Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”

Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
       "Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi 11.08.2009-cu il tarixində  yaradılmış və 30. 04. 2010 –cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Təşkilatımız  fəaliyyət göstərdiyi  bu müddət  ərzində bir sıra sosial layihələri uğurla həyata keçirmişdir.  
      Birliyimiz milli donor təşkilatı olan Azərbaycan Respublikasının Gənclər Fondunun  elan etdiyi qrant müsabiqələrində  dəfələrlə iştirak etmiş və qalib olaraq bir sıra layihələrə imza atmışdır. Həyata keçirilən layihələr respublikanın müxtəlif  bölgələrində yaşayan gəncləri əhatə etmişdir. Birliyimiz Fondun 17-ci qrant müsabiqəsində "QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi” adlı layihə ilə iştirak edərək qalib olmuşdur. Layihənin icrası Nərimanov rayonunda yerləşən 37 , 207 nömrəli tam orta məktəblərdə və Suraxanı rayonunda yerləşən 280 ,  290 nömrəli tam orta məktəblərdə həyata keçirildi. Layihə çərçivəsində maarifləndirici sosial çarx hazırlandı. Eyni zamanda yeniyetmə və gənclərın  mütəxəssislərin iştirakı ilə görüşü təşkil olundu, maarifləndirici tədbirlər keçirildi, təbliğat materialları paylanıldı , hazırlanmış sosial çarx numayiş etdirildi.  
Təşkil olunan tədbirlərdə iştirak edən Nərimanov və Suraxanı rayonlarında yaşayan,  və  təhsil alan yeniyetmə və gənclərə narkomaniya və QİÇS, onların dəhşətli fəsadları, insan orqanizminə, cəmiyyətə  vurduğu zərərlər ilə bağlı ətraflı məlumatlar verildi, diskusiyalar təşkil olundu, psixoloqların iştirakı ilə maarifləndirici söhbətlər aparıldı, onların bu zərərli vərdişdən qorunmasının  mümkün yollarından bəhs olundu.  Layihə çərçivəsində keçiriləcək tədbirlərdə 200 gənc iştirakı nəzərdə tutulsada iştirakçıların sayı 400-ə yaxın  oldu. 


                                     Təşkilatın sədri     Kərimova Nuranə Süleyman qızı
 
 






 
 

Xəbər lenti