Irəvanın ikibaşlı oyunu...

26 Yanvar 2022, 17:00
26 Yanvar
2022
17:00
188
Yaxud çirkli pulların yuyulması əməliyyatı davam edir
Nurlan QƏLƏNDƏRLİ
Sülh müqaviləsinin imzalanmasından danışan İrəvan separatizmə
dəstək verir
Ermənistan mətbuatının məlumatına əsasən, bu ölkə "artsax” adlı qondarma - separatçı quruma 114 milyard dram (290 milyon ABŞ dolları) həcmində maliyyə vəsaiti ayırmağı planlaşdırır. Həmin terrorçu-separatçı birliklərin məskunlaşdığı torpaq de-yure Azərbaycan ərazisidir və belə bir addımın atılması beynəlxalq hüquq normalarına tamamilə ziddir. Digər tərəfdən, maraqlıdır, Ermənistan hüquqi cəhətdən tanımadığı separatçı birləşməyə maliyyə vəsaitini necə və hansı əsasla ayırır? Ümumiyyətlə, kiçik bir ərazi üçün bu məbləğdə maliyyə vəsaiti nə üçün lazımdır? Analitiklərin toxunduğu maraqlı məqamlardan biri budur ki, Avropa İttifaqı da bir müddət əvvəl Ermənistana külli miqdarda vəsait ayırmışdı, bu gün isə işğalçı və məğlub ölkə separatçı quruma münasibətdə eyni addımı atır: bu, bəlkə, çirkli pulların yuyulması vasitəsi, yaxud əməliyyatıdır?!
Siyasi korrupsiya və maliyyə maxinasiyası
Son zamanlar qəribə bir tendensiya müşahidə edilir: bu, bir sıra təşkilatlar tərəfindən kiçik iqtisadiyyatı olan bəzi ölkələrə fiziki cəhətdən mənimsənilməsi mümkün olmayan fantastik məbləğdə maliyyə vəsaitinin ayrılmasıdır. Məsələ ondan ibarətdir ki, həmin vəsaitdən təyinatı üzrə istifadə müşahidə olunmur, yəni hər hansı mühüm layihə və proqramlar icra edilmir. Məsələn, Aİ Ermənistana mütəmadi olaraq külli miqdarda maliyyə ayırsa da, bu ölkədə yoxsulluq və işsizlik artır, infrastruktur layihələri reallaşdırılmır, iqtisadi tənəzzül sürətlənir. Bəs pullar hara xərclənir? Ekspertlərin də vurğuladıqları kimi, ölkələr, regional təşkilatlar, fondlar tərəfindən "maliyyə yardımı” adı altında ayrılan pullar kağız üzərində rəsmiləşdirilir, müəyyən bir hissəsi Ermənistanın hesabında qalır, digərləri maliyyə əməliyyatı vasitəsilə həmin qurum və ölkə tərəfindən mənimsənilir. Beləliklə, Ermənistandan bir "proyekt dövlət” kimi istifadə olunaraq böyük siyasi korrupsiya əməliyyatı - maliyyə maxinasiyası həyata keçirilir. Ermənistanın qondarma - separatçı quruma maliyyə vəsaiti ayırmasının bu əməliyyatların tərkib hissəsi olması da istisna deyil.
Beynəlxalq səviyyədə ciddi reaksiya verilməlidir
Milli Məclisin deputatı Arzu Nağıyev "Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, Paşinyan 2022-ci ildə qondarma qurumun büdcəsinə yönəldiləcək 114 milyard dram həcmində maliyyə vəsaitinin dövlətlərarası kredit və qrant olduğunu deyib: "Vəsait guya sosial proqramların və layihələrin həyata keçirilməsinə xərclənəcək. Ermənistan büdcəsi üçün çox böyük rəqəmdir. Aydındır ki, bu, çirkli pulların yuyulması vasitəsidir. Nəzərə çatdırmaq istəyirəm ki, ötən il qondarma - separatçı quruma ayrılan vəsaitin həcmi 100 milyard dramdan çox olub. Şübhəsiz, bu, Avropa İttifaqı, Fransa və digər bir sıra maraqlı qüvvələrin çirkli pulların yuyulması üçün ayırdıqları vəsaitlərdir. Ümumiyyətlə, bir sıra dövlətlərdə erməni əsilli şirkət rəhbərləri və iş adamları biznes maraqlarını təmin etmək üçün bu vasitədən istifadə edirlər. "Sərmayə qoymaq”, "maliyyə yardımı etmək” adı altında çirkli pullar yuyulur”.
