Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq uğurla reallaşdırılır

Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq uğurla reallaşdırılır
Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq uğurla reallaşdırılır.
7news.az xəbər verir ki, bu gün Agentliyin TECHNEST təqaüd proqramının MDU-da icrasına start verilib.
TECHNEST təqaüdünü qazanan Mingəçevir Dövlət Universitetinin əməkdaşları və 34 tələbə 3.5 ay müddətində hibrid formada tədris olunacaq Şəbəkə İnzibatçılığı və Rəqəmsal Marketinq təlimlərində iştirak edəcək.
MDU-nun rektoru Şahin Bayramov Agentliyin layihə rəhbəri Gülnar Mirhüseynova, Code Factory MMC-nin icraçı direktoru Tariyel Dövlətov və Skillwill şirkətinin nümayəndəsi Səbinə Zülalova ilə birlikdə təlimin açılışını etdilər.
Yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU ilə əməkdaşlığa və göstərilən dəstəyə görə Agentliyin sədri hörmətli İnarə Vəliyevaya və komandasına təşəkkürümüzü bildirir, MDU ailəsinin üzvlərini TECHNEST proqramının təqdim etdiyi imkanlardan maksimum faydalanmağa səsləyirik - deyə rektor Şahin müəllim sosial media hesabında qeyd edib.

MDU yeni dövrün universitetinə çevrilir!
 







 

Xəbər lenti