"Müstəqil həyata sağlam inteqrasiya” layihəsi uğurla davam edir

"İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsi uğurla davam edir.
Layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.
Layihədən Bakı şəhərində yerləşən 4 internat məktəbi və uşaq evlərində 150 - dən çox şagird faydalanırlar. Layihə iki hissədən ibarətdir.
1-ci hissə psixoloq heyəti tərəfindən iştirakçılar arasından seçilmiş 30 nəfər gənclərin hər birinə psixi sağlamlığını və cəmiyyətdə psixo-sosial adaptasiyasını formalaşdırmaq üçün 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilir. 
Layihənin 2-ci hissəsində ümumillikdə 150 nəfərdən çox gəncə layihə çərçivəsində təlim və seminarlar vasitəsilə, intelektual səviyyələrinin inkişaf etdirilməsi üçün oyunlar, dünyagörüşü və analitik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həftəlik tapşırıqlar verilir.
Seanslar bitdikdən sonra həmin müəssisələrdən məzun olmuş gənclər üçün Bakı şəhərində müxtəlif turlar təşkil ediləcək və daha sonra layihənin yekunu olaraq düşərgə həyata keçiriləcək.
 
 


Xəbər lenti