Natiq Məmmədli: "Cəmiyyətdə jurnalistin reputasiyasına hörmət olunmalıdır" - VİDEO
05 İyul 2022, 19:28
05 İyul
2022
19:28
530
"Qəzet baş redaktoru kimi fəaliyyət göstərmişəm və müxtəlif beynəlxalq media qurumlarında çalışmışam. Ancaq heç vaxt özümə sayt yaratmaq ağlımdan keçməyib. Bu, mağaza açmaq, yaxud "Qonşuda varsa, məndə də olsun” məsələsi deyil”.
Bu fikirləri AzTV-nin efirində çıxış edən Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli səsləndirib. O, jurnalistikanın rahat bir peşə olmadığına diqqət çəkib: "Media mühitinin sağlamlaşdırılması o deməkdir ki, yuxarıda qeyd etdiyimiz düşüncə və stereotip sıradan çıxsın. Agentliyin keçirdiyi müsabiqələrin nəticəsində media quruluşunun sanbalı, ölçüsü və dəyəri müəyyənləşir. Azərbaycan cəmiyyətində jurnalist sözünə inam və etibar yaranmalıdır. Jurnalistin reputasiyasına hörmət olunmalıdır. Bizim çox ciddi və güclü, eləcə də heç bir etik standartları gözləməyən rəqiblərimiz var. Bunlar sosial şəbəkələrdə oturan qeyri-peşəkar medialardır. Eyni zamanda jurnalistikanın özü böyük bir təhdid altındadır. Gələcəkdə bizim jurnalistika ilə necə məşğul olacağımızı düşünürəm”.
Natiq Məmmədli çıxışını məşhur bir fikirdən sitat gətirməklə davam etdirib: ""Pul ardınca qaçmaq mədəniyyətin əsas ideallarından mədəniyyəti uzaqlaşdırıb”. Biznes subyekti kimi yanaşsaq, eyni fikiri biz mediaya da aid edə bilərik. Dövlətin göstərdiyi dəstəyin mahiyyəti Azərbaycan dilində və ictimai-dövlət maraqlarından irəli gələn mövzularda məqalələr yazmağı təşviq etməkdir. Deməli, dövlətin dəstəyi eyni zamanda dilimizə göstərilən diqqətdir. Ancaq xüsusi vurğulamaq istəyirəm ki, Agentliyin verdiyi məbləğə arxayın olub media subyekti yaratmaq sevdasına düşməsinlər. Media bir biznes subyektidir. Azərbaycan dövləti xırda orta və iri sahibkarlara necə yanaşırsa, onun media subyektlərinə də eyni cür münasibət sərgiləyir. Biz tövsiyə edirik ki, ictimai maraqlardan irəli gələn mövzuları işıqlandırsınlar. Bunun üçün Media Agentliyi olaraq müəyyən mənada təşviqedici addımlar atırıq. Eləcə də jurnalistlərin informasiya çıxışını daha da yaxşı etmək üçün səy göstəririk. Amma bütövlükdə bu, medianın üzərinə düşən bir məsələdir”.
Hesabatlılıq məsələsinə gəlincə isə Media Agentliyinin rəsmisi bunları deyib: "Biz vəsaiti media subyektlərinə verdikdən sonra da kifayət qədər ciddi və əhatəli monitorinq həyata keçiririk. Bu vəsaitlərin media qurumlarının əmək münasibətlərinə necə təsir göstərdiyini analiz edirik. Biz media qurumunun ofisinin olması haqda tələb qoymuşuq. Eyni zamanda jurnalistlərin gəlirləri və vergiləri qaydasında olmalıdır. Bu, məsələnin hüquqi-inzibati tərəfidir. Peşəkarlıq məsələsinə gəlincə isə burada söhbət 20 materialdan gedir. Bu, sadəcə say göstəricisi deyil. Hər hansı bir sayt və ya qəzet özünün minimum 20 materialını hazırlamalıdır. Bu, özəl xəbər anlamına gəlmir. Media subyektinin özünün müsahibəsi, məqaləsi, şou xəbəri, fotoreportajı, oçerki və sair materialı olmalıdır. "Copy-paste jurnalistikası” ilə məşğul olan media subyektləri monitorinqlər nəticəsində dərhal üzə çıxır və biz onlara xəbərdarlıq edirik. Keçən müsabiqədə də kifayət qədər ciddi monitorinqlər aparıldı və biz həmin media subyektlərinin reputasiyasına hörmətlə yanaşaraq ad çəkmədik və elan etmədik. Ancaq kifayət qədər maliyyə sanksiyası tətbiq etdiyimiz və ciddi danışıqlar apardığımız media subyektləri oldu”.
Natiq Məmmədli saytların dizaynında və qəzetlərin tərtibatında müəyyən dəyişikliklərin olduğunu əlavə edib: "Bizim dəstəyimizdən sonra bir sıra saytlar yenidən dizayn olunub. Qəzetlərin tərtibatı dəyişib. Dövlətin yanaşması redaksiya siyasətinə qarışmadan ictimai maraqlardan irəli gələn mövzuların işıqlandırılmasını təmin etməkdir. Elə medianın fəlsəfəsi də ictimai maraqlardan çıxış etməsidir. Düşünürük ki, bütün bu məsələlərlə dövlətin dəstəyi və onun ictimai sifarişi üst-üstə düşür. Media cəmiyyət qarşısında reputasiyanı özü qazanmalı, jurnalist isə etimadını özü doğrultmalıdır. Dövlətin media sahəsində fəaliyyətinin məqsədi fikir müxtəlifliyinə, fəaliyyət sərbəstliyinə nail olmaq və bunu təmin etməkdir”.
Xəbər lenti
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV