Payızlıq əkinlərin vaxtında bəyan edilməsi niyə vacibdir? - BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
06 Dekabr 2021, 10:21
06 Dekabr
2021
10:21
700
Füzuli rayonunda payızlıq əkinlərin bəyanı prosesini sürətləndirmək məqsədilə fermerlərə səyyar xidmət təşkil olunub
Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin bəyan edilməsi prosesini sürətləndirmək məqsədilə bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. Noyabrın son ongünlüyündən başlayaraq 20-dən artıq rayonda maarifləndirmə işləri aparılıb. Məlumatlandırma işləri əsasən taxılçılıq rayonlarında aparılır. Nazirliyin nümayəndə heyəti növbəti məlumatlandırma sessiyasını Füzuli və Beyləqan rayonlarında keçiriblər.
Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, payızlıq əkinlər Füzuli və Beyləqan rayonlarının ümumi əkin dövriyyəsində böyük paya sahibdir. 2020/2021 payızlıq əkinlər dövründə bu rayonlarda ümumilikdə 50 min hektara yaxın sahədə arpa və buğda əkilib. Bu əkinlərə görə Füzuli və Beyləqan rayonu üzrə 11000 nəfərdən çox fermer əkin subsidiyası alıb. Hazırda hər iki rayonda səpin prosesi yekunlaşmaq üzrədir, səpinin optimal müddətdə başa çatacağı gözlənilir. Səpini başa çatdırmış fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkinlərin bəyanını davam etdirirlər.
Bildirilib ki, fermerlər öz əkinlərini bəyan etmək və subsidiya üçün müraciəti formalaşdırmaq üçün ildə bir dəfə EKTİS-də şəxsi kabinetlərini aktivləşdirməlidir. Şəxsi kabineti aktivləşdirməklə fermerlər aqrar fəaliyyətlərini davam etdirdiklərini təsdiqləmiş olurlar. Şəxsi kabinet aktivləşdirildikdən sonra torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlər və əkin məlumatları EKTİS-ə daxil edilməlidir. Sənədlərin uyğunluğu və məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra təsdiqlənir və fermerin subsidiya almaq üçün elektron müraciəti formalaşır. Bəyan prosesi dekabrın 30-da başa çatacaq, yanvar ayında monitorinqlərin keçirilməsi, fevral-mart aylarında isə subsidiyaların ödənişi nəzərdə tutulur. Fermerlər öz əkinlərini son müddət tarixini gözləmədən bəyan etməklə ilin əvvəlində subsidiya almaq imkanı qazanırlar.
Görüşlərdə 5 hektardan yuxarı əkin sahələrindən aqrokimyəvi analizin verilməsi, 10 hektardan yuxarı sahələrin sığorta olunması və digər yenilikıər barədə məlumat verilib. Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə taxıl əkininə görə vahid əkin əmsalı (1,05) müəyyən olunub, fermerlər həm arpa, həm buğda əkininə görə hər hektara 210 manat subsidiya alacaqlar. Müzakirələr zamanı iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Qeyd edək ki, bəyan prosesinin sürətləndirilməsi məqsədilə Füzuli rayonunda fermerlərə səyyar aqrar xidmət göstərilir. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmətə başlayıb. Mikroavtobuslar müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, bəyan proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmət Aqrar Xidmətlər Agentliyinin təlim keçmiş əməkdaşları tərəfindən həyata keçirilir. Ümumilikdə 6 səyyar qrup rayonun inzibati mərkəzdən uzaq müxtəlif kəndlərində fermerlərə torpaq sənədlərini və əkin məlumatlarını EKTİS-də bəyan etməyə köməklik göstərirlər.
Səyyar xidmətlərin göstərilməsi qrafiki rayonların tələbatına görə müəyyən olunur. Bundan əvvəl analoji səyyar aqrar xidmətlər Şəki, Sabirabad və İmişli rayonlarında təşkil olunub. Bu rayonlarda səyyar xidmətlər zamanı 8 mindən artıq fermerə öz əkinlərini EKTİS-də bəyan etməyə texniki köməklik göstərilib. Payızlıq əkinlərin bəyan prosesinin sürətləndirilməsi məqsədilə növbəti səyyar xidmətlər Tovuz və Goranboy rayonlarında təşkil olunacaq.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO