“Virusların ən təhlükəlisi: “AXCPOVİD-21” – Elşən Musayevin yazısı
17 Noyabr 2021, 12:30
17 Noyabr
2021
12:30
737
Az qala bütün cəbhə boyunca erməni təxribatının baş aldığı bir məqamda "Milli Şura” adlanan anti-milli qurumun və AXCP adında funksionallığını çoxdan itirən təsisatın sərgilədiyi riyakar mövqe gerçəkdən insanı heyrətləndirməyə bilmir. Adamlar sanki pusquda durublar, bir erməni himinə bənddirlər. Ki, dərhal qoşulsunlar onlara, tandem yaratsınlar. Üstəlik, nə səbatsız, nə əyri təfəkkürdə olan, nə özünü, kimliyini tanımayan da varsa, cəlb ediblər sıralarına. Və dünəndən prosesi başladıblar. Əli Kərimli 30 ildi şütüdüyü təhqir maşınını içindəki siyasi kamikadzelər qarışıq yenə tuşlayıb iqtidarın, dövlətin üzərinə. Qənimət adında antilopu isə verib irəli. Danışırlar. Sərsəmləyirlər. Hətta arada bir-birinə opponentlik edirlər. Erməni qalıb kənarda, Azərbaycanı suçlayırlar ki, bəs niyə sabitliyə riayət olunmur, necə oldu kapitulyasiya? Hansı cümləyə, nöqtəyə, vergülə də baxsan, Kərimlinin dəsti-xəttidir. Ələkçinin qıl verənləri də boy sırası ilə düzülüblər bu quldurbaşının ardına. Söyüş, iftira yarışına giriblər. Dayanmırlar, usanmırlar, öz mənəviyyatsızlıqlarına saniyə belə ara vermirlər. Zamanında Qarabağı xəyanətkarcasına satanlar həmin Qarabağı illər sonra böyük rəşadət və əzm hesabına geri qaytaranları ittiham edir. Fərari övladını erməni lobbisinin ətəyinə pərçimləyən kərimlikimilər 44 gün ərzində canı bahasına vətən qoruyan, əzəli torpaqlarımızı işğaldan azad edən igidlərimizin əməyini aşağılayır. Bir vaxtlar xaosun nəzəriyyəsini yazanlar, indi erməni təxribatı nəticəsində pozulan sabitliyi Azərbaycan iqtidarının ayağına yazmağa çalışır. Niyə? Xeyir ola? Kimsiz axı siz?
Ayrıca, bayaq da söylədim, aydın görünür ki, hücum diaqonalı eynidir. Tezis eynidir. Sifariş verilən nöqtələr fərqli olsa da sifarişi qəbul edən "kafa”lar eynidir. Yanaşma eynidir. Tərz eynidir. Yazan əllər eynidir. Kitab görməyən, intellektdən uzaq gözlər, kustar baxışlar eynidir.
Bütün qaraguruh sahibinə bənzəyir.
Azərbaycan siyasətinin üzqarası olan – Əli Kərimliyə!
***
Əli Kərimli elə bir xəstə təfəkkürün yiyəsi, elə bir virus daşıyıcısıdır ki, yanındakıları dərhal özünə yoluxdurur. Üstəlik, hər kvartalda da yeni və əcaib mutasiyalara uğrayır. Korona ilə bağlı 50 cür peyvənd çıxıb, dərman tapılıb. Amma Kərimli virusuna mübtəla olanların çarəsi yoxdur. Düzdür, öldürmür, amma öldürməkdən daha betər edir. Zombiləşdirir. Çingiz Aytmatovun məşhur əsərinin personajına çevirir. Yuyur beyini. Öz də dibindən sıyırıb yuyur. Qısaca, salır adamı Qənimət Zahidin gününə. Və ya,normalda virus tutan adamın aqibəti necə olur? - Hərarət qalxır, öskürək başlayır, qan göstəriciləri dəyişir. Düzdürmü? Fəqət, Kərimli virusunun simptomları tam başqadır. Məsələn, bir dönüb baxarsan ki, olmusan hərdəmxəyal avantürist, siyasi qolçomaq. Ya da nə bilim, 70 yaşında, ahıl çağında başlayırsan bığ çıxarmağa, London küçələrində memuarlar yazmağa, fantaziyalar uydurmağa, şizofren həmlələr etməyə. Sadə bir fakt deyim. O gün Kərimli qəbiləsinə məxsus qıpçaqlardan biri Gültəkin Hacıbəyli perspektiv üçün nəzərdə tutulan Zəngilan hava limanı haqda yekə, çox yekə bir şairanə status yazıb. Dəridən-qabıqdan çıxaraq fikrini əsaslandırmağa çalışıb ki, yan-yana aeroportlara nə ehtiyac var? Üstəlik, əsaslandırmasını punktlara bölüb, xırdalayıb. Ki, bax Füzuli hava limanından Zəngilan