Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?

Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri Yevlax şəhərinə gəlib.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunacaq.

Danışıqları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, millət vəkili Ramin Məmmədov aparır.

Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub. Bundan əvvəl o, Xocalıda erməni sakinlərin nümayəndələri ilə bir dəfə görüş keçirib.

Xəbər lenti