İrəvan KTMT-də fəaliyyətini dondurur, NATO-ya isə gərək deyil
08 Sentyabr 2023, 12:53
08 Sentyabr
2023
12:53
310
Rusiya XİN-in nümayəndəsi deyib ki, Ermənistanın Alyansa üzvlüyünün reallıqla heç bir əlaqəsi yoxdur; NATO-dakı nümayəndə heyətinin üzvü: "Gəlib arxa sırada oturub, telefonla oynayıb gedirlər”
Nikol Paşinyanın İtaliyanın "La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı açıqlamaları, KTMT-dən narazılığı və bunun fonunda NATO-nun Genişlənmə üzrə Avropa Komitəsinin rəhbəri Günter Fehlinger İrəvanı alyansa qoşulmağa dəvəti Moskvada ciddi narazılıq doğurub.
Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etməyən Rusiyadan narazılığını kifayət qədər açıq şəkildə ifadə edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəkləri ilə təhdid edib. Paşinyan müsahibəsində bir sıra sənədləri ratifikasiya etməməsini və ona qoşulmamasının səbəbini açıqlayıb: "Ermənistan ictimaiyyətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının praktikası ilə bağlı dərin məyusluq yaranıb və cəmiyyət bunu yaşamaqda davam edir. Hesab edirəm ki, bu, göz qabağındadır”, - Paşinyan qeyd edib.
"Ən azı deyə bilərəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə funksionallıq və danışıqların mümkünlüyü baxımından sizin təsvir etdiyiniz vəziyyət böhrandan xəbər verir. Düşünürəm ki, bu problem təkcə Ermənistanın deyil, Kollektiv Təhlükəsizlik Təşkilatınındır. İzahatlara gəldikdə, bunlar çox fərqli ola bilər, amma heç olmasa bizim nöqteyi-nəzərimizdən izahların vacib olmadığını və bu baxımdan Ermənistan ictimaiyyətinin KTMT praktikasına qarşı dərin məyusluq yaşadığını və bunu davam etdirdiyini düşünürəm”, - Paşinyan vurğulayıb.
Paşinyan "Bir gün yuxudan oyanıb görə bilərik ki, Rusiya bölgədə yoxdur” ifadəsini də işlədib. "Kommersant” qəzeti Paşinyanın bu bəyanatlarına diqqət çəkib. Avroatlantik Təhlükəsizlik Mərkəzinin və Rusiya Xarici İşlər Nazirliyinin aparıcı elmi işçisi Sergey Markedonov deyib ki, Ermənistanın NATO-ya üzv olması ilə bağlı hər hansı söhbətin reallıqla ən azı indilikdə heç bir əlaqəsi yoxdur: "Gürcüstan onsuz da qərbyönlüdür, Azərbaycan başqa iqtisadi əlaqələr baxımından qərbyönlüdür. Qərb düşünür ki, əgər Ermənistanı da qərbyönümlü etsək, kosmosun homogenləşməsi baş verəcək”.
Rusiyalı politoloq Aleksey Fenenko da hesab edir ki, heç kim Ermənistanı Şimali Atlantika Alyansına qəbul etməyəcək, lakin İrəvan üçün belə oyunların sonu o olacaq ki, o özünün hərbi məğlubiyyəti ilə hərbi avantüraya sürüklənəcək.
Qeyd edək ki, Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) respublikanın daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırıb. Bu barədə ölkə prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
"İnterfaks" agentliyinin xəbərində deyilir ki, son vaxtlar həm Rusiya ilə, həm də KTMT-yə münasibəti sərtləşən rəsmi İrəvan bu dəfə rəsmi nümayəndəsini də geri çağıraraq bu təşkilata olan mənfi münasibətini açıq şəkildə ortaya qoyur. Xatırladaq ki, Biyagov 2018-ci ilin noyabrında KTMT-də Ermənistanın daimi nümayəndəsi təyin edilib.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, Azərbaycan Parlamentinin NATO-dakı nümayəndə heyətinin üzvü Elşən Musayev bu barədə "Yeni Müsavat”da çox vacib məqamlara aydınlıq gətirdi: "Paşinyan KTMT-ni ittiham edib, Rusiyaya açıq mesajlar verib. Onun NATO-ya yönəlik məlum mesajı illüzion vədlərə əsaslanır və Ermənistanın baş nazirinin nə qədər qeyri-praqmatik, qeyri-praktik və reallıqdan uzaq olmasına dəlalət edir. Üstəlik, o, fərqində deyil ki, Qərbə doğru atılan addımları Rusiyanı qıcıqlandırmadan da atmaq olardı və ən əsası, hazırda döyüş və silah haqqında deyil, sülh və onun detalları, eyni zamanda əslində bölgədə təməlli sabitliyin bərqərar olması haqda danışmaq lazım idi. Sizə deyim, Sorosun bütün kadrları belədir, yəni emosional və hərdəmxəyal.
Sırf NATO-ya gəlincə isə bu barədə geniş müşahidə imkanı olan şəxs və Azərbaycan Parlamentinin NATO-dakı nümayəndə heyətinin üzvü kimi bir məqamı sizinlə bölüşüm: Ermənistanı adıçəkilən təşkilatda yalnız bir kontekst üzərindən tanıyırlar, o da Azərbaycana məğlub olan ölkə kimi. Vəssalam. Nə aktivlikləri var, nə də passivlikləri. Ümumiyyətlə, yoxdurlar! Gəlib 6-cı, 7-ci sırada oturub, heç bir müzakirəyə qoşulmayıb, telefonda oyunlar oynayıb gedirlər. Yəni işləri budur. Qısası, Paşinyanın nə Rusiya açıqlaması yerində idi, nə də NATO ilə bağlı söylədiyi nağıllar. Adam hələ də anlamır ki, bu gedişlə, bu təfəkkürlə, bu dəxlisiz manevrlərlə heç nəyə nail olmaq mümkün deyil".
Əli Orucov
AMİP liderinin köməkçisi, deputat Əli Orucov hesab edir ki, Paşinyanın Rusiyanın təsir dairəsindən çıxmaq imkanları sıfıra bərabərdir: "44 günlük müharibə İrəvan-Moskva arasındakı ziddiyyətləri daha da dərinləşdirdi. İrəvan hesab edirdi ki, Rusiya müharibəyə müdaxilə edib Azərbaycanın uğurlu əks-hücumlarını dayandırmalı, Birinci Qarabağ müharibəsində olduğu kimi onların yerinə vuruşmalıdır. İrəvan müxtəlif təxribatlara əl ataraq KTMT və Rusiyanı müharibəyə cəlb etmək istəkləri nəticə verməyəndən sonra erməni ictimaiyyətində Rusiyaya qarşı qəzəb artdı. Paşinyan Rusiyanı hədəf alan bəyanatlar verdi. Həmin bəyanatlardan biri də rus silahlarının keyfiyyətsizliyi barədə dedikləri idi ki, bu da Kremli bərk hiddətləndirmişdi. Ardınca Ermənistanın sərhəd toxunulmazlığı KTMT-nin də sərhəd avantürasına cəlb edilməsi kimi avantüra Paşinyan hökumətini özündən çıxardı və Rusiyanı qıcıqlandıracaq xətti bir qədər də genişləndirdi.
Paşinyan o qədər cürətləndi ki, Rusiyanın bölgədən sıxışdırılması üçün gedən proseslərdə aktiv rol aldı. Fransanın, eləcə də Qərb institutlarının şərti sərhədlərə yerləşdirilməsinə razılıq verərək Rusiyanın cənub cinahında arzuolunmaz vəziyyət yaratdı. Baxmayaraq ki, Moskva Avropa İttifaqı və ATƏT müşahidəçilərinin şərti sərhəddə yerləşdirilməsini qəbuledilməz hal saydı. İkinci Qarabağ müharibəsində darmadağın edilən Ermənistan öz məğlubiyyətini Moskvanın üzərinə atmaqla yanaşı, 10 noyabr öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaqla həm də regionda mürəkkəb vəziyyətin və gərginliyin yaranmasında da Kremli suçlayır. Lakin bununla belə, Paşinyanın Rusiyaya mövqeyində ziddiyyətlər var. Bir tərəfdən deyir ki, Rusiya Ukrayna müharibəsində məğlub olsa, bu, Ermənistanın sonu olar, digər tərəfdən isə Rusiyanın bölgəni tərk etmək zərurətindən danışır.
"La Reppublice” qəzetinə verdiyi müsahibəsində Paşinyan Rusiyanın tam əleyhinə fikirlər səsləndirməklə sanki özünü Qərbə açıq şəkildə təqdim etmiş oldu. Məncə, o, hər nə qədər Rusiyadan incik düşsə də, istədiklərini tam ala bilmədiyinə görə qəzəbli olsa da, ancaq Moskvanın təsir dairəsindən çıxa bilməz və çıxmaq da istəməz. Çünki erməni baş nazir yaxşı anlayır ki, Qərb Rusiya kimi Ermənistanın təhlükəsizliyinə və mövcudluğuna təminat verə bilməz. Paşinyanın bu cür bir növ anti-Rusiya fikirləri səsləndirməsi Moskva ilə Qərb arasında qızışdırıcı və rəqabət yaratması, həmçinin ölkəsini qərbyönümlü göstərməsidir. Paşinyan nə qədər KTMT və Rusiyadan məyusluğunu açıq ifadə etsə də, bu qurumun fəaliyyətində passivlik göstərsə də, Ermənistanın alternativ seçim imkanları çox məhduddur. Ermənistan Rusiyanın forpostu olaraq qalır və onun Avroatlantik məkana inteqrasiyası real görünmür. Rusiya olmasa, bir gecə yatıb oyananda görərlər ki, dünyanın siyasi xəritəsində artıq Ermənistan adlı dövlət yoxdur. Doğrudur, bu gün Rusiya əvvəlki kimi Ermənistanı milyardlarla dollar dəyərində pulsuz silahlarla təmin edə bilmir, yaxud onun təcavüzkar siyasətinə tam dəstək olmaq iqtidarında deyil, lakin Rusiya Ermənistanın mövcudluğunun təminatçısıdır. Rusiyanın Cənubi Qafqazdan çəkilməsi, yaxud bu regionu itirməsi barədə indidən danışmaq hələ çox tezdir. Eyni zamanda Rusiya və Ermənistan bundan sonra da bir-birilərinə lazımdır və onların fərqli cinahlarda olması ağılabatan deyil".
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...