"Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə" Avropa Forumu Madriddə baş tutdu - FOTOLAR
10 Oktyabr 2023, 17:49
10 Oktyabr
2023
17:49
475
İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan "Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu baş tutub.
Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın İspaniyadakı Səfirliyinin rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı Madriddə fəaliyyət göstərən diplomatik korpusun heyəti, qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və müvafiq media təmsilçiləri bir araya gəliblər.
"Westin Palace Hotel”də təşkil olunan forumda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, Türkiyənin Madrid Böyük Elçisi Nüket Küçükel Ezberci, Avropa Parlamentinin üzvü, eləcə də qurumun 2014-2019-cu illərdə vitse-prezidenti olmuş Riçard Çarnetski, millət vəkili, xalq şairi, Dünya Azərbaycanlılar Konqresinin həmsədri Sabir Rüstəmxanlı, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda çalışan, Serbiya Respublikası Prezidentinin sabiq xüsusi müşaviri Damjan Krnjeviç Miskoviç, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sdəri Tənzilə Rüstəmxanlı, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, "Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançes, məşhur fotoqraf və memar Reza Deqati, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Türkiyənin "Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürk, Monreal, Brüssel və Stokholmun tqnınmış beyin mərkəzlərində çalışan Yaxın Şərq üzrə mütəxəssis, professor Sebastian Boussois, "İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili və digər qonaqlar öz mühazirələri və çıxışları ilə mövzu barəsində geniş fikir mübadiləsi aparmışdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlaırnı açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən Tənzilə Rüstəmxanlı bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün gərəkliliyinə diqqət çəkib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov məsələnin siyasi tərəfinə diqqət çəkərək dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb. Səfir yurdundan didərgin salınmış milyonlarla insanın hüquqlarının bərpa Azərbaycanın nümayiş etdirdiyi diplomatik təmkinlik və bu sahədə əməkdaşlığın təşviq olunmasının təqdirəlayiq olduğunu bildirib.
Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında heç nəyi gizləməyin mümkün olmadığını bildirərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən millət vəkili onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.
Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışıb, sistemin işləmə mexanizmi barədə məlumat verib. O, Ermənistandan qovulmuş Azərbaycanlıların geri qayıtmasının mümkün olacağına inandığını dilə gətirib.
Tanınmış fotoqraf, Azərbaycan həqiqətləriin dünyaya çatdıırlmasında böyük əməyi keçən Reza Deqati foruma vizual təqdimatla qatılıb.
Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib. Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri olmuş Damjan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən "Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı birinci paneldə çıxış edən Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Madrid San Pablo-CEU Universitetinin tarix professoru Antoniyo Alonso Markos, Kral Xuan Karlos Universitetinin Beynəlxalq ictimai hüquq və Beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Yelena Diyaz Qalan Aİ-nin məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel isə Türkiyənin "Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün moderatorluğunda baş tutub. Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, "Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin qatıldığı paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hislərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında müzakirələr keçirilib.
Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.
Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.
Daha sonra Azərbaycan mətbəxinin inciləri ispan qonaqlara təqdim olunub.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"