İlham Əliyevin adı tarixə Müzəffər Sərkərdə kimi, Ordumuz isə qalib ordu kimi düşdü
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu tarixdən iki il öncə Aprel döyüşləri olmuşdu və Azərbaycanda sağlam düşünən hər kəs anlayırdı ki, bu döyüşlərdə azad olunmuş Vətən torpağının kiçik bir parçası sadəcə təsəlli üçün abadlaşdırılmırdı...
Şuşa məscidinin modelində Cocuq Mərcanlıda ibadət yeri boşuna ucaldılmırdı. Həm də Prezident İlham Əliyev birbaşa Şuşada Gövhər Ağa məscidinin bərpa olunacağını Cocuq Mərcanlıdan yüksək səslə və böyük inamla bəyan edirdi. Və keçirilən referendum nəticəsində böyük missiyanı yerinə yetirmək üçün prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılmasına vətəndaşların müsbət səs verməsi ölkəmizin tarixində yeni bir mərhələnin başladığının anonsunu verirdi. Çünki qarşıda dövləti və milləti gözləyən böyük savaşda ölkənin bütün resurslarının səfərbər olunması və dəmir intizamın yaradılması ən vacib şərtlərdən biri idi. Üstəlik 2003-cü ildə ilk dəfə prezident seçildiyi tarixdən başlayaraq İlham Əliyev müdafiə xərclərinin dinamik artımını təmin edərək ordu quruculuğunu prioritet məsələ olaraq diqqətdə saxlayırdı.
Dörd il öncə aprelin 11-də seçki oldu və Prezident İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir probleminin çözülməsi üçün başlanğıc oldu. Qarabağın azad olunmasının ilk anonsu məhz xalqın, cəmiyyətin 11 aprel 2018-ci ildə Prezidentə yenidən etimadı, inamı oldu.
Ölkədə ciddi kadr islahatları aparıldı. Prezident İlham Əliyev gənclərə meydan verdi. Müasir düşüncəli kadrların irəli çəkilməsi də müsbət qiymətləndirildi.
Prezidentin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycana böyük uğurlar qazandırdı. Bu islahatlarla korporativ idarəetmə mexanizmləri, vahid mərkəzdən idarəetmə sistemləri formalaşdı, müşahidə şuraları yaradıldı.
2019-cu ildən başlayaraq dünyanı ağuşuna alan koronavirus pandemiyasına qarşı mübarizə sahəsində də Azərbaycanda bir çox ölkələrə örnək ola biləcək addımlar atıldı ki, bu da təqdirəlayiqdir. Ötən il Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 4 may tarixində videoformatda keçirilən zirvə görüşünə təşkilatçılıq etdi. Həmin toplantının praktik nəticəsi olaraq, COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və digər tələblərinə dair məlumat bazasının yaradılması üçün İşçi Qrupunun təsis edilməsi qərara alındı. Daha sonra İlham Əliyevin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci tarixində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyası keçirildi.
Bu gün əvvəlki illər ərzində düzgün təməli qoyulan effektiv xarici və daxili siyasət sayəsində qazanılan böyük uğurlarımızın hamısı göz qabağındadır. Əgər ümumiləşdirmə aparsaq, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son dörd ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət üçün yenə də prioritet təşkil edib. Biz bu gün dövlət başçısının hələ seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və siyasi sahədə köklü islahatların aparılacağı ilə, yeni siyasi konfiqurasiyanın qurulacağı ilə bağlı vədlərinin son dörd il ərzində ardıcıl olaraq yerinə yetirildiyinin şahidi oluruq. Ötən dörd il ərzində Prezident İlham Əliyev xalqla təmasları daha da artırdı və vətəndaşları narahat edən məsələləri, problemləri birbaşa onların öz dilindən dinləməyə üstünlük verdi.
Mən son dörd ildə İlham Əliyevin dörd mühüm məsələdə əldə etdiyi uğurları xüsusilə qeyd etmək istəyirəm. Struktur islahatlarının və kadr dəyişikliklərinin həyata keçirilməsi, iqtisadi sferada islahatların gerçəkləşdirilməsi; Siyasi islahatlara start verilməsi, yeni siyasi konfiqurasiyanın təşəkkül tapması, siyasi dialoq prosesinin dərinləşdirilməsi; COVID-19 pandemiyasına qarşı səmərəli mübarizənin təşkili; Siyasi qüvvələrin həmrəyliyinə nail olunması və torpaqlarımızın işğaldan azad edilməsi.
Hakimiyyətdə olduğu illər ərzində Dağlıq Qarabağ probleminin həlli İlham Əliyevin yürütdüyü siyasətin daim ana xəttini təşkil edib. Lakin son 3 il ərzində İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasətin getdikcə daha da intensivləşməsi nəticəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün tam əlverişli zəmin yarandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın çevik siyasəti və sərkərdəlik məharəti ilə azad olundu. Ordumuzun gücü, qüdrəti qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. 30 ilin ədalətsizliyinə və nisgilinə son qoyuldu.
Beləliklə, Ali Baş Komandanımız İlham Əliyevin adı tarixə Müzəffər Sərkərdə kimi, Azərbaycan xalqı yenilməz xalq kimi, Ordumuz isə qalib ordu kimi düşdü.
11 aprel seçkilərindən ötən dörd il bəlkə də Azərbaycan tarixinin ən gərgin və taleyüklü bir dövrü kimi yaddaşlarda yer alacaq.
Bu gün Prezident İlham Əliyev haqlı olaraq dünya siyasətində söz sahibi olan bir lider olaraq qəbul olunur və işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün Böyük Qayıdış missiyasına uğurla rəhbərlik edir. Millətini zəfərə daşıyan liderin əsas dayağı qələbə ruhu yenidən canlanan böyük Azərbaycan xalqının birliyidir.
Böyük uğurlara imza atan Prezident İlham Əliyev adını tariximizə əbədi yazdırdı və bu, onun haqqıdır. Çünki cənab İlham Əliyev məhz bu dövrdə xalqın 30 il həsrətlə gözlədiyi məsələyə son qoyub. Əminliklə deyə bilərəm ki, Prezidentin yürütdüyü siyasi kurs xalqın istəyinə uyğundur və bundan sonrakı fəaliyyətində də dövlət başçısına uğurlar arzulayırıq.
Gülarə Verdiyeva
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO