Əli Hüseynli: “ATƏT-in Minsk qrupu siyasi prosesləri düzgün dəyərləndirə bilməyən formal bir qurumdur” - MÜSAHİBƏ
16 Aprel 2022, 15:12
16 Aprel
2022
15:12
566
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi
- Azərbaycanın tarixi qələbəsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi reallıqlar bu məsələ ilə bilavasitə və ya dolayısı ilə bağlı olan bütün sahələrdə yeni istiqamətlərin formalaşmasını şərtləndirib ki, bunlardan da ən əhəmiyyətlisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqədardır. Bu vəziyyət həm də ölkəmizin beynəlxalq təşkilatlarla münasibətlərinin yeni çağırışlar üzərindən qurulmasını zəruri edir. Bu kontekstdə ATƏT-in Minsk qrupunun fəaliyyətini necə dəyərləndirərsiniz?
- Bildiyiniz kimi, bədnam qonşularımızın milli və ərazi iddiaları zəminində yeritdiyi separatizm siyasətinin nəticəsi kimi Ermənistanla Azərbaycan arasında yaranmış Dağlıq Qarabağ münaqişəsinin nizama salınması vasitəçi qismində 1992-ci ildə təsis edilmiş ATƏT-in Minsk qrupuna həvalə olunmuşdu. İlkin mərhələdə bu qurumun problemin həllinə kifayət qədər imkanlara malik olduğuna böyük inam vardı. Çünki Minsk qrupu münaqişənin nizama salınması üçün tərəflərə bir neçə təklif - mərhələli və paket həll variantları, Madrid və Kazan prinsipləri, ərazi mübadiləsi və s. hazırlayıb təqdim etmişdi. Lakin işğalçı ilə işğala məruz qalan tərəflərə eyni rakursdan baxılması, ikili standartlar və zaman keçdikcə Azərbaycanın daha çox güzəştə getməyə məcbur olacağı ilə bağlı özünü doğrultmayan gözləntilər həmsədrlərin fəaliyyətinin ədalətsiz prinsiplər üzərində qurulduğunu ortaya çıxardı.
Hadisələrin bu məcrada inkişaf etməsi zamanında Ulu öndər Heydər Əliyevi də çox narahat edirdi. 2002-ci il sentyabrın 28-də Prezident sarayında ATƏT-in Minsk qrupunun həmsədrlərini sonuncu dəfə qəbul edərkən o, bununla bağlı kəskin şəkildə ciddi etirazını bildirmiş və xəbərdarlıq etmişdi: "...Təəccüblənirsən, bu barədə nə qədər danışmaq olar, nəticə isə yoxdur. Demək istəyirəm ki, 1988-ci ildə münaqişənin başlandığı vaxtdan 14 il keçir. ATƏT-in Minsk qrupunun yaranmasından isə 10 il keçir. Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın həmsədrlik etdiyi format 1997-ci ilin əvvəlində yaranmışdır. Axı, bu, böyük müddətdir. Biz məsələni həll edə bilmirik, bizim yüz minlərlə adamımız isə bundan əziyyət çəkir. Nə qədər adamın çadırlarda yaşadığını, Azərbaycan ərazisinin nə qədər hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bilirsiniz. Azərbaycan cəmiyyətində münaqişənin sülh yolu ilə həllinə ümid bəsləmək əhval-ruhiyyəsinin zəifləməyə, "işğal altındakı ərazilərimizi hansı vasitələrlə olursa-olsun özümüz azad etməliyik” əhval-ruhiyyəsinin isə güclənməyə doğru necə dəyişdiyini bilirsiniz...”.
- Minsk qrupu həmsədrlərinin iştirakı ilə 30 ilə yaxın müddət ərzində aparılan danışıqlarda niyə heç bir irəliləyişə nail olunmadı?
- Səbəblər də aydındır. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi və Minsk qrupunun dişsizliyi danışıqlarda ortaq məxrəcə gəlinməsini mümkünsüz edirdi. Ona görə də 2003-cü ildə dövlət başçısı vəzifəsinə seçildikdən sonra münaqişənin həlli məsələsində Prezident İlham Əliyev ortaya qoyduğu hücum taktikasına üstünlük verməyə başladı və paralel olaraq beynəlxalq miqyasda aparılan güclü təbliğat işləri də bu istiqamətdə gedən proseslərin getdikcə Azərbaycanın xeyrinə dəyişməsinə zəmin yaratdı və növbəti mərhələdə diplomatiyamızın uğurlarını şərtləndirdi. Ölkə rəhbərinin hər dəfə səsləndirdiyi "Danışıqların nəticə verməyəcəyi təqdirdə torpaqlarımızı öz gücümüzlə azad edəcəyik” kimi ismarıcları həmsədr ölkələrin də diqqətindən yayına bilməzdi. Məhz bu fonda BMT-nin hələ 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnaməsinin hüquqi gücündən bəhrələnmək şansını dəyərləndirə bilməyən Minsk qrupunun fəaliyyəti sadəcə görüntü xarakteri daşımağa başladı. Nəhayət, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Baş nazir Nikol Paşinyanın nümayişkaranə şəkildə davam etdirdiyi qeyri-konstruktiv mövqe və "Qarabağ Ermənistandır və nöqtə” kimi ifadələri, təxribat xarakterli davranışları danışıqları dalana dirədi və mənasız etdi.
Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində BMT, ATƏT və digər beynəlxalq təşkilatların 30 ilə yaxın müddət ərzində həll edə bilmədikləri və yaxud həll etmək istəmədikləri Dağlıq Qarabağ problemini təkbaşına çözərək ölkəmizin ərazi bütövlüyünü birdəfəlik bərpa etdi.
- İctimaiyyətə məlumdur ki, hətta müharibənin gedişində belə ATƏT-in Minsk qrupu seyrçi mövqe sərgilədi və beynəlxalq təşkilatın simasına yaraşmayan bir tərzdə sanki bölgədə baş verən bu mühüm hərbi-siyasi proseslərdən gizlənməyə çalışdı. Sizcə bu davranış nəyə hesablanmışdı?
- Bəli, bundan əvvəl olduğu kimi, müharibəsinin gedişində də Minsk qrupu nəinki Ermənistanın mülki əhalimizə və milli-mənəvi dəyərlərimizə qarşı törətdikləri cinayətləri və vandalizm əməllərini yenə də susqunluqla qarşılayaraq bitərəf mövqe nümayiş etdirdi, hətta onun həmsədrlərindən biri olan Fransa açıq şəkildə Ermənistanı dəstəkləyən bəyanatlarla çıxış etdi. Lakin buna baxmayaraq, müharibədən sonra "oyundankənar” vəziyyətə düşmüş ATƏT-in Minsk qrupu yenidən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəallıq nümayiş etdirməyə cəhd göstərdi. Bu davranış səmimiyyətdən uzaq, ikili standart nümunəsidir.
Vətən müharibəsi bitdikdən cəmi bir ay sonra - 2020-ci il dekabrın 12-də Minsk qrupunun həmsədrləri ilk dəfə dəvət gözləmədən Bakıya səfər etmişdilər. Prezident İlham Əliyev onları qəbul edərkən bu qurumun fəaliyyətinə münasibətini çox aydın və açıq şəkildə ifadə etmişdi: "...Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir...”.
- Əli müəllim, Ermənistanın Azərbaycanla sülh danışıqları prosesində ATƏT-in Minsk qrupunun vasitəçiliyində israr etməsinə münasibətiniz necədir və iki ölkə arasında münasibətlərin normallaşmasında Minsk qrupunun iştirakı bizə nə verə bilər?
- Rəsmi İrəvanın bu qurumdan imdad diləməsi onun özünün təkbaşına Azərbaycanın diplomatiyası və hərbi gücü qarşısında duruş gətirə bilməyəcəyini anladığını göstərir. Görünən odur ki, Ermənistan Minsk qrupu timsalında özünə həm beynəlxalq dayaq, həm də əvvəllər olduğu kimi, bu qrupun həmsədrlərinin ayrı-ayrılıqda dəstəyinə ümid edir.
Bölgədə gedən son proseslər və baş verən hadisələr isə Ermənistanın bu istəyinin də reallaşmasına imkan verməyəcək. Çünki Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da baş tutmuş Azərbaycan və Ermənistan rəhbərlərinin ikinci Brüssel görüşündən sonra yayılan bəyanatda və digər sənədlərdə nə "Dağlıq Qarabağ”, nə də ki, "ATƏT-in Minsk qrupu” ifadəsi işlənir. Bir müddət əvvəl Rusiya tərəfi də Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə edərək bəyan etmişdi ki, bu çərçivədə ABŞ və Fransa Rusiya ilə kontaktları dayandırıblar. Bundan əlavə, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir.
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeylin İrəvana səfəri zamanı Ermənistan rəsmiləri və KİV-i onu "Minsk Qrupunun həmsədri” kimi təqdim etsələr də, məlum olub ki, Rokfeyl regiona yalnız Fransa XİN-in "Şərq Tərəfdaşlığı” proqramı üzrə nümayəndəsi statusunda səfər edib.
Yuxarıda qeyd olunanlar Minsk qrupunun siyasi prosesləri düzgün dəyərləndirə bilməyən formal bir qurum olduğunu və bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təsisata olan etimadın artıq heçə endiyi barədə fikrini bir daha təsdiqləyir: "...Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər...”.
Nəzərə alsaq ki, Azərbaycanın ATƏT-in Minsk qrupuna daxil olan bir çox ölkələrlə dayanıqlı və etibarlı qarşılıqlı siyasi və iqtisadi münasibətləri mövcuddur və bu münasibətlər yeni reallıqlar fonunda yeni keyfiyyətdə daha da inkişaf etməkdədir, o zaman həmsədrlik institutunun Azərbaycan üçün əhəmiyyəti bir qədər də azalmış olur. Eyni zamanda, qardaş Türkiyə və güclü Rusiya ilə müttəfiqlik münasibətləri, İtaliya ilə ən böyük əmtəə dövriyyəsi, digər dövlətlərlə normal diplomatik münasibətlər Azərbaycanın bu qurumda əhəmiyyətli mövqeyə çıxarır.
Digər tərəfdən, dövlətimizin başçısı bütövlükdə ATƏT-in özünün mötəbər beynəlxalq təşkilat kimi bölgədə sülhün və iqtisadi dirçəlişin təmin olunmasında öz rolunu oynaya biləcəyini istisna etmir: "...Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir...”/apa
Shushapost.Az
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)