrlə elə BMT rəsmilərini qəbul edərkən onlara xatırlatmışdır. Dövlətimizin başçısı 2021-ci ilin avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən Azərbaycanın öz potensialı daxilində sülhə və təhlükəsizliyə töhfə verdiyini vurğulamışdır: "Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk Qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik”.
Azərbaycan hər zaman BMT-nin fəal üzvü olmuşdur. Azərbaycan 2011-ci ildə beynəlxalq birliyin böyük dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. O zaman 155 ölkəmizin namizədliyini dəstəkləmişdi. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun və fəal xarici siyasətinin göstəricisidir. İki illik sədrlik dövründə Azərbaycan çox mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürmüşdür. Həmin zaman beynəlxalq birliyin gündəliyində duran bir sıra vacib qlobal məsələlərə toxunulmuşdur. Bu gün isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. Ölkəmiz BMT Baş katibinin təşəbbüslərinə dəstək olur. Xüsusilə koronavirusla ilə mübarizə sahəsində Azərbaycan fəallıq göstəmişdir.
Rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. BMT-də aparılan müzakirələr bir daha göstərdi ki, bəzi Qərb dövlətlərinin və təşkilatlarının əsassız çağırışlarına, qərəzli bəyanatlarına baxmayaraq, dünya ictimaiyyəti rəsmi Bakının haqlı mövqedə olduğundan xəbərdardır. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət həm region, həm də beynəlxalq birlik üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruyur.
Təranə Paşayeva
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri
"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri
Psixologiya üzrə fəlsəfə doktoru
Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
SOSİAL
“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
SOSİAL
Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
GÜNDƏM, SOSİAL
“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
SOSİAL
Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
SOSİAL
Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
GÜNDƏM, SOSİAL
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
GÜNDƏM, SOSİAL
Vardanyanın milyardlıq mülkləri...
-
SOSİAL
“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir