Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək

Bakıda ilk dəfə
 Oktyabrın 8-də  Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının,  Azərbaycan Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin dəstəyi, lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş natural bodibildinq və fitnes üzrə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq turnirdə fiziki məhdudiyyətli şəxslərin, eyni zamanda irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların əl işlərinin sərgi- satış yarmarkasıda təşkil olunacaq.
Yarış sonrası "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin təşkilatçılığı ilə   hakimlər, atletlər və  idarə heyətinin üzvləri "Sağlam olaq, Donor olaq!" devizi altında qanvermə aksiyasında iştirak edəcəklər.
İdman tədbirinin rəsmi açılış mərasimi 8 Oktyabr 2023-ci il, saat 12:00-da Şəmsi Bədəlbəyli 98 ünvanında yerləşən "Opera studiya”- sında  keçiriləcəkdir.
 
 
 
 
 
 

Xəbər lenti