Millət vəkili vurğuladı ki, de-yure Azərbaycan ərazilərində belə qanunsuz hərəkətlərə yol verilməsi qəbuledilməzdir: "Bu, maliyyə cinayəti olmaqla yanaşı, həm də ərazi bütövlüyünə və suverenliyə, bütövlükdə, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Bu cür hallara beynəlxalq səviyyədə ciddi reaksiyalar verilməlidir”.
Ermənistan tərəfini məcbur etməliyik
Siyasi şərhçi Qabil Hüseynli isə qəzetimizə açıqlamasında qeyd etdi ki, bu addım Ermənistanın ikili oyununun yeni təzahürüdür: "Biz onlara Azərbaycanın ərazi bütövlüyünü tanıtdırmadıqca bu "missiya”nı həyata keçirəcəklər. Ona görə də danışıqlar prosesinə güc verilməli, sülh müqaviləsinin imzalanması üçün işçi qrupun yaradılmasını sürətləndirməli və Ermənistan tərəfini Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməliyik. Bir sözlə, proseslərə dinamizm verməliyik”.
Ekspert söylədi ki, bu, həm də daxili auditoriyaya hesablanmış addımdır: "Əsas məqsəd qondarma - separatçı qurumun mövcud və fəaliyyətdə olduğu görüntüsünü yaratmaq, həmçinin bölgədə sürətlə başlamış köç prosesinin qarşısını almaqdır. Qeyd etdiyim kimi, bütün bu halların qarşısının alınması üçün, ilk növbədə, Ermənistanı ərazi bütövlüyümüzü tanımağa və sülh müqaviləsini imzalamağa məcbur etməliyik”./Yeni Azərbaycan
Xəbər lenti
-
20:00MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
-
19:23Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub - YENİLƏNİB
-
18:31Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub - YENİLƏNİB
-
18:18Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib
-
18:06Peru Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
-
17:43Nərimanovda yeni yaşam tərzi başlayır – “City Garden Narimanov”!
-
11:19Bakıda "Texnofest" festivalı başlayıb
-
11:13Milli Şuradan bədnam müraciət: “Bakıya təzyiq edin...”
-
10:38Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir
-
19:21Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
-
19:18Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
-
16:13Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub - FOTO+ VİDEO
-
16:05Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
-
10:47Zəngəzur dəhlizi tezliklə reallaşacaq - TƏHLİL
-
00:00Böyük Britaniyada meymun çiçəyinə yoluxanların sayı 56-ya çatıb
-
20:09Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
-
18:25Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
-
18:22İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
-
18:04İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
-
17:28MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
15:51Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
15:28“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
-
14:14“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
-
13:49"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev
-
09:55“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
23:50Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR
-
23:07“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
17:28“Brüssel görüşü İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur”- Elşən Musayev
-
16:17Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL
-
17:17Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
-
17:09Elşən Musayev: “Siyasi dialoq demokratik sistemin əsas komponentlərindəndir” - VİDEO
-
15:49Elşən Musayev: “Radikal müxalifətin həyatı elə anons verməklə keçib” (MÜSAHİBƏ)
-
15:10Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib
-
11:14Cozef Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür - ŞƏRH
-
09:19Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - SENSASİON YAZI
-
21:57QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib
-
20:10Cozef Bayden İlham Əliyevi təbrik edib
-
19:09Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir
-
17:57Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirilib
-
17:35Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir
26 May 2022
25 May 2022
24 May 2022
23 May 2022
21 May 2022
20 May 2022
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub - YENİLƏNİB
-
MANŞET, SİYASƏT
Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub - YENİLƏNİB
-
MANŞET, SİYASƏT
Peru Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
-
GÜNDƏM, SİYASƏT
Milli Şuradan bədnam müraciət: “Bakıya təzyiq edin...”
-
GÜNDƏM, SİYASƏT
Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir
-
MANŞET, SOSİAL, SİYASƏT
Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
-
MANŞET, SİYASƏT
Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
-
MANŞET, SİYASƏT
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib