İlham Əliyevin prezidentlik dönəminin 20 illiyi Mingəçevirdə təntənəli şəkildə qeyd edildi

İlham Əliyevin prezidentlik dönəminin 20 illiyi Mingəçevirdə təntənəli şəkildə qeyd edildi

Məlum olduğu kimi 15 oktyabr tarixində ölkə başçısı İlham Əliyevin prezidentlik dövrünün 20 illiyi ölkənin hər bir yerində təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə YAP Mingəçevir  şəhər təşkilatının təşkilatçılığı ilə  bir sıra tədbirlər təşkil olundu.
    Belə ki, 13 oktyabr 2023-cü il tarixdə Mingəçevir şəhərində əvvəlcə Şahmat turniri təşkil olundu. Daha sonra şəhərin 126-cı məhəlləsində  ağacəkmə aksiyası keçirildi. Keçirilən tədbirlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Ərazi partiya təşkilat sədrləri, partiya veteranları və fəalları o cümlədən  gənclər, ümumilikdə 100 ə yaxın partiya üzvləri iştirak etmişlər. 
Tədbirdə çıxış edən icra başçısı YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və İlham İsmayılov son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı inkişafdan, əldə olunan uğurlardan bəhs edib.  Bildirilib ki, Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Prezidentinin 20 il ərzində apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın bütövlüyü təmin olunub, iqtisadi və siyasi gücümüz artıb, ölkəmiz saysız-hesabsız uğurlar qazanıb, Azərbaycan qüdrətli və sarsılmaz dövlətə çevrilib.
 Daha sonra ağacların əkilməsi üçün ayrılan yerlərdə 100-ə yaxın müxtəliv növ ağaclar əkilib.
 







 

 

Xəbər lenti