Ramil Həsən ucarlıların problemini parlamentdə səsləndirdi: "Su problemi həll edilməlidir" - VİDEO

Ramil Həsən ucarlıların problemini parlamentdə səsləndirdi:
7NEWS.az xəbər verir ki, bu barədə millət vəkili Ramil Həsən öz facebook səhifəsində geniş məluçat verib: "Bu gün Milli Məclisdə seçicilərimin mənə verdiyi hüquqdan istifadə edib, cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı proqramına dəstək olaraq 91 saylı Ucar Seçki Dairəsindən seçilmiş millət vəkili kimi, seçicilərim tərəfindən mənə ünvanlanmış çoxsaylı müraciətlərə əsaslanaraq, bir müddət öncə Azərbaycan Respublikasının Baş Nazirinə, o cümlədən, müvafiq dövlət qrumlarına ünvanladığım Ucar rayonunun ən böyük problemi olan şoran torpaqlar və susuzluqla mübarizə çərçivəsində atılması vacib işlərlə bağlı bir daha fikirlərimi ifadə etdim. Azərbaycan hökumətinin bu istiqamətdə müvafiq addımlar atmaqla rayon ərazisində kənd təsərrüfatı sahəsinin inkişafına köməklik göstərmiş olar. Xüsusilə, pambıqçılıq və əkinçiliklə məşğul olan sakinlərin istifadəsində olan torpaqların su tələbatını təmin etmək üçün subartezian quyularının qazılmasına, su kanallarının çəkilməsinə, eyni zamanda şoran torpaqların münbitləşdirilməsi ilə əlaqədar işlərin görülməsinə müvafiq köməklik göstərməsinin vacibliyini vurğuladım. Seçicilərimin narahatlıqlarının aradan qaldırılması üçün bir daha hökümətdən və Baş Nazirdən xahiş etdim"
7NEWS.az

 

Xəbər lenti