"Tofiq Yaqublu və onun kimilər hətərəm-pətərəm danışmasınlar!” - EKSPERT RƏYLƏRİ
20 İyul 2023, 17:56
20 İyul
2023
17:56
264
Həftə səkkiz, mən doqquz "Osmanqızı TV"də Azərbaycan əleyhinə şər-böhtanlar yağdıran Əli Kərimli tərəfindən təlimatlandırılan Tofiq Yaqublunun Xankəndi separatçılarının qondarma başçısı Araik Arutyunyanın dili ilə danışması, "Dağlıq Qarabağ ermənilərinin statusu olmalıdır" söyləməsi belə bir şübhə yaradır ki, illərdən bəri dağıdıcı müxalifət düşərgəsindəki partiyalar arasında yerdəyişmələr üzrə çempion olan Tofiq Yaqublu həm də Rusiyanın adamı Ruben Vardanyandan, hətta Azərbaycanın qatı düşməni Fransa Prezidenti Emmanuel Makrondan da təlimat ( yəni, qrant) alır. Tofiq Yaqublunun dilinin əzbəri olan və erməni sevgisindən qaynaqlanan "status" məsələsi bu milli xəyanətkarın yaralı yeridir. SİA mövzu ilə bağlı siyasi ekspertlərin rəyini öyrənib.
Milli Məclisin deputatı Elşən Musayev: "Tofiq Yaqublu yenə "gül vurub” və əmin olun ki, bunu qəsdən edib! Çünki Tofiq və onun kimilər eynən erməni kimi düşünürlər, erməni kimi yaşayırlar, erməni kimi arzulayırlar. Əsas səbəb bax budur!
Yaqublu hansı statusdan danışıb? Nə məqsədlə danışıb? Niyə danışıb? Səbəb nədir? – Bax bu sualların cavabı verilməlidir. Üstəlik, təcili! Hər halda yenə nəsə oyun qurublar və bu açıqlama hansısa növbəti riyakar gedişə, alçaq məqsədə hesablanıb. Ssenari isə heç şübhə etmirəm ki, anti-milli ünsür, satqınbaşı Əli Kərimli tərəfindən yazılıb. Yəqin erməni dostlarına, həmfikirlərinə əvvəldən söz veriblər ki, belə bir məsələni ortalığa atacayıq, siz də dəstək olarsız. Zatən Əli Kərimlinin oğlu erməni lobbisi ilə sıx işləyir və lazımi məlumatları onlardan atasına, atasından da onlara ötürür. Yəni, ailədən seçdikləri koordinator da var.
50 dəfə deyilib ki, heç bir statusdan söhbət gedə bilməz. Status ola bilməz. Qarabağda yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda bütün imtiyazlardan istifadə edə bilərlər. Vəssalam! Başqa alternativ yoxdur. Ola bilməz! Tofiq Yaqublu və onun kimilər də məlum həqiqəti dərk etsinlər, anlasınlar və bundan sonra hətərəm-pətərəm danışmasınlar!”.
Milli Məclisin deputatı Tahir Kərimli: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük cəsarətlə bildirib ki, ermənilərin statusu cəhənnəmə gedib. Bundan sonra heç bir statusdan söhbət gedə bilməz. Sadəcə olaraq bu mərd hadisəni müxalifət, o cümlədən Tofiq Yaqublu heç cür həzm edə bilmir. Ötən gün Sevinc Osmanqızının verilişində bildirilib ki, Azərbaycanda yaşayan bütün xalqlara status vermək lazımdır. Onlar birbaşa ermənilərin və Qərbin istəyi yönündə fəaliyyət göstərirlər. Blogger Vidadi İsgəndərli dedi ki, Sevinc Osmanqızı və digərlərinə Azərbaycan əleyhinə fəaliyyətə görə külli miqdarda pul ayrılır. Onlar özləri də açıq şəkildə bildirirlər ki, Qərbin və ermənilərin pulu ilə Azərbaycan dövləti əleyhinə xidmət göstərirlər. Ona görə də onların heç birinə güvənmək olmaz. Bu, Azərbaycana böyük bir zərbədir. Azərbaycan Respublikasının qanunu ilə Dağlıq Qarabağ statusu ləğv olunub və Prezidentin fərmanı ilə Qarabağ iqtisadi rayonu yaradılıb. Ermənilər ölkəmizdə yaşayan heç bir millətdən artıq deyil. Azərbaycan Federasiyaya çevrilə bilməz. Ona görə də ermənilərin çıxış yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdir"./sia
Xəbər lenti
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...