“İlham Əliyev bütün fəaliyyəti dönəmində Azərbaycanı işıqlı gələcəyə doğru aparıb” - Elşən Musayev

“İlham Əliyev bütün fəaliyyəti dönəmində Azərbaycanı işıqlı gələcəyə doğru aparıb” -  Elşən Musayev
"15 oktyabr – Azərbaycan və azərbaycanlılar üçün olduqca önəmli bir tarixdir. Çünki həmin gün İlham Əliyev ilk dəfə Prezident seçilib. Heydər Əliyev siyasətinə sadiq qalan bu Böyük Lider bütün fəaliyyəti dönəmində ölkəni işıqlı gələcəyə doğru aparıb, öz vətəndaşını qoruyub, hamının Prezidenti olmağı bacarıb və ən nəhayət: Müzəffər Ali Baş Komandan kimi Qarabağ Zəfərinə imza atıb, torpaqlarımızın işğaldan azad edilməsinə nail olub.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. 
"İlham Əliyev böyük şəxsiyyətdir, ləyaqətli Liderdir. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqdır ki, onun belə rəhbəri var.
Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Onun 2003-cü ildə Azərbaycan xalqına ünvanladığı müraciətin mətni yəqin hər kəsin xatirindədir. Həmin müraciətdə Ulu Öndər öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürmüşdü və bildirmişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”
İlham Əliyev həmin güvəni və xalqın etimadını ən yüksək səviyyədə doğrultdu və bu gün də doğrultmağa davam edir. Azərbaycan hazırda bölgənin ən inkişaf etmiş ölkələrindən biridir, Azərbaycan qalib ölkədir, Azərbaycan bütün dünyanın qəbul etdiyi, hesablaşdığı ölkədir. Azərbaycan İlham Əliyevin timsalında öz gücünü və qüdrətini günbəgün artıran ölkədir. 
Dəyərli Prezidentimizə can sağlığı və fəaliyyətində bol-bol uğurlar arzu edirəm.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti