GƏNCLƏR TƏŞKİLATLARI ÜÇÜN 16-CI QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNUB

GƏNCLƏR TƏŞKİLATLARI ÜÇÜN 16-CI QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNUB

Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 65, beynəlxalq layihələr üzrə 7 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

16-cı qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsindən (www.youthfoundation.az) tanış olmaq mümkündür.

Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 9 dekabr 2022-ci il müəyyən edilmişdir.

Xəbər lenti