hava limanına uçmaq üçün 2 saat əvvəldən orada olmalısan, yükünü verməlisən, gözləməlisən, yarım saat ərzində təyyarə göyə qalxmalıdır, bir az uçmalıdır, sonra enməlidir, bu da oldu təxminən 1 saat. Beləcə iki saat ordan – 1 saat burdan. Üst - üstə 3 saat. Nə ehtiyac var buna? Elə maşınla 40 dəqiqəyə Zəngilana gedərəm də... İnanın, beləcə də yazıb. Şübhə edən, açıb səhifəsini oxusun. Və bu insan 10 il deputat olub, Azərbaycanı Avropa Şurasında təmsil edib, yüzlərlə diplomatla görüşüb, dövlət rəsmiləri ilə ünsiyyət qurub, təmsilçilik funksiyası daşıyıb. Amma Kərimli pandemiyasının qurbanı olan kimi görün hansı məntiqin yiyəsinə çevrilib. Daha dəqiqi, elə zənn edib ki, insanlar Zəngilan aeroportuna Füzulidən uçacaqlar. Lap daha dəqiqi: düşünüb, hər iki aeroport fəaliyyətə başlasa Füzulidən Zəngilana gedənlər mütləq hava xəttindən istifadə etməlidirlər. Oysa, bu ağıl yiyəsinə deyən olmadı ki, ay başında beyin əvəzinə bilmirəm nə gəzdirən adam, Moskvada 4 aeroport var, məgər oradakı insanlar birinə minib o birinəmi uçurlar? Hansı oqranla düşünürsən sən? Öd kisəsi iləmi? Böyrəkləmi? Qulaq seyvanıylamı?
Bəsitliyin də, yabanılığın da bu qədəri olmaz axı...
***
Hələ o gün Fuad Qəhrəmanlının səs yazısı yayılıb. Həyat yoldaşına deyir, Kərimlini gözləyə bilmərəm, özüm 10 il prezident olum, sonra vəzifəmi Əliyə dövr edəcəm. Ayrıca, hiss olunur ki, adam həm də inanıb deyir, ürəkdən deyir, düşündüyünü deyir. İndi buna nə diaqnoz qoyasan? Hansı həkimə aparasan? Əsas da nə həkiminə aparasan? Və daha vacibi: sabah kim qarantiya verir ki, məsələn Vidadi Mirkamal durub Yuri Qaqarin olduğunu sübut eləməyə çalışmayacaq? Kimin əminliyi var ki, Cəmil Həsənli Sultan Süleymanla xala nəvəsi olduğunu iddia etməyəcək? Kim cavabdehdir ki, Gültəkin Hacıbəyli Merilin Monronun ölmədiyini və əslində özü olduğunu isbatlamağa çalışmayacaq?
***
"Azadlıq”ın saytını oxuyanda mən dəhşətə gəlirəm. Lağ-lağı, səfeh sarkazm, qarğış, bəsit təxəyyül, ucuz sərsəmləmələr... Hər şey var içində. Yaramazlığın, riyakarlığın bəzəkçəsi olan hər şey! Bu bədheybətlər erməninin belə iddia etmədiyini iddia edirər.Paşinyan deyir məğlub olmuşuq. Kərimlisi, Həsənlisi qayıdır ki, nə danışırsan, məğlub olan bizik. Bu nankorları dinləyən elə zənn edər, 44 günlük müharibəni biz yox, ermənilər udub. Gözləri o qədər qanla, hakimiyyət ehtirası ilə dolub ki, Şuşanı, Laçını, Kəlbəcəri görməzdən keçə bilirlər, amma Co Baydenin düzənləyəcəyi virtual demokratiya sammitinə Azərbaycanın dəvət edilmədiyini yox. İşlərinə, maraqlarına nə yarayırsa, ona uyğunlaşırlar. Amöba kimi, jele kimi, saqqız kimi, timsah çənəsi kimi əzələsizdirlər. ƏZƏLSİZdirlər. Vətən satmaq desən - ön sırada. Kürəkdən vurmaq desən - ən qabaqda. Daldadan danışmaq, badalaq atmaq desən - hamıdan birinci. Amma elə ki, dövlətdən, xalqdan, milli maraqlardan bəhs et – bu qaraguruh yığınından bircəciyini gördüm deyən tapılmaz!
***
Hara qədər gedəcəklər, daha hansı yaramazlıqları düzənləyəcəklər, başqa kimlərin cibindən çıxacaqlar, vicdanlarını ayrı hansı dairələrə, kəşfiyyatlara satılıq üçün təqdim edəcəklər – orasını bilmirəm. Tək bildiyim odur ki, Azərbaycan eyni anda bir neçə virusla mübarizə aparan yeganə ölkədir.
"COVİD-19” tanınmışıdır. "AXCPOVİD-21” isə daha təhlükəlisi.
ÜST ikincinin varlığından xəbər tutsa, koronaya gülər.
Elşən Musayev, Milli Məclisin deputatı
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”