Qətərdə yaşayan soydaşlarımız erməni təxribatlarına etiraz ediblər

Qətərdə yaşayan soydaşlarımız erməni təxribatlarına etiraz ediblər
17 iyul 2020-ci il tarixində Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş təşkil ediblər. 

Əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək!”, "Karabakh is Azerbaijan!” plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.  

Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətini nifrətlə qınayıblar.








 

Xəbər lenti