“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
06 Mart 2024, 10:37
06 Mart
2024
10:37
153
2 mart "Loqos” Psixoloji və Nitq Mərkəzinin yaranmasının 10 ili tamam olur.
Bu münasibətlə 2 mart 2024-cü il tarixində "Four Seasons” otelində təntənəli yubiley tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Millət vəkilləri Hicran Hüseynova, Anatoliy Rafailov, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Arzu Nağıyev, İlham Məmmədov, Aydın Hüseynov, Tamam Cəfərova, Nigar Arapadarai, Aqil Abbas, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahid Bağçı və xanımı Leyla Bağçı, Şimalı Kipr Türk Respublikasının ölkəmizdəki elçisi Ufuk Turqaner, şəhid General Polad Həşimovun anası Səmayə Həşimova və şəhid ailələri, o cümlədən, Türkiyə və Rusiyadan tədbir üçün dəvət olunmuş qonaqlar, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət və özəl qurumlarının nümayəndələri, ölkəmizin tanınmış ictimai xadimləri, iş xanımları, həkimlər, qeyri-hökümət təşkilatlarının sədrləri, mətbuat nümayəndələri, "Loqos” Psixoloji və Nitq Mərkəzinin kollektivi iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra "Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illiyinə həsr olunmuş video-çarx təqdim olunub.
Çıxış edən "Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva "Loqos”un 10 il öncə yaranması, Mərkəzin bu illər ərzində gördüyü işlər, qazanılan nailiyyətlər haqda tədbir iştirakçılarını məlumatlandırıb və "Loqos”un 10 illik yubileyinə həsr olunmuş "Loqos” elmi-publisistik jurnalı, eləcə də 10 illik hesabatı özündə əks etdirən kitabın təqdimatını edib. Təranə Paşayeva "Loqos” jurnalının 10-cu sayının hər zaman "Loqos”un fəaliyyətini dəstəkləyən, türk dünyasının unudulmaz vətənpərvər xanımı, mərhum Millət vəkili Qənirə Paşayevaya həsr olunduğunu bildirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva çıxış edərək "Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illik yubileyi münasibətilə Mərkəzin rəhbəri Təranə Paşayeva və kollektivi təbrik edib, fəaliyyətlərində bundan sonra da uğurlar arzu edib. Ombudsman sağlam cəmiyyətin inkişafı istiqamətində "Loqos”un istər paytaxt Bakıda, istərsə də regionlarda gördüyü işləri yüksək qiymətləndirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı "Loqos” Psixoloji və Nitq Mərkəzinin ölkəmiz və cəmiyyətin inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirərək, müxtəlif layihələr çərçivəsində Komitə ilə Mərkəz arasında birgə görülən işlər haqqında məlumat verib və Komitə adından hazırlanmış xüsusi təbrik məktubunu Təranə Paşayevaya təqdim edib.
Millət vəkilləri Hicran Hüseynova, Anatoliy Rafailov, Jalə Əliyeva çıxış edərək "Loqos” Psixoloji və Nitq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib və Mərkəzin hər zaman imkansız və ehtiyacı olan ailələrə təmənnasız köməklik göstərdiyini, "Loqos”un ölkəmizin təkcə psixologiya sahəsi üzrə deyil, bir çox sahələrdə fəallıq nümayiş etdirdiyini qeyd edib, bütün "Loqos” kollektivini təbrik edərək yeni nailiyyətlər qazanmağı arzu ediblər.
Şəhid General Polad Həşimovun anası Səmayə Həşimova çıxışında "Loqos” kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib, hər zaman şəhid və itkin ailələrini, qaziləri diqqətdə saxlayan "Loqos” kollektivinə minnətdarlığını bildirib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva çıxış edərək, AQSİA ilə "Loqos”un arasında illərdir davam edən uzunmüddətli əməkdaşlıq, həyata keçirilən birgə fəaliyyət barədə məlumat verərək, "Loqos”un bu sahədə əhəmiyyətini və ölkəmizdə uğurlu fəaliyyəti barədə öz fikirlərini bölüşüb, yubiley münasibətilə "Loqos” kollektivini ürəkdən təbrik edib.
Şimalı Kipr Türk Respublikasının ölkəmizdəki elçisi Ufuk Turqaner çıxış edərək "Loqos”un yaranması münasibətilə rəhbər Təranə Paşayevanı və bütün kollektivi təbrik edib, uğurlar diləyib. Ufuk Turqaner gələcəkdə Mərkəzin Şimali Kipr Türk Respublikası ilə də əlaqələr quracağına və birgə işlər görəcəyinə inandığını bildirib.
Türkiyə Respublikasının ölkəmizdəki səfirinin xanımı Leyla Bağçı çıxışında iki qardaş ölkə arasında bütün dünyaya nümunə olan münasibətlərdən bəhs edərək, "Loqos” Psixoloji və Nitq Mərkəzinin Türkiyədə bu sahədə fəaliyyət göstərən mərkəzlərlə əməkdaşlığından məmnunluq duyduğunu bildirib və bu əlaqələrin daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib, yubiley münasibətilə kollektivi təbrik edib.
Çıxış edən Dağıstan Qadınlar Birliyinin sədri İntizar Mamutayeva, "Sola Unitas”ın təsisçisi Umut Kısa, "Moodsist Hastane”sinin qurucusu Niyazi Yeşilova, "Loqoped Profi”nin təsisçisi Olesya Jukova və digər qonaqlar Mərkəzin 10 illiyi münasibətilə "Loqos” komandasını təbrik edib, fəaliyyətlərində uğurlar arzu edib, "Loqos”la birgə əməkdaşlıqdan bəhs ediblər.
"Loqos”un rəhbəri Təranə Paşayeva Türkiyə və Rusiyadan qonaqlara Mərkəzlə uzunmüddətli səmərəli əməkdaşlığa görə hazırlanmış xüsusi plaketləri təqdim edib.
Daha sonra "Loqos” Psixoloji və Nitq Mərkəzi ilə Sola Unitas, həmçinin Moodist Hastanesi arasında əməkdaşlıq və birgə fəaliyyəti özündə əks etdirən memorandumlar imzalanıb.
Çıxış edən "Loqos”un baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva bütün kollektivi təbrik edib, yubiley tədbirində iştirak edən bütün qonaqlara təşəkkürlərini bildirib.
Tədbir boyunca Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Nuriyyə Hüseynova mahnılar ifa edib, rəqs ansamblı çıxış edib.
Sonda xatirə fotosu çəkilib.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"