“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
20 Noyabr 2023, 15:55
20 Noyabr
2023
15:55
237
Fransa Prezidenti haqda ən dolğun və tutumlu ifadəni indiyə qədər Putin səsləndirib. Rusiya – Ukrayna müharibəsi ərəfəsində. Mətbuat konfransında. Elə Makronun yanındaca: "7 saatdır nəsə danışır və zəhləmi tökür”.
Nə gözəl təsbit. Gerçəkdən. Makron həqiqətən də sanki hansısa zaman kəsiyində "zəhlə tökmək” kurslarına gedib, beyin xarab eləmək üçün xüsusi təlimlər keçib, "mızşünaslıq” ixtisasına yiyələnib və axırda da həkimlər Hippokrat andı içən kimi bu da hansısa qibləyə yönələrək riyakarlıq andı içib, beynəlxalq hüququn anasını ağlatmaqla bağlı üzərinə konkret öhdəlik götürüb! Hər halda belə olmasaydı öz dəxilsiz və Sofiyaya (süni intellekt robotu) bənzər nazirinin dili ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına şərh verməzdi, "qırmızı xətti” bu şəkildə keçməzdi, abır deyilən anlayışın barı "a” hərfinə hörmətlə yanaşardı…
44 günlük müharibə də, sonrakı proseslər də sübut etdi ki, Fransanın ATƏT Minsk Qrupunda 30 illik təmsilçiliyi əslində siyasət tarixinin ən böyük absurdu olub.
Çünki Ermənistan hətta forpost belə deyil, bütöv dövlət formasında Fransanın ikinci qeyri-rəsmi paytaxtıdır. Çünki, Ermənistan Fransanın de-fakto (nigahdan kənar) övladıdır. Çünki Qarabağ necə Azərbaycandırsa, Ermənistan da o cür Fransadır!
Yaxşı bəs Fransa bü günə qədər arxasında dayana bilibmi, Ermənistanın? Adamın üstündə Allah var, məncə dayanıb. Sadəcə dağ kimi yox, dərə kimi…
Gürcüstan üzərindən silah daşımaqla, Ermənistan və Amerika arasında "poçtalyon”luq eləməklə, Paşinyanın başını NATO mifi ilə oyalamaqla, sülhü əngəlləməklə Fransa nəyəsə nail olacağını düşünürsə, kökündən yanılır. Bitib bu söhbət. Bizim üçün də bitib, dünyanın düşünən bütün beyinləri üçün də.
Azərbaycan suverendir. Bundan sonra səkkiz cəbhədə belə vuruşsaq yenə hər birinizin ağzının payını özünüzə layiq şəkildə, öz masştabınızda verəcəyik. Əmin olun!
***
Fransanın ruhu hələ də Əlcəzair nostalgiyasının rüzgarı əsən yerlərdədir. 20-ci əsrdə bu xalqa və mübarizənin başında gedən Şeyx Abdullaha qarşı edilənlər, məscidlərdə Azan səsinin qadağan olunması, faktiki soyqırım icraatı və ümumilikdə əsrlər boyu aparılan yırtıcı müstəmləkə siyasəti deyəsən dişlərinin dibində tam qoyub.
Bunlarda insan yox, balina zehniyyətidir. Qan qoxusuna gəlirlər. Öldürməkdən həzz alırlar. Haqsızlığı, arsızlığı, abırsızlığı özləri üçün ləzzət təamına, adrenalinə çevirməyi bacarırlar.
Bu gün Fransanın "Avropa beşliyi” və "demokratiya beşiyi” qiyafəsində təmsilçiliyi müasir zəmanəmizin ən böyük nonsenslərindən biridir.
İnanın, bir azdan xoruzlar belə gedib Beynəlxalq Məhkəmələrə şikayət verəcəklər ki, Fransa bizim şəklimizi öz simvolundan çıxarsın.
"Adımıza ayıbdır” – deyə.
Elşən Musayev. Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...