“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”

21 Avqust 2023, 11:39
21 Avqust
2023
11:39
100
Azərbaycan əsilli Dünya şöhrətli Türkiyəli alim Prof. Dr. Elbrus Cəfərovun Ankarada zəfərə səsləyən "Zirvələrə Dikin Bayraq” adlı ictimai - siyasi - fəlsəfi motivli yeni kitabı dərc olunub.
İstanbul Texniki Universitetinin aerokosmika fakültəsinin professoru Elbrus Cəfərovun Türkiyədə "Zirvələrə dikin bayraq” adlı yeni kitabı işıq üzü görüb. "Ankara Sahil Kitap” nəşriyyatı tərəfindən Elbrus Mahmudoğlu təxəllüsü ilə nəşr olunan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, fəlsəfi-təsəvvüfi araşdırmaları, ictimai-siyasi motivli şeirləri daxil edilib.
Qərbi Azərbaycanın Göyçə mahalının Kərkibaş kəndində dünyaya göz açmış müəllifin kitabında fərqli dövrlərdə yazdığı Vətən həsrətli ictimai-siyasi motivli, təbiət və həyatın gözəlliklərini tərənnüm edən lirik şeirlər, təsəvvüf motivli qəzəl və münəcatlar yer alıb. Fəlsəfi-təsəvvüf motivli "Dünya” və "Milli qürurdur dilimiz” mənzum traktatları da ilk dəfə bu kitabda nəşr olunub. Kitabda sufi-hürufi şair, dahi mütəfəkkir alim - filosof Seyid İmadəddin Nəsiminin məşhur "Sığmazam” əsərinə nəzirə olaraq yazılmış