“Sabirabad rayonunda gənc qızların məşğulluğunun təmin edilməsi” adlı layihəyə start verilib

“Sabirabad rayonunda gənc qızların məşğulluğunun təmin edilməsi” adlı layihəyə start verilib

"Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 15.09.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Sabirabad rayonunda gənc qızların məşğulluğunun təmin edilməsi” adlı layihəyə start verib.

Layihənin əsas məqsədi – Sabirabad rayonunda peşə təhsili alan gənc qızların yeni fəaliyyətə başlayan və məşğulluqlarının artırılması üçün intensiv şəkildə bacarıqlarının artırılması və onların iqtisadi gücləndirilməsinə dəstək olmaqdır.   

Layihə Sabirabad rayonunda peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənc qızlar təşkil edəcək və onların biznes sahəsində ideyalarının təhlil olunması üçün köməklik göstəriləcək. 

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 50 nəfər gənc qız arasında ilkin sorğular və  "biznes nədir?” adlı təlimlər keçiriləcəkdir.  

 Layihə Sabirabad  rayonunda peşə təhsili alan gənc qızların iştirakı ilə həyata keçiriləcək.

Xəbər lenti