İslahatlar davam edəcək
16 Yanvar 2024, 11:03
16 Yanvar
2024
11:03
202
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yerli televiziyalara müsahibə verdi. Azərbaycan ictimaiyyətinə məlumdur ki, Cənab İlham Əliyev dövrü olaraq cəmiyyəti maraqlandıran, düşündürən, narahat edən, cavabı axtarılan məsələlərlə bağlı, habelə Azərbaycan dövlətinin əldə etdiyi uğurlarla, qarşıda duran vəzifələrlə bağlı yerli televiziyalar və digər KİV-lər vasitəsilə cəmiyyətə, ölkə əhalisinə dövrü olaraq məlumatlar verir, onları narahat edən məsələlərə aydınlıq gətirir. Təbii ki, bu məlumatlarda həm də bizim uğurlarımıza sevinən xaricdəki dostlarımıza, habelə bizi gözü götürməyənlərə mesajlar da yer alır. Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, demokratik cəmiyyətlər üçün bu səpkili müsahibələrin, mətbuat konfranslarının təşkili son dərəcə vacib məsələlərdən biridir. Ona görə ki, cəmiyyət onu düşündürən məsələlərlə bağlı birbaşa Dövlət Rəhbərinin özündən məlumat alır, bu məlumatlar cəmiyyətdə gedən lüzumsuz söz söhbətlərə son qoymaqla yanaşı əhali taleyini etibar etmiş dövlətin, hökumətin və dövlət bşçısının gördüyü işlərdən , movcud situasiydan xəbərdar olur. Həmçinin onda öz dövlətinə, dövlət başçısına münasibətdə bir güvənlik, əminlik, sabaha etibar və inam formalaşır. Qeyr etdiyim kimi, bu formatda olan tədbirləri Cənab Prezident mütəmadi olaraq keçirir və bu da Prezident İlham Əliyevin idarəetmə formasının xüsusiyyətlərindən, peşəkarlığından, cəmiyyət üçün əlçatanlığından, cəmiyyətə açıqlığından irəli gəlir.
3 saata yaxın davam edən müsahibədə Cənab Prezidentə 18 sual ünvanlanmışdı. Həmin suallara cavabların hər biri xüsusilə indiki dönəmdə özündə ölkə və beynəlxalq əhəmiyyətli, habelə ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edən çox vacib məsələləri əhatə edirdi. O cavabların hər birində səslənən fikirlərlə bağlı saatlarla danışmaq, fikir mübadiləsi və müzakirələr aparmaй olar.
Müsahibəni diqqətlə dinlədikdən sonra mənim də içimdən bu yazını hazırlamaq istəyi keçdi. Bu fikrə gəlməyə məni Cənab Prezidenti müsahibədə toxunduğu fikirlər sövq etdi. Belə ki, müsahibədə növbədənkənar prezidenrt seçkiləri ilə bağlı jurnalistin sualını cavablandlrarkən Cənab Prezident vurğulamışdı: "... hesab edirəm ki, cəmiyyətdə də bu barədə yəqin müzakirələr gedəcək. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.” Mövzu ətrafında fikirlərini davam etdirən Cənab Preziden jurnalistin bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar seçkiləri şərtləndirən əsas amillər nədən ibarət olduğu suala cavabında bildirdirmişdi: ”... mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir.”
Növbədənkənar Prezident seçkilərinə sayılı günlər qalır. Azərbaycanın indiki Prezidenti Cənab İlhan Əliyev də daxil olmaqla prezidentliyə 7 nəfər naizədliyini irəli sürüb. Və bu gün Azərbaycan cəmiyyətində Cənab İlham Əliyevin bu seçkilərdə də möhtəşəm qələbə qazanacağına heç kəsdə zərrə qədər şübhə yoxdur. Təbii ki, bu qələbəni şərtləndirən çoxlu səbəblər vardır.
2003-cü ilin prezident seçkilərində müdrik Azərbaycan Xalqı Ulu Öndər Heydər Əliyev və İlham Əliyevin çağırışına mütəşəkkilliklə cavab verərək öz talelərini İlham Əliyevə etibar etdilər. Ötən 20 ildə Azərbaycanımız Cənab İlham Əliyevin rəhbərlyi altında misli görünməmiş nailiyyətlərə imza atıb. Bu illər ərzində İlham Əliyev Prezident kimi Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strateji xətti, müasir dövrə və yeni çağırışlara uyğun olaraq yaradıcılıqla davam etdirərək, uğurla, inamla, qətiyyətlə addımlamaqda, dövlət siyasətində, idarəetmədə, beynəlxalq siyasətdə xarüqələr yaratmaqdadır. Bu yazıda mən bu illər ərzində onun yaratdığı möcüzələrdən söhbət açmaq fikrində deyiləm. Çünki yaradılanları yazıya köçürmək üçün cild-cild kitablar yazmaq lazımdır. Əminəm ki, gələcəkdə bu möhtəşəm şəxsiyyətin qurduqlarını, yaratdıqlarını, etdiklərini, xeyirxah əməllərini tarixçilər, səlnaməçilər kitablara köçürəcək.
