Korrupsiya ilə mübarizə Heydər Əliyev siyasi irsinin məntiqi davamıdır
07 Aprel 2022, 11:24
07 Aprel
2022
11:24
582
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərə imza atan rəşadətli ordumuzun gücü sayəsində ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında inkişaf mərhələsi açılmış, yeni reallıqların diktə etdiyi cağırışlar fonunda bütün istiqamətlərdə olduğu kimi, hüquq siyasəti və onun tərkib hissələrindən biri olan korrupsiya ilə mübarizə sahəsində də daha səmərəli və mütərəqqi addımların atılması günümüzün tələbinə çevrilmişdir.
Əslində, tarixi paralellər aparsaq görərik ki, cəmiyyətin mənəvi saflığı uğrunda dövlətimizin başçısının nümayiş etdirdiyi əzm və iradə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideoloji baxışlarının siyasi varislik prinsipi üzərindəki inikasıdır. Belə ki, qanunun aliliyinin, insanların konstitusion hüquqlarının, əxlaqi dəyərlərin yüksək səviyyədə təmin edilməsi Heydər Əliyev ideologiyasının əsas qayəsini təşkil edən meyarlar sırasında mühüm yer tutur. Təsadüfi deyil ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsindən dərhal sonra bu məsələlərə xüsusi diqqət ayırması ulu öndərin zəngin fəaliyyət bioqrafiyasının ən dəyərli səhifələrindən biri sayılır.
Bu gün isə həmin fəaliyyət ölkə Prezidenti Ilham Əliyevin timsalında yeni dövrün tələbləri kontekstində daha geniş vüsət almışdır. 2003-cü ildə ilk dəfə ölkə Prezidenti vəzifəsinə seçildikdən cəmi bir neçə ay sonra cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə təqdim etdiyi "Korrupsiyaya qarşı mübarizə haqqında” qanun layihəsi 13 yanvar 2004-cü il tarixində ölkə parlamenti tərəfindən qəbul olunaraq, 2005-ci il yanvarın 1-dən qüvvəyə minmiş və ötən dövr ərzində çoxsaylı əlavə və dəyişikliklər sayəsində təkmilləşdirilmişdir.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində ciddi qərarlar qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı (2007), Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), 2012-2015-ci illərdə reallaşdırılmış Açıq Hökumətin təşviqinə və Milli Fəaliyyət Planı, Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planları da bu sahədə əldə edilmiş sanballı uğurların normativ-hüquqi əsasını təşkil etmişdir.
Sevindirici haldır ki, gənc dövlət olmasına baxmayaraq, Azərbaycan Respublikası qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə sferasında beynəlxalq standartlar səviyyəsində çevik və sarsılmaz strategiya formalaşdırmış və onun səmərəli tətbiqinə nail olmuşdur. Qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının etibarlı şəkildə qorunmasını təmin etmək məqsədilə inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların təcrübəsi diqqətlə öyrənilir və nəzərə alınır. Ölkəmiz 2005-ci ildən özünün qeyd-şərtləri və bəyanatları ilə BMT-nin Korrupsiya "leyhinə Konvensiyasına qoşulmuşdur. Ölkəmiz bununla üzərinə götürdüyü öhdəlikləri müvəffəqiyyətlə yerinə yetirməkdədir. Son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur.
Azərbaycan Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında" konvensiyalarını 2004-cü ildə ratifikasiya etmiş və beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupuna (GRECO) üzv olmuşdur. Ölkəmiz müxtəlif dövr ərzində bu qurum tərəfindən həyata keçirilən Korrupsiyaya qarşı beynəlxalq konvensiyaların hüquq sisteminə implementasiyasının I, II, III və IV dəyərləndirmə raundlarını bitirmişdir. Bundan başqa, Azərbaycan hökuməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün antikorrupsiya şəbəkəsi ilə əməkdaşlığını davam etdirməkdədir. Ölkəmizin Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı korrupsiyaya qarşı mübarizə sahəsində də yeni mərhələ açmışdır. Bir sözlə, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində mövcud kompleks tədbirlərin ayrılmaz tərkib hissəsi olan beynəlxalq əməkdaşlıq əlaqələri daim inkişaf etdirilməkdədir.
Bununla da Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” yeni inkişaf mərhəsində bu siyasi kursun prioritetini ortaya qoymuş olur. Bu çoxşaxəli dövlət sənədi fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizədə səylərini birləşdirməyə xidmət edir. Eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkanların yaradılmasını hədəfləyir.
Ötən illərin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, hərtərəfli və dinamik yüksəliş dövrünü yaşayan respublikamızda həyata keçirilən köklü və sistemli islahatlar nəticəsində sosial-iqtisadi sahənin inkişafı ilə yanaşı, dayanıqlılığı təmin edən, dünya ölkələrinə məxsus müsbət cəhətləri və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara uyğun olan hüquq və qanunvericilik sistemi də yaradılmış, dövlət təsisatlarında idarəçilik metodları ən yüksək standartlara müvafiq şəkildə formalaşdırılmışdır.
Sərəncamda qeyd olunur ki, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Ona görə də bu neqativ amilə qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, preventiv tədbirlərin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən, bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi qarşıya qoyulan məqsədə nail olmaq üçün mühüm şərtdir.
Bütün bu müsbət göstəricilərin əldə olunmasında 2004-cü ildə ölkə Prezidentinin müvafiq sərəncamı əsasında yaradılmış Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin uğurlu və səmərəli fəaliyyəti mühüm rol oynayır. Yeri gəlmişkən, bu komissiya hakimiyyətin bütün qollarını özündə paritet əsaslarla ehtiva edir və bu, dövlətçilik baxımından çox vacib siyasi və hüquqi yanaşmanın təzahürüdür. Ötən dövrdə komissiyanın, QHT-lərin və vətəndaş cəmiyyətinin sıx əməkdaşlığına nail olunmuşdur ki, bu da son nəticədə ümumi səylərin birgə uğurunu şərtləndirən amildir.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə iki istiqamətdə aparılır. Bunlardan birincisi preventiv üsullar, yəni, qabaqlayıcı tədbirlər, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin olunması və digər mexanizmlərdir. İkinci istiqamət isə cinayət təqibidir. Son illər ölkəmizdə idarəetmə sahəsində şəffaflığı təmin etmək üçün bir sıra struktur islahatları həyata keçirilib və bunun nəticəsi olaraq görülən işlərin səmərəsini artırmaq üçün cəza tədbirləri ilə müşaiyət olunan hüquqi addımlarla müqayisədə marifləndirmə və digər mütərəqqi üsul və metodlardan istifadəyə əhəmiyyət verilir. Belə ki, əgər əvvəlki illərdə cəza siyasəti və cinayət təqibi üstünlük təşkil edirdisə, son dövrlər müasir informasiya texnologiyalarının tətbiqi və şəffaflıq siyasəti korrupsiyaya qarşı mübarizədə effektiv rol oynamağa başlayıb.
Həyata keçirilən genişmiqyaslı islahatların digər istiqaməti dövlət qulluqçusu-vətəndaş münasibətlərində bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında mühüm rol oynayan yeni yanaşmaların formalaşmasıdır. Bu işə müstəsna töhfəsi ilə beynəlxalq aləmdə Azərbaycanın ən kreativ brendinə çevrilmiş "ASAN xidmət” mərkəzlərinin milyonlarla insanı əhatə edən fəaliyyət coğrafiyasının daha da genişləndirilməsi, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 130-dan artıq xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.
Prezident İlham Əliyevin 13 fevral 2014-cü il tarixli sərəncamı ilə "elektron məhkəmə” informasiya sisteminin yaradılması isə öz növbəsində məhkəmə və hüquq islahatlarına böyük təkan vermişdir. Ölkəmizdə həyata keçirilən hüquq islahatlarının əhatə dairəsi genişlənməsi son nəticədə insanların hüquq və azadlıqlarının daha yaxşı təmin olunmasına hesablanıb.
Bu sahədə həyata keçirilən həm kadr islahatları, həm də institusional islahatlar öz müsbət nəticələrini verir və bu siyasət davam etməkdədir. Bu prosesdə korrupsiyanın bizim inkişafımıza vurduğu zərbələri minimuma endirmək məqsədi çox ciddidir. Bu mübarizədə ictimai fəallıq da geniş şəkildə olmalıdır. Bu xüsusda, Prezident İlham Əliyevin Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr görülən işlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur.
Beləliklə, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı Azərbaycan Respublikasında yürüdülən islahat konsepsiyalarının davamlılığı ilə xarakterizə olunmaqla bu sahədəki fəaliyyət prosesində hər bir dövrün və mərhələnin spesifik tələblərinin nəzərə alındığını göstərir, onun milli mənafeyə xidmət edəcək cəhətlərini nəzərə alır və öncədən uğurlu nəticələri hesablayır.
Müasir reallıqların nəzərə alınması baxımından bu sənədin ciddi tərəflərindən biri də odur ki, onun fəlsəfəsi həm də Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsinin açılması ilə uzlaşır. Çünki xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi bölgənin gələcək inkişafına ciddi töhfə verə biləcək amillərdir. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə burada həlledici rola malik göstərici rolunda çıxış edir.
Bütün bunlar onu deməyə əsas verir ki, Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının qəbul edilməsi ölkəmizin hazırkı inkişaf mərhələsində neqativ meyillərə qarşı nəzərdə tutulan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənəd kimi mühüm siyasi əhəmiyyətə malikdir.
Qarşıya qoyulmuş əsas prioritet istiqamət və məqsədlər sırasına həm də dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi daxildir.
Şübhə yoxdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiya ilə mübarizəyə verdiyi önəmin ifadəsi kimi ərsəyə gələn milli fəaliyyət planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə bu sahədə həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi olaraq şəffaflığın artırılmasına, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa olunmasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edəcəkdir.
Əli HÜSEYNLİ,
Milli Məclis Sədrinin 1-ci müavini,
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Xəbər lenti
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı