Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi

Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə yeni tədris ilinin başlanması münasibətilə Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan bir qrup aztəminatlı ailələrin övladlarına içərisində məktəbli geyimi olan bağlamalar verilib. Eyni zamanda valideynlərlə görüşülüb, onların qaldırdıqları problemlər və narahatlıqlar dinlənilənilib.

Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə xoşniyyətli şəxslərə dərin təşəkkürlərimizi bildiririk.

Onu da qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.
 










 

Xəbər lenti