Əli Hüseynli: Onların mövqeyinin xəyanətdən başqa adı yoxdur
29 Mart 2022, 14:07
29 Mart
2022
14:07
611
Əli Hüseynli
Milli Məclisin deputatı
Azərbaycan Ordusu Vətən müharibəsindən sonra dislokasiya işləri apararaq mövqelərini möhkəmlədirməkdə davam edir. Bu prosesin davamı kimi martın 24-25-də aparılan əməliyyatlar nəticəsində Xocalı rayonunun Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçib.
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalandı.
Sənədə əsasən ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Fərrux kəndi də həmin ərazidədir. Bu yaşayış məntəqəsinin Azərbaycanın nəzarəti altına keçməsi 10 noyabr üçtərəfli Moskva Bəyannaməsinin icrası istiqamətində həyata keçirilən tədbirlər planının tərkib hissəsi olaraq ən yüksək səviyyədə reallaşdırılan uğurlu hərbi və siyasi-diplomatik fəaliyyətin nəticəsidir. Ona görə də Azərbaycan Prezidentinin "nəyi, nə vaxt, necə edəcəyi” ifadəsi indi öz yerini bir daha təsdiqləmiş oldu.
Xalqımız bu müjdənin sevincini yaşadığı bir zamanda, təəssüf ki, bu tarixi prosesin gedişindən əndişələnənlər də yox deyil. Məhz mətbuatda Rusiya tərəfinin Azərbaycanın sərt təpkisinə reaksiyasından sonra AXCP sədri Kərimov Əlinin, "cəbhə” funksioneri Fuad Qəhrəmanlının və onların havadarlarının guya "Azərbaycan iqtidarının bacarmadığı işlə məşğul olması” kimi qeybətlər üzərindən dil-dil ötməsi bu şəxlərin Rusiyadaki antiazərbaycan klanı ilə əməkdaşlığının birbaşa sübutudur. Burada maraqlı bir sual yaranır: özlərini vətənpərvər sayan bu şəxslər martın 24-də Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı xəbərin sevincini niyə bölüşmədilər, əcəba? Sadə məntiqlə belə çıxır ki, qarşı tərəfin reaksiyasını gözləyirmişlər... Bu baxımdan onların mövqeyinin xəyanətdən başqa adı yoxdur.
Tarixi paralellər aparsaq, Kərimov Əli və onun dəstəsinin fəaliyyətində milli xəyanət kimi qiymətləndiriləcək belə faktların müxtəlif tarixi mərhələlərdə dəfələrlə təkrarlandığını müşahidə edə bilərik. Ötən əsrin 90-cı illərində onların Rusuiyadakı Qorbaçov-Yeltsin "demokratları” qruplaşması ilə əməkdaşlığı danılmaz fakt olaraq Azərbaycanın müstəqilliyi əleyhinə işləyirdi.
"Rəngli inqilab”ların, "ərəb baharı”nın bir nümunəsini də ölkəmizdə həyata keçirmək istəyən AXCP və üzdəniraq Milli Şuranın 2013-cü ilin Prezident seçkiləri ərəfəsində Rusiyadakı "milyonerlər ittifaqı” ilə isti münasibətlərinin üzə çıxmasını da xatırlatmaq yerinə düşər.
44 günlük Vətən müharibəsi zamanı ölkədə formalaşmış yeni milli birlik və siyasi həmrəylik çağırışına qoşulmayan AXCP bu davranışı ilə milli maraqlara heç də tam uyğun olmayan bir mövqe sərgiləmiş oldu.
Hər zaman olduğu kimi, son aylar Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı dünyada yaranmış mürəkkəb geosiyasi vəziyyətdə də Azərbaycan xalqının maraqları naminə ölkə rəhbərinin ortaya qoyduğu çevik diplomatik gedişlərə, uzaq perspektivlərə hesablanmış siyasi kursa xələl gətirmək cəhdləri tamamilə iflasa uğrayıb.
7News.Az
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)