İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış oldu - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.
Bildirilib ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilib.
Səkkizguşəli ulduz formasında layihələndirilmiş binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderimizin, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər yaradılıb, AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzey təşkil olunub.
Qeyd edilib ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən Agentlik Azərbaycan Xalq Cümhuriyyətində baş verən hadisələri, hökumətin gördüyü işləri cəmi 58 gün işıqlandıra bilib. Sovet dönəmində isə ictimai-siyasi hadisələrdən asılı olaraq, fərqli aqibətlə üzləşib, adı 7 dəfə dəyişikliyə məruz qalıb.
Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə ilk gəlişinə qədər, bir növ, arxa planda qalan AZƏRTAC məhz Ümummilli Liderin iradəsi, şəxsi nüfuzu və qayğısı hesabına keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında qabaqcıl yerə çıxıb. Yeni binanın muzey hissəsində nümayiş olunan eksponatlar bunu əyani şəkildə sübut edir. Sovet İttifaqında SİTA-dan və Ukrinformdan sonra tamamilə kompüterləşdirilən informasiya agentliyi AZƏRTAC olub. Texniki təchizata öz dövrünün ən müasir "T-100” teletaypını da əlavə etmək olar. Uzaq məsafələrə rəsmi sənədlərin – qərar, fərman və sərəncamların birbaşa ötürülməsinə imkan verən bu avadanlıqla ən çox təchiz olunan üç agentlikdən biri də AZƏRTAC idi.
Müstəqillik illərində də ulu öndər Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a xüsusi qayğı ilə yanaşırdı. 1995-ci il martın 3-də Agentliyin yenidən təşkil edilməsi haqqında imzaladığı Fərmanla AZƏRTAC-a dövlət informasiya orqanı statusu verilir, büdcə vəsaiti ayrılır, beynəlxalq informasiya məkanına çıxmaq qarşıya əsas vəzifə kimi qoyulur. Məhz həmin dövrdən AZƏRTAC regional və beynəlxalq media qurumları ilə sıx əlaqələr qurmağa başlayır.
Bu strateji xətt dövlətimizin başçısı İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilir. Hazırda Azərbaycan AZƏRTAC-ın timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. İnformasiya məkanında yeni çağırışlara adekvat cavab vermək üçün müasir texnika və avadanlıqlarla təchizat vacibdir. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb.
İstirahət və bayram günləri də daxil olmaqla fasiləsiz rejimdə fəaliyyət göstərən AZƏRTAC-ın yeni binasının ayrıca transformator məntəqəsi, fövqəladə hallarda elektrik ehtiyacını ödəyən dizel generator stansiyası vardır. Müasir qazanxana sistemi binanın bütün fəsillərə uyğun mərkəzləşdirilimiş qaydada havalandırılmasını təmin edir. Binanın zirzəmi qatında və həyətində 60 avtomobil üçün dayanacaq yaradılıb, ərazi abadlaşdırılıb və yaşıllaşdırılıb, ətraf küçəyə asfalt döşənib.
Hazırda 7 regional və beynəlxalq media təşkilatının üzvü olan AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası) və digər nüfuzlu milli xəbər yayımçıları var. Agentlik 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də beş dildə videoxəbərlər yayır. AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.
Ötən əsrin 20-ci ilindən Azərbaycan tarixinə şahidlik edən AZƏRTAC hazırda XXI əsrin salnaməsini yazmaqdadır. Yeni binada yaradılan hərtərəfli şərait agentliyin bütün yaradıcı və texniki resurslarını ölkənin uğurları, o cümlədən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatları bundan sonra da daha geniş coğrafiyada yaymağa səfərbər edəcəyinə əminlik yaradır.
AZƏRTAC-ın yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev deyib: "Əməkdaşlara salam deyin”.
Aslan Aslanov: "Hamısının Sizə salamları var”.
X X X
Azərbaycan Televiziyasının müxbirinin sualını cavablandıran Aslan Aslanov deyib: "Bu bina Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilib. Cənab Prezidentin xüsusi diqqəti və qayğısı nəticəsində belə gözəl, yaraşıqlı bina ərsəyə gəlib. Bütövlükdə 225 əməkdaşın səmərəli çalışmaq, müasir texniki vasitələrdən, innovativ texnologiyalardan istifadə etmək imkanı var. Bu şərait kollektivimizi daha məhsuldar işləməyə səfərbər edib".
09:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)