“Dövlətimiz dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib” – TƏHLİL
"Moldovanın paytaxtında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşdə sülhə doğru hər hansı irəliləyişin olacağını gözləməsəm də, onu əhəmiyyətli sayıram.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "O baxımdan əhəmiyyətli sayıram ki, birincisi, əgər söhbət regionda qarşıdurmanın aradan qalxmasından gedirsə, buna şans varsa, Azərbaycanın bütün platformalarda danışıqlara hazır olduğu növbəti dəfə sərgilənir. İkincisi, neçə vaxtdır bu danışıqlarda özlərinin də görünməsi üçün dəridən-qabıqdan çıxanlar da, haylar və hay dillilər də bir daha anlayacaqlar ki, Fransa Prezidenti yox, kim Paşinyana yandaşlıq edir-etsin, Azərbaycan öz mövqeyindən bir millimetr belə geri çəkilməyəcək. Çünki bizim mövqemiz beynəlxalq normalara, regionda yaratdığımız reallığa, Azərbaycan-Ermənistan şərti sərhədindəki vəziyyətə, dövlətimizin qüdrətinə və millətimizin Şuşanın azad olunması zamanı bütün çılpaqlığıyla üzə çıxan dönməz iradəsinə dayanır. Üstəlik dövlətimizi o danışıqlarda intellekt, diplomatik təcrübə və bacarıqdan tutmuş qətiyyətədək qarşısındakıları bir çox baxımdan kölgədə qoyan lider təmsil edir. Özü də həmən lider Kişineuya Azərbaycanı "regionun açar ölkəsi” adlandıran İsrail Prezidentinin bura səfəri başa çatar-çatmaz, eyni zamanda da Bakı Enerji Həftəsi çərçivəsində "qlobal önəm daşıyan” 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindən çıxaraq getdi. Məhz sözü gedən sərgi ilə bağlı ABŞ Prezidenti Baydenlə, Böyük Britaniyanın Baş naziri Sunakın cənab İlham Əliyevə göndərdikləri məktubda ölkəmizin Avropanın enerji təhlükəsizliyində necə mühüm rol oynadığı ayrıca vurğulanır ki, bunu Kişineu danışıqlarında Paşinyana yandaşlıq edənlərin görməzdən gəlmələri eyni birlikdə yer aldıqları bir sıra dövlətlərin maraqlarına qətiyyən cavab verməyəcək. Yeri gəlmişkən, İsrail Prezidenti Bakıda səfərdəykən üstüörtülü olsa da, o ölkənin çıxaracağı qazın da, məhz cənab İlham Əliyevin təşəbbüsü ilə ərəsyə gələn kəmərlə Avropaya çatdırıla biləcəyinə toxunuldu. Ancaq ikinci Qarabağ savaşından üzü bəri bu regionda sülhün əldə edilməsi üçün heç bir nəzərəçarpan addım atmayan, əksinə Ermənistanı revanşizmə həvəsləndirən Fransanın Prezidentinin Kişineu görüşündə boy göstərməsi oradakı atmosferə, yumşaq desək, elə də müsbət təsir etməyəcək. Almaniya kanslerinin də danışıqlara qatılması, ö dövlətin ikinci Qarabağ savaşından sonra regionadakı proseslərə yanaşmada necə bir siyasət yeritdiyini nəzərə alsaq, fikrimcə, Avropa Birliyininin bütün üzvlərinin eyni mövqedə durduqlarının qabardılması üçündür. Yəni burada "neyrtallaşdırıcı rol”dan danışmaq aşırı nikbinlikdir. Bir də ki, bəlli səbəblərdən bizim kiminsə kimisə neytrallaşdırmasına ehtiyacımız da yoxdur. İstədiyimiz torpaqlarımız üzərində suverenliyimizin tam təmini və qarşı tərəf də istəyərsə sülhdür. Bu yöndə Kişineuda hər hansirəliləyiş əldə edilərsə belə, açığı, mən inanmıram ki, müsyö Makron Praqa görüşündən sonra olduğu kimi səsləndirdiyi fikirlərlə onu sıfırlamağa çalışmasın. Ona görə də, əgər Avropa Birliyi və digərlərinin məqsədi doğrudan da bu regionda dayanqlı sülhdürsə, onda cənab İlham Əliyevin təklif etdiyi və Vaşinqtonun da dəstəklədiyi kimi Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların təşkilinə çalışılmalı, mövcud ziddiyyətlərdən Fransa sayaq öz geosiyasi məqsədləri üçün yararlanmaq cəhdində bulunanlar isə çəkilib qıraqda durmalıdırlar. Aydındır ki, alətə hörmət olunmur, ondan ancaq istifadə edilir, amma qərbdəkilər bir neçə dəfə pis vəziyyətdə qoyduqlarını, ən azından özlərindən saydıqlarını nəzərə alıb haylara nəhayət rəhmləri gəlməli, "Böyük Ermənistan” xülyasıyla yaşayanları ikinci Qarabağ savaşındakından betər rüsvayçılığa sürükləməməlidirlər. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin görüş öncəsi paylaşdığı tviti mən bu baxımdan önəmli sayıram. Orada hara göndərildiyini cənab Prezidentin 4 gün öncə Laçında da təkrarladığı "status” və "miatsum” üçün heç bir ümid yeri qoyulmur. Amma həmən tvitdə yəqin ki, Ermənistan rəhbərliyini "cəsarətli addım” atmağa səsləyən cənab Mişel yaxşı olardı ki, doğru təsbitləyərək "keçmiş Dağlıq Qarabağın əhalisi” adlandırdığı haydilliləri də ağıllı davranmağa, Azərbaycan Prezidentinin amnistiya haqda dediklərindən yapışaraq öz uydurma vəzifələrindən və saxta hakimiyyət orqanlarından imtinaya çağırardı. Belədə Qarabağdakı separatçı ünsürlər də, üzərinə qoyulan vəzifəni yerinə yetirə bilməyən, nə Jirinovski, nə də Priqojin olmağı bacaran dələduz Vartanyan da işlərini bilərdirlər. Əslində sonuncunu aldığı tapşırıqdan başqa onu ora heç nə bağlamayan Qarabağdansa, əminəm ki, yəqin özünün də mülkünün olduğu və üzərində indi Ukraynanın puaları uçan Rublyovkanın taleyi daha çox maraqlandırır.
Daha sonra S.Alıyev Fransa Prezidenti ilə Ermənistan baş nazirinin bənzərlikləri çox olduğunu deyib: "Ölkələrinin potensialına uyğun gəlməyən, reallığı özündə əks etdirməyən, ciddilik və məsuliyyət baxımından tutduqları postla heç uyğunlaşmayan açıqlamaları və nala-mıxa vurmalarıyla bir-birini təkrarlayırlar. Ancaq son zamanlar Paşiynan sanki bir az düzəlib. "Qarabağ Ermənistandır və nöqtə",- hayqıran bu adam Kişineudan dönəndən sonra böyük sevinc hissi ilə bildirir ki, Azərbaycan onun ölkəsinin torpaq bütünlüyünü deyəsən tanıyacaq. Türklər demişkən, "nereden nereye".
Makron isə yenə öz ampluasındadır. Kişineu görüşü öncəsi burada necə yazmışdımsa, elə də davrandı. Yelisey sarayı bildirir ki, Moldova paytaxtında gedən danışıqlarda "Tərəflər Dağlıq Qarabağ haylarının hüqüq və təhlükəsizliklərinin təmininin vacibliyini vurğulayıblar".
Birincisi, maraqlıdır, tərəflər deyəndə kimlər nəzərdə tutulur? İkincisi, mən bilən orada Ermənistanın Fransadakı anlklavlarında məsələn, Marseldə yaşayanların da hüquq və təhlükəsizliklərin təmini məsələsi qaldırılıb, bəs Yelisey sarayının açıqlamasında bu niyə öz əksini tapmayıb?
P.S. Marselin Ermənistanın anklavı kimi təqdim edilməsinə təəccüblənməyin, Fransanın xarici işlər naziri Qarabağı belə adlandırırsa, məncə, biz də onun ölkəsində hayların cormalaşdıqları yerləri o cür adlandırmalıyıq.”
"Prezidentin bu tədbirdə iştirakı onun Avropadakı nüfuzunun durmadan artmasından xəbər verir”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərli deyib: "2020-ci ildə 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə etdiyimiz tarixi Zəfər diplomatik sahədə də inamlı addımlarımızın davam etməsinə əlavə təkan verir. Artıq Vətən müharibəsindəki şanlı Qələbədən sonra Azərbaycan yeni reallıqlar yaradıb. Regionun sabitlik şəraitində inkişafında maraqlı olan hər kəs bu reallıqları qəbul etməlidir. Elə iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən beştərəfli görüşü də məhz bu kontekstdən müsbət dəyərləndirmək olar. Ümumilikdə son addımlar əsas sülh müqaviləsinə bizi bir qədər də yaxınlaşdırır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəsilə Kişineuda aparılan bu danışıqlar isə daha çox koordinasiya xarakteri daşıyır. Fransa və Almaniya liderlərinin iştirakı bütövlükdə qeyri-formaldır. Yəni, əsas müzakirələr burada Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır. Bu görüşlərdə də əsasən sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi bir daha qeyd olunub. Bu isə yuxarıda vurğuladığımız məqamla bağlıdır. Yəni, görünən odur ki, regionun sabit şəkildə inkişafında maraqlı olan qüvvələr Azərbaycanın Vətən müharibəsindəki Qələbədən sonra yaratdığı yeni reallıqları qəbul edirlər”
"Möhtərəm Prezidentin "Avropa Siyasi Birliyi” 2- ci Zirvə Toplantısında iştirakı və keçirdiyi görüşlər olduqca böyük əhəmiyyətə malikdir və Azərbaycanın nüfuzunun daha da güclənməsinə xidmət edir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
"Zatən bir çox beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT və Avropa Şurası son zamanlar böhran içindədir və belə bir məqamda alternativ dialoq platformalarına çox ciddi ehtiyac var. Eyni zamanda görünən budur ki, "Avropa Siyasi Birliyi” həmin ehtiyacı ödəyən, boşluğu doldura bilən yeni platforma kimi yetərincə diqqət cəlb edir, güclənir və öz nüfuzunu günbəgün artırır.
Cənab Prezident öz görüşlərində çox maraqlı məqamlara toxundu və bütün dünyaya gərəkli mesajları verdi. Bütün bu gedişatlar, diplomatik uğurlarımız isə onun göstəricisidir ki, dövlətimiz dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və artıq bölgədə, regionda baş verən prosesləri diktə edən, yönləndirən gücə çevirilib.”– deyə Partiya sədri fikirlərinə davam edib.
Cavid Məhərrəmov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.6
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
MANŞET
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SOSİAL
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET
“Azərsığorta” ləğv edildi –FƏRMAN
-
MANŞET
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib