Azərbaycanın uğurlarını həzm etməyən qüvvələr hər zaman olub, olacaq da - Deputat

Azərbaycanın uğurlarını həzm etməyən qüvvələr hər zaman olub, olacaq da - Deputat
Prezident seçkilərinə az zaman qalır. Artıq təbliğat-təşviqat mərhələsi başlayıb və namizədlər öz platformalarını, şüarlarını təqdim edir, fikirlərini, düşüncələrini insanlarla bölüşür. Təbii ki, seçki marafonunda əsas favorit cənab İlham Əliyevdir. O Əliyev ki, 30 il boyunca Azərbaycanın və azərbaycanlının xidmətində dəyanətlə, ləyaqətlə dayanıb, özünün də söylədiyi və vəd etdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb və nəhayət: bizləri ən ümdə arzumuza – suverenliyimizə, doğma Qarabağımıza qovuşdurub.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, bir vaxtlar Şuşa, Xankəndi yuxumuza belə yaxın gəlmirdi, xəyallarımızdan belə uzaqlarda dayanırdı.

"Amma İlham Əliyev yuxulara və xəyallara gəlməyən həmin arzuları real həyatda gerçəkləşdirdi. Azərbaycanı bütövləşdirdi. Bizə dünyanın ən böyük sevincini bəxş etdi.

İlham Əliyev müdrik insandır. O, etibarlıdır, güvənlidir. Azərbaycan xalqı əmindir ki, onun Prezidenti nə etsə düz edir, ancaq öz vətəndaşının rifahını, marağını düşünərək edir, onu qorumaq üçün edir.

Biz dövlət və millət olaraq gerçəkdən çox şanslıyıq. Çünki Heydər Əliyev tərəfindən təməli qoyulan milli siyasəti, milli strategiyanı yalnız və yalnız İlham Əliyev bu şəkildə müdrikliklə, düzgün, məqsədyönlü davam etdirə bilərdi”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, heç şübhəsiz ki, Azərbaycanın tərəqqisini, uğurlarını həzm etməyən qüvvələr hər zaman olub və bundan sonra da olacaq.

"Fəqət, belə qüvvələr əsla və əsla bizim müstəqilliyimizə, amallarımıza, inkişafımıza kölgə sala bilməyəcək. Çünki Azərbaycanın İlham Əliyev kimi Lideri var. Çünki İlham Əliyev bu xalqı daim göz bəbəyi kim qoruyacaq. Çünki İlham Əliyev ölkəmizi günbəgün daha böyük uğurlara, qələbələrə doğru aparacaq.
Mən ləyaqətli, cəsur, Müzəffər Prezidentimlə qürur duyuram. İlham Əliyev qədri bilinən və hər zaman bilinməli şəxsiyyətdir. Biz həqiqətən xoşbəxt xalqıq, bəxtəvər vətəndaşlarıq ki, İlham Əliyev kimi müdrik Liderin rəhbər olduğu Azərbaycanda yaşayırıq və fəaliyyət göstəririk”, - deyə deputat əlavə edib.

Xəbər lenti