Şəhid Elşad Həsənovun nəşi ailəsinə təhvil verildi (FOTO/YENİLƏNİB)

Şəhid Elşad Həsənovun nəşi ailəsinə təhvil verildi (FOTO/YENİLƏNİB)
Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Həsənovun nəşi Ağstafa rayon Xətai kəndinə gətirilib.

Şəhidin nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
 
 


10.38
 
Ötən gün Laçında şəhid olan hərbçimiz Elşad Həsənovla vida mərasimi keçirilir.

7News.Az xəbər verir ki, şəhidimiz bu gün doğulduğu Ağstafada dəfn ediləcək.

Qeyd edək ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan E.Həsənov Xətai kəndində doğulub. 1994-cü il təvəllüdlü şəhidimiz müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olub. O, bir neçə ay öncə ailə həyatı qurubmuş.
 


Xəbər lenti