Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfəri həm mövcud vəziyyətin öyrənilməsi, həm də əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.
Xarici diplomatlar indiyədək Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Ağdamda olublar. Bu dəfə isə onlar Şuşanı ziyarət etdilər və növbəti dəfə əyani şəkildə gördülər ki, erməni qəsbkarları 30 illik işğal dövründə hansı vandallıq aktları, necə vəhşiliklər törədiblər, Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı hansı talan və terror siyasəti yürüdüblər.
Bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
Deputat bildirib ki, diplomatlar hər dəfə bu səfərlərdən sonra heyrətə gəlir, ermənilərin əsl simasını daha aydın görürlər. O vəhşi sima 30 il ərzində törədilən terrorlardan, dağıdıcılıq fəaliyyətindən çox dəqiq sezilir. Dərhal aydın olur ki, bu torpaqlar ermənilər üçün yad olub. Ona görə də 30 ildə bir daş üstə daş qoymayıblar, ancaq dağıdıblar, talan ediblər, oğurlayıblar.
Ermənilərin cansız heykəlləri də gülləbaran etdiklərini vurğulayan deputat onların Azərbaycana aid məzarları dağıtdıqlarını, məscidləri təhqir etdiklərini, muzeyləri, kitabxanaları talana məruz qoyduqlarını bildirib.
Partiya sədri vurğulayıb ki, indi artıq həmin torpaqlar işğaldan azad olunub. Həmin torpaqlar indi nəfəs alır, dirçəlir. Qarabağda sürətli bərpa, yenidənqurma işləri aparılır. Qarabağ yenidən qurulur, yenidən öz gözəl simasına qayıdır. Bu isə Azərbaycan dövlətinin gücündən, potensialından xəbər verir.
"Təəssüf ki, Şuşa səfər edən xarici diplomatlar arasında bəzi dövlətlərin, xüsusilə uzun müddət ATƏT-in Minsk qrupunda həmsədrlik missiyasını həyata keçirən ölkələrin nümayəndələri yox idi. Hərçənd onlar hamıdan öndə olmalı idilər. Onlar hamıdan daha çox maraqlı olmalı idilər ki, Azərbaycan həqiqətləri, real və mövcud vəziyyət barədə informasiyalar bütün dünyaya çatdırılsın. Halbuki, həmin dövlətlər çox gözəl bilirdilər ki, məlum səfərin əhəmiyyəti çox böyükdür. Onların bu səfərdə iştirak etməmələri, belə bir təşəbbüsə qoşulmamaları, ilk növbədə, öz nüfuzlarına özləri tərəfindən vurulan ciddi zərbə kimi qiymətləndirilməlidir”, - deyə deputat əlavə edib.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat