“Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR
15 Fevral 2024, 16:58
15 Fevral
2024
16:58
341
"Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qərbi Azərbaycan Türklərindən və onların yurd həsrətindən bəhs edən "Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmin təqdimat mərasimi keçirilib.
"World Business Center”də baş tutan təqdimat mərasimində millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natavan Abbaslı ekran işinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.
Birlik sədri filmdən bəhs edib:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmriylə gerçəkləşən Qarabağ Zəfəri hər birimizin içindəki Qərbi Azərbaycan atəşini yenidən alovlandırdı. Bizim yenidən Rəvandan Zəngəzura qədər o torpaqlara qayıda biləcəyimiz ümidini oyandırdı ki, xəyalı belə gözəldir. Və biz artıq o xəyalın gerçək olacağına inanırıq. Filmimiz də bu həsrətdən bəhs edir”.
Layihə rəhbəri Aqil Ələsgər filmlə bağlı fikirlərini bölüşüb:
"Cənab Prezident, Müzəffər Ali Baş Komandanın 30 illik Qarabağ həsrətinə son verməsi Azərbaycan xalqının qələbə ruhunu özünə qaytardı. Bu zəfər bizim üçün digər zəfərlərin də mündəricatı sayıla bilər. Hesab edirik ki, öz dədə-baba torpaqlarımızda qədim Azərbaycan torpaqlarını birləşdirmək, o torpaqlara qayıtmaq bizim ən təbii haqqımızdır. Bu baxımdan İrəvan, Göyçə, Zəngəzur bizim üçün bir xəyal deyil, bir hədəfdir. Hesab edirik ki, filmdə bu yurd həsrəti ilə dünyasını dəyişən, harada olmalarından asılı olmayaraq məzarları qədim Qərbi Azərbaycan torpaqlarına tərəf basdırılan insanların həyatından bəhs edir. Bu filmdə Türkiyədə yaşayan, orada Cümhuriyyətin qurulmasında və inkişafında xidmətləri olan Azərbaycanlılarla bağlı məlumatlara yer vermişik. Onların cəmiyyətdə tanınması üçün bu işi həyata keçirmişik… Çünki bu insanlar həm Qurtuluş savaşında qəhrəmanlıq göstərən, həm də cümhuriyyətin təməllərini Mustafa Kamalla birgə atan insanlardır”.
Daha sonra film nümayiş olunub. Nümayişdən sonra ekran işi barədə fikirlər səsləndirilib.
Tədbirdə iştirak edən Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov filmlə bağlı təəssüratlarını bölüşüb:
"Tarixi faktlara əsaslanan və gələcəkdə Türk dünyasında akademik araşdırma kimi istinad mənbəyi olan bir sənədli filmin nümayişini izlədik. Qürürverici haldır ki, Azərbaycan Gənclər Fondu bu layihənin ərsəyə gəlməsi üçün "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinə maliyyə vəsaiti ayırıb. Sevindirici haldır ki, tamaşaçılar arasında gənclər üstünlük təşkil edir”.
Millət vəkili Hikmət Babaoğlu belə bir sənədli filmin ərsəyə gəlməsində layihə rəhbərinə minnətdarlığını ifadə edib:
"Allaha şükürlər olsun ki Azərbaycan Prezidenti və dəmir yumruq sayəsində qaçhaqaçdan da, qaçqınlıqdan da qurtulduq, indi köç geri qayıdır. Azərbaycan Prezidenti andiçmə mərasimindəki çıxışında tarixi mesajlar verdi. Cənab Prezident çıxışının sonunda belə bir fikir səsləndirdi ki, bizim ailəmiz türk dünyasıdır. Bu gün Qərbi azərbaycanlılar Türk dünyasının müxtəlif bölgələrinə səpələniblər. Elə iki babamdan biri Qazaxstana sürgün olunub. Sonra 1952-ci ildə kəndimizə qayıdıb”.
Millət vəkili Naqif Həmzə filmlə bağlı fikirlərini səsləndirib:
"Bu gün həqiqətən də tarixi günlər yaşayırıq. Ard-arda sevindirici xəbərlər alırıq. Bu, da bizim 44 günlük Vətən savaşından sonra qazandığımız zəfərlə əlaqədardır. Zəfər zəfər gətirir. Bu gün artıq Qərbi Azərbaycana getməyin yollarını axtarırıq. Özü də döyüşərək yox, sülh yolu ilə. Aqil Ələsgərə və "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin bütün komandasına , Gənclər Fonduna təşəkkürümü bildirirəm ki, Qərbi Azərbaycanlıarın məhz Türkiyədə araşdırılmasına dair belə bir film ərsəyə gətiriblər”.
Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, "Belə layihələri maliyyələşdirdiyinə görə Gənclər Fonduna təşəkkürümü bildirirəm. Mən də filmdə sözümü demişəm. Bu mövzu çox önəmli mövzudur. Uzun müddət bu mövzuya müraciət olunmayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycanlılara ayırdığı diqqətdən sonra Azərbaycanın ictimai, siyasi həyatında araşdırılmalar başlandı və bu mövzuya çox ciddi şəkildə diqqət ayrıldı. Bu faciələr bizim faciəmizdir, bunuunutdurmamalıyıq”.
Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqarlı filmin əhəmiyyətini yüksək dəyərləndirib: "Bir filmin ərsəyə gətirilməsi çox böyük əziyyət tələb edir. Biz 30 il ərzində necə ki, hər birimiz Qarabağlı olduq, indi də hər birimiz Qərbi Azərbayacanlıyıq”.
Sonda xatirə şəkili çəkilib.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO