Azərbaycanın mülki döyüşçüləri: XALQIMIZIN NÖVBƏTİ QƏLƏBƏSİ

Azərbaycanın mülki döyüşçüləri: XALQIMIZIN NÖVBƏTİ QƏLƏBƏSİ

"Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması xəbəri son ayların olduqca sevindirici xəbəridir”.

Bunu İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, "Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, bu, bir daha onu göstərir ki, güc birlikdədir, güc vəhdətdədir, güc Prezidentin ətrafında sıx və bir yumruq kimi birləşməkdədir:

"Bu Vətən hamımızındır, Vətənimizin qorunmasında və mühafizəsində təkcə hərbçilərimizin və silahlı qüvvələrimizin deyil, vətəndaş cəmiyyətinin, eləcə də xalqın hər bir sıravi nümayəndəsinin rolu və zəhməti var.

Nə az, nə çox – düz, dörd aydan çoxdur ki, Laçın-Xankəndi yolunda etiraz edən aksiya iştirakçılarının zəhmətləri öz bəhrəsini verməkdədir. Hələ ötən ilin dekabr ayından etibarən etirazlara başlayan aksiya iştirakçılarının tələblərindən biri də yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması idi.

Biz bunu bacardıq, bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hərbçi olub-olmamasından, hərbi forma geyinib-geyinməməsindən asılı olmayaraq hər bir vətəndaş döyüşçüdür!”.

Qeyd edək ki, T.Allahverdili Laçın-Xankəndi yolunda keçiriləm etiraz aksiyasının təşəbbüskarlarından və iştirakçılarından biridir.

Xəbər lenti