Mən yenidən Cənab Prezidentin müsahibəsindəki fikirlərinə müraciət etmək istəyirəm: "Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi... Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək”.
Bu seşkçilərdə Cənab Prezidentin qələbəsini şərtləndirən ən mühüm amil isə heç şübhəsiz son 3 ildə baş verən hadisələrdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycançılıq məfkurəsi kontekstində bir Qarabağ məfkurəsi formalaşdırırdı. 2020-ci il sentyanrın 27 –də dünyada və həm də Azərbaycanda heç kəsin ağlına belə gəlmədiyi müqəddəs bir hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev Ermənistanın növbəti təxribatına qarşı bütün cəbhə boyu əks hücum əmri verdi. Sən demə zaman həmin gün imiş. Cənab İlham Əliyev Qarabağ məfkurəsini təkcə bir partiyanın, bir qrupun deyil bütöv bir millətin ideologiyasına çevirə bilibmiş. 9 noyabr 2020-ci ildə 44 günlük "Müqəddəs Vətən Müaribəsin”dəki"Müqəddəs Qələbə”Azərbaycan Xalqının, Azərbaycan Dövlətinin çoxəsirlik tarixinə misli görünməmiş Zəfər tarixi kimi, Azərbaycan Prezideti, Ali Baş Komandan İlham Əliyev isə Qalib Prezident, Müzəffər Ali Baş Komandan kimi daxil oldu. Lakin Prezident İlham Əliyev bununla kifayətlənmədi. Qarabağda son 200 ildə kök salmış xərçəngin, qarayaranın – separatçılığın kökü kəsilməli, bu çoxəsirlik bəlaya son qoyulmalı idi. Qoydu da. 2023-ci il sentyabın 19-da aparılan antiterror əməliyyatından sonra Azərbaycanın Qarabağ problemi həmişəlik həll edildi. Həmin hadisəni dünənki, müsahibəsində hamıdan yaxşı Cənab Prezident ifadə etdi. Çünki bu qələbənin necə və hansı çətinliklərlə əldə edildiyini hamıdan yaxşı Cənab Prezident bilir: "Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi”.
Məhz Müzəffər Ali baş Komandan İlham Əliyevin növbədən kənar prezident seçkilərindəki gözlənilən qələbəsi , ”Müqəddəs Vətən Müharibəsindəki " "Müqəddəs Qələbəni” Azərbaycan Əsgəri ilə bizə bəxş edən Namizədin halal haqqıdır. Və bunu müdrik Azərbaycan Xalqı yaxşı bilir.
Həmin mətbuat konfransında Cənab Prezident Azərbaycan dövlətinin yeni dövrün astanasında olduğunun anonsunu verdi. Biz bu dövrə 7 fevralada İlham Əliyevin indiyəqədərkilərdən fərqli bir qələbəsi ilə daxil olacağıq.
Təbii ki, yeni dövrdə xalqın yeni gözləntiləri də təbiidir. Yeni dövrdə əsas planların nədən ibarət olduğu anonsunu əsasən Cənab Prezident müsahibəsində sadaladı. Bununla belə düşünürük ki, Cənab Prezidentin hələ 2018-ci ildə elan etdiyi və son 6 ildə uğurla aparılan islahatlar daha da dərinləşəcək. Bu islahatlar ilk növbətdə mərkəzi idarəetmə, məhkəmə sistemlərini, yerli idarəetmə və özünüidarəetmə sahələrini, kadr siyasəti sahələrini, şəffaflığın artırılması və korrupsiyanın qarşısının alınması ilə əlaqədar institusional islahatları, mənzil-kommunal sektorunu, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə sosial sferanı-bir sözlə həyatımızın bütün sahələrini əhatə edəcəkdir.
Xalq buna ümid bəsləyir və öz Prezidentinə inanır.
Ramiz Göyüş
Müstəqil şərhçi
Xəbər lenti
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024