“Əli Kərimli kimi anti-milli ünsürün düzənlədiyi aksiyaya kim gələr ki?” – Elşən Musayev

“Əli Kərimli kimi anti-milli ünsürün düzənlədiyi aksiyaya kim gələr ki?” – Elşən Musayev
 

"AXCP növbəti dəfə biabır oldu. Yenə rüsvayçılıq. Yenə fiasko. Yenə rəzalət. Keçirdikləri aksiyaya 30 nəfər civarında belə adam gəlmədi.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Təbii, elə gözlənilən də bu idi. Əli Kərimli kimi anti-milli ünsürün düzənlədiyi aksiyaya kim gələr ki? Əlbət, heç kim. Çünki həmin Əli Kərimlinin satqın və riyakar olmasından hamı xəbərdardır. Çünki AXCP-nin qaraguruhdan və uğursuzlardan ibarət olmasından hamı xəbərdardır. Çünki radikal müxalifətin nə qədər bəsit, xain, yaramaz və yabanı təfəkkürə sahib olmasından hamı xəbərdardır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti