Mingəçevirdə 27 sentyabr Anım Günü qeyd olundu - FOTOLAR
Burada bir haşiyə çıxaraq bildirək ki, günün bütün coşqusu və həyəcanına baxmayaraq pandemiya təhlükəsi ilə bağlı mingəçevirlilərdə olan intizamlılıq diqqətimizdən yayınmadı. Səhər saatlarından Şəhidlər Xiyabanına çoxsaylı insan axınında və ziyarət əsnasında vətəndaşların bir-biri arasında sosial məsafəyə riayət etmələri, kütləvi toplaşma yerlərində isə əksəriyyətin tibbi maskadan istifadəsi diqqətimizi cəlb etdi. Etiraf etmək lazımdır ki, insanların bir-birinə manə olmadan ziyarəti həyata keçirmələri yüksək səviyyədə təşkil olunmuşdu.
Anım Gününün rəsmi hissəsinə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovun şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslərin müşayəti ilə Şəhidlər Xiyabanına daxil olmasından sonra start verildi.
49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputat seçilmiş, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynovun belə bir gündə Mingəçevirə gəlməsi və Anım Günü münasibətilə şəhərdə təşkil olunan tədbirlərə qatılması, ilk növbədə şəhidlərin ruhuna olan ehtiramından irəli gəlirdisə də, bununla bərabər, öz seçiciləri qarşısında daşıdığı məsuliyyətinə verdiyi əhəmiyyətinin göstəricisi idi.
İlkin olaraq İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçıları qarşısında çıxış edərək müstəqillik tariximizə qısa ekskurs etdi: Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət və ordu quruculuğu sayəsində gördüyü titanik fəaliyyətindən söz açan İcra başçısı, prezident İlham Əliyevin uzaqgörən strateji düşüncəsi və zəkası, həmçinin mahir hərbi komandanlığı sayəsində ulu öndərimizin bizi tarixi qələbəyə aparan siyasi xəttini müasir geosiyasi reallıqlara uyğun daha da zənginləşdirərək uğurla başa çatdırdığını, nəticədə, Azərbaycanın tarixi qələbəyə imza atdığını vurğuladı. Şəhər rəhbəri qeyd etdi ki, Azərbaycanın Vətən müharibəsində tarixi zəfərini təmin edən əsas amil xalqın öz lideri - Ali baş komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbə endirməsi oldu. "Ali baş komandanımızın erməni qəsbkarlarını darmadağın edən dəmir yumruğu öz gücünü xalqın ona olan etimadı, inamı və sevgisindən alırdı” – deyə şəhər rəhbəri söylədi.
Keçən ilin bu günündə erməni təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları dillər əzbəri olan neçə-neçə igidimizi qurban verdiymizi təəsüflə qeyd edən İlham İsmayılov, bizə canı bahasına qələbə sevincini yaşadan şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onların ailə üzvlərinə dərin ehtiramla baş sağlığı verdiyini dilə gətirdi.
İcra Hakimiyyətinin başçısı çıxışını başa vurduqdan sonra sözü 44 günlük müharibənin qəhrəmanlarından biri, Mingəçevirin hava hücumundan müdafiəsini təmin edən hərbi hissənin komandiri, Vətən müharibəsi qəhrəmanı polkovnik Elnur Qebedova verdi. Polkovnik Qebedov çıxışı zamanı 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə "ildırım sürətli texnoloji müharibə” kimi düşdüyünü, müharibədə tətbiq olunan hərbi taktikaların tarixdə ilk dəfə ordumuz tərəfindən işlədildiyini diqqətə çatdırdı. Bu müharibəyə hazırlığın 30 ildir getdiyini deyən Elnur Qebedov torpaqlarımızın azad olunması üçün məhz hərbi yola üstünlük verdiyinə görə hərbçilər adından Ali baş komandana minnətdarlığını bildirdi: "Bəzən deyirdilər ki, münaqişə siyasi yolla həll olunacaq və torpaqlarımız geri qaytarılacaq. Ancaq biz bununla barışmırdıq. Ali baş komandana minnətdarıq ki, torpaqlarımızın azad olunması üçün hərbi yolu seçdi.”
Mingəçevirin strateji əhəmiyyətindən söz açan müharibə qəhrəmanı düşmənin əsas hədəflərindən birinin bu şəhər olduğunu gizlətmədi və bu səbəbdən ölkə rəhbərliyinin şəhərə xüsusi diqqətindən danışdı. "Bəlkə də, burada iştirak edənlərin çoxları, ümumiyyətlə Mingəçevir sakinləri bilməsələr də İcra başçısı bilir ki bu şəhərə hər gün neçə raket zərbəsi endirirdi. Bizim əsas vəzifəmiz o idi ki, şəhərə və şəhər əhalisinə heç bir zərər dəyməsin.”- deyən Elnur Qebədov, eyni zamanda, müharibə zamanı şəhid düşən hərbçilərin ailə üzvlərinə başsağlığı verərək, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını dilədi.
Şəhid qardaşlar Tural və Musa Həsənovların anası Nəhayət Həsənovanın həyacanlı çıxışı tədbirdəki ruh yüksəkliyini daha da alovlandırdı: "Mənin iki övladım vətən uğrunda şəhid oldu. Mən qətiyyən sarsılmıram, əksinə fəxr edirəm.” deyən şəhid anası əlavə etdi ki, "Mən qürurlu anayam ona görə ki, ölkəmizin, xalqımızın bundan sonra sülh və firavanlıqda yaşaması, torpaqlarımızın azad olunması həm də mənim balalarımın canı bahasına başa gəldi. Bu torpaqlar qanla alınmalı idi, qanla da alındı. Övladlarımla qürur duyuram və üçüncü oğlum olsaydı, onun da vətən uğrunda canını fəda etməsinə qarşı çıxmazdım. Təki vətən sağ olsun”
Nəhayət Həsənovanın çıxışından sonra bir daha anlayırsan ki, Tural və Musa kimi qəhrəmanlarımızı ancaq belə ana dünyaya gətirə bilərdi.
Çıxışlar başa çatdıqdan sonra Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələrinin ifasında Anım Gününə həsr olunmuş əbədi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiyada gənc istedadlar günün anlam və önəmini poetik üslubda vurğulayan şeirlər səsləndirdilər.
Tədbir İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla Milli Məclisin sədr müavini Əli Hüseynovun Şəhidlər Xiyabanındakı şəhid məzarlarını ziyarətləri ilə davam etdi. Azərbaycanın üçrəngli bayrağı ilə bəzənmiş hər bir şəhid məzarı üzərinə gül qoyaraq qarşısında baş əyən rəsmilər, bundan sonra şəhidin yaxınlarına baş sağlığı verir, onların dərd ortağı olur, bəzən göz yaşlarını silir, bəzən isə toxtaqlıq verirdilər. Şəhidlərin ailə üzvlərinin simalarında bir yandan niskil və kədər oxunurdusa, digər yandan şəhidi ilə qürur duyub fəxr etdiyi aydın sezilirdi. Sanki bayrağımız o qürurlu duruş və zəfər saçan dalğalanması üçün gücünü şəhidlərimizin ruhundan alırdı. Bu kiçik bayraqların hər biri əbədi müstəqillik və azadlıq atəşinin bir qığılcımı idi ki, göylərdə birləşib böyük bir sönməz ocaq yaratmışdılar.
Səbuhi Abbadov
7NEWS.az
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV