“Beynəlxalq təşkilatlar susmamalıdır” - BƏYANAT

“Beynəlxalq təşkilatlar susmamalıdır” - BƏYANAT
Erməni təxribatı və terroru davam edir. Bu terror dayanmır, günahsız insanların canını alır, sabitliyi pozur. 

İki gün öncə Azərbaycan və Ermənistan sərhədində baş verən insident də Ermənistanın təxribatları ucbatından baş verdi və bunun məsuliyyəti heç şübhəsiz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistan silahlı qüvvələri sülh müqaviləsi ərəfəsində belə cinayətlər törətməklə gedişatı pozur, destruktiv fəaliyyəti ilə qıcıq yaradır, eyni zamanda çox ciddi, çox böyük masştablı müharibə cinayətləri törədir. Həmin müharibə cinayətləri içində Azərbaycanın mülki əhalisinin də hədəfə alınması var. Daha dəqiqi: 44 günlük müharibə zamanı Gəncə və Tərtər ərazilərində erməni vandalları tərəfindən törədilən terrorlar bu gün də bir başqa formada davam etdirilir.

Azərbaycan indiyə qədər heç kimin torpağına iddia etməyib, sadəcə öz əzəli torpaqlarını işğaldan azad edib, öz suveren hüququndan yararlanıb, BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrini icra edib, beynəlxalq hüququn prinsiplərini əsas götürüb. Ona görə də bütün dünya bu hadisələrə reaksiya verməlidir, haqqın tərəfində olmalıdır, Ermənistanın təxribatları ilə bağlı mövqe bildirməlidir.

Eyni zamanda Beynəlxalq Təşkilatlar erməni terroruna münasibətdə səssiz, sakit qalmamalıdır! Ortada ciddi qınaq olmalıdır. Ermənistana qarşı ən sərt təpki göstərilməlidir. Çünki erməni terroru bir tək Azərbaycan üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün, regional sabitlik üçün, beynəlxalq hüququn realizəsi üçün böyük təhlükədir.

Azərbaycan bir gecənin içində 50 şəhid verdi. O şəhidlər günahsız idi, öz ərazisində idi və sadəcə öz vətənini qoruyurdu. Tanrı onların hər birinə qəni-qəni rəhmət eləsin.

Azərbaycan Demokratik Maarifçilik Partiyası olaraq dövlətimizin yanındayıq və möhtərəm Prezidentimiz İlham Əliyevin hərbi-siyasi strategiyasını dəstəkləyirik.

Tanrı Azərbaycanımızı və qəhrəman əsgərlərimizi qorusun!

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Xəbər lenti