QHT sədri: Sözün silahla hədələnməsi ifadə azadlığına qəsddir
30 İyun 2023, 16:29
30 İyun
2023
16:29
267
İyunun 28-də "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada çəkiliş apararkən hücuma məruz qalması, nəticədə müxbir və operatorun bədən xəsarətləri alması, çəkiliş kamerasının isə əllərindən alınaraq sındırılması dəhşətli faktdır. Əməkdaşlar kameranı geri tələb edərkən onların silahla hədələnməsi isə ağlasığmaz hadisədir. Fransada baş vermiş bu hadisə Avropanın mərkəzində söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə qarşı basqıdır. Sözün silahla hədələnməsi ifadə azadlığına qarşı sui-qəsddir.
Bu fikri AZƏRTAC-a açıqlamasında "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib. O bildirib ki, bu zorakılıq aktı təkcə bir şəxsə, bir jurnalistə qarşı deyil, eyni zamanda, cəmiyyətə qarşı törədilən cinayətdir: "Bu qiymətləndirməni biz beynəlxalq sənədlərə əsasən tam məsuliyyətlə söyləyə bilərik. 1997-ci il noyabrın 12-də UNESCO Konfransının 29-cu sessiyasında qəbul edilmiş qətnamədə məhz bu məqam da nəzərə alınmaqla jurnalistlərə qarşı zorakılığın pislənməsi xüsusi olaraq qeyd edilir. Qətnamədə jurnalistlərə qarşı yönəldilmiş hər hansı fiziki zorakılığı cəmiyyətə qarşı cinayət kimi pisləmək öhdəliyi qoyulur. Çünki bu, fikir azadlığına və dolayısı ilə beynəlxalq insan hüquqları sənədlərində nəzərdə tutulmuş digər hüquq və azadlıqlara qəsddir. Eyni zamanda, qətnamənin digər bəndi qanunla öz xidməti vəzifələrini yerinə yetirərkən jurnalistlərə, habelə KİV-ə qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ümumi yurisdiksiyaya malik məhkəmə müəssisələrində cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur”.
C. Hüseynzadə diqqətə çatdırıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi ilə təsbit olunan hər kəsin fikir və ifadə azadlığı hüququnun, bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq, dövlət sərhədindən asılı olmayaraq istənilən KİV vasitəsilə məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığının Avropanın mərkəzində kobudcasına pozulması çox acınacaqlı faktdır. Fransada baş verən bu hadisə ağırlaşdırıcı məqamları olan fakt kimi araşdırılmalıdır. Bu hadisədə jurnalistin fəaliyyətinə mane olma, onlara xəsarət yetimə, digərinin əmlakını əlindən alma və silahla hədələmə halları mövcuddur.
Fransa hökuməti bu hadisəni obyektiv şəkildə araşdırılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Hadisənin ən ağır məqamı isə siyasi və mənəvi məsuliyyətlə bağlıdır. Məhz bu məqamlara görə Fransada və digər ölkələrdə fəaliyyət göstərən insan hüquqlarını və jurnalistləri müdafiə edən yerli və beynəlxalq təşkilatların mövqeyi olmali idi. Amma təəssüf ki, jurnalistin müdafiəsi ilə bağlı hər hansı bəyanata rast gələ bilmədik.
Göründüyü kimi, jurnalistlərin informasiya əldə etmək hüquqları məhdudlaşdırılır, onlara qarşı cinayət törədən şəxslər məsuliyyətə cəlb olunmur. Rəsmi Paris bu ölkədə akkreditasiyadan keçmiş jurnalistlərin hüquq və vəzifələrini sərbəst həyata keçirmək üçün onların təhlükəsizliyini təmin etməyə borcludur.
Nədənsə Azərbaycanı hər zaman "diqqətdə” saxlayan "Freedom House”, ATƏT-in media azadlığı üzrə nümayəndəliyi, "Sərhədsiz reportyorlar” təşkilatının "aktivliyini” görə bilmədik.
"ATƏT-in tövsiyələrinə görə, jurnalistlərin təhlükəsizliyi media azadlığının zəruri şərtidir. Fransada azərbaycanlı jurnalistlərə qarşı törədilən hadisədə məhz ATƏT-in təsdiq etdiyi zorakılıq növlərindən fiziki zorakılıq aktı və psixoloji təzyiq, o cümlədən jurnalistlərin həyatına təhdid elementləri mövcuddur. Qeyd olunan bu faktlar ATƏT-in media azadlığı üzrə nümayəndəsinin mövqe bildirməsini tələb edir.
Rəsmi Paris, eyni zamanda, jurnalistlərin təhlükəsizliyi üzrə beynəlxalq öhdəlikləri kobud sürətdə pozur. Bu öhdəliklər sırasında ATƏT Nazirlər Şurasının jurnalistlərin təhlükəsizliyinə dair 3/18 saylı Qərarını (2018-ci il 7 dekabr, Milan), Budapeşt Sənədini (ATƏT-in Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü 1994-cü il 5-6 dekabr, Budapeşt), ATƏM-in İnsan Ölçüsü Konfransının Moskva İclasının Sənədini (1991-ci il 3 oktyabr, Moskva) "BMT Baş Assambleyasının jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq problemi ilə bağlı 68/163 saylı Qətnaməsini (2013-cü il 18 dekabr, Nyu-York) və BMT Təhlükəsizlik Şurasının Jurnalistlərin Müdafiəsi üzrə 2222 saylı Qətnaməsini (2015-ci il 27 may, Nyu-York) qeyd etmək lazımdır.
Eyni zamanda, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Aparatı jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərir. Ali Komissarlığın Aparatı xüsusilə jurnalistlərə qarşı hücumları və bütün zorakılıq aktlarını açıq şəkildə pisləməklə təsirli tədbirlər görməyi və bu cinayətlərə görə cəzasızlığa son qoymağı öhdəsinə götürür. 1990-cı ildə Fransanın ev sahibliyi ilə qəbul edilən "Yeni Avropa üçün Paris Xartiyası”nda ifadə azadlığı və bu azadlığa təminatın verilməsi dəfələrlə sadalanır. Göründüyü kimi, istər rəsmi Parisin, istərsə beynəlxalq təşkilatın məsələyə hüquqi və siyasi qiymət verməsi üçün, jurnalistə qarşı törədilən fiziki və psixoloji zorakılığın pislənilməsi üçün kifayət qədər beynəlxalq hüquqi baza var. Belə olan halda ortaya ciddi suallar çıxır. Qiymətləndirmə apararkən zorakılığa məruz qalan jurnalistin təmsil etdiyi ölkə və yaxud zorakılığın baş verdiyi ölkə əsas götürülür? Beynəlxalq konvensiyalar, hüquqlar və öhdəliklər hamı üçün bərabər və əlçatan olmalıdır. Təəssüf ki, bu dəfə də Azərbaycana qarşı münasibət ədalətli olmadı”, - deyə QHT sədri vurğulayıb.
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar