Qazi övladlarına məktəb ləvazimatları hədiyyə edildi: MİNGƏÇEVİRDƏ NÜMUNƏVİ TƏDBİR (VİDEO)

Qazi övladlarına məktəb ləvazimatları hədiyyə edildi: MİNGƏÇEVİRDƏ NÜMUNƏVİ TƏDBİR (VİDEO)
Bu gün Gənc Qazilər Ictimai Birliyi Mingəçevir filialı və Xarıbülbül restoranının rəhbəri, vətənpərvər iş adamı Hacı Vüsal Əlibəylinin birgə təşkil etdiyi "Təhsilli Gələcək” layihəsi çərçivəsində 50 qazi ailəsinin 70 övladı məktəbli çantası və məktəbli ləvazimatları ilə təmin edilib.
Tədbir dövlət himnimizin səslənməsi və qəhrəman Şəhidlərimizin ruhunun dərin ehtiramla yad olunması ilə başlandı. 
Tədbir zamanı Lahiyənin rəhbəri Gənc Qazilər Ictimai Birliyi Mingəçevir filialı sədri Namiq İbrahimli və layihənin digər rəhbəri Günay Əlibəyli, ELTV kanalının aparıcı-redaktoru, Beynəlxalq Jurnalistər Federasiyasının üzvü İnqilab Şirinli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri, İctimai Birliyinin üzvü Ömərov Rüstəm çıxış edərək məktəblilərimizi yeni tədris ili münasibəti ilə təbrik edib, onlara xoş diləklərini çatdırıblar. 
Tədbir zamanı təkcə Gənc Qazilər Ictimai Birliyi Mingəçevir filialının qazi övladlarına yox, digər cəmiyyətlərin də qazi övladları üçün məktəbli çantası və ləvazimatları hədiyyə edilib. Məktəblilərin sevinci tədbirin əsas amalına çevrildi. 
Tədbirin təşkilində əsas məqsəd ondan ibarətdir ki, qəhrəman döyüşçülərin övladları həm atalarının döyüş yoldaşlarını, həm də qəhrəman övladları bir birilərini tanısın.
Sonda qazilər çıxış edərək tədbir təşkilatçılarına diqqət və qayğı üçün dərin minnətdarlıqlarını bildirdi. Tədbirin sonunda xatirə şəkli çəkildi. 
7NEWS.az kollektivi olaraq əməyi keçən hər kəsə bir daha minnətdarıq.

Xəbər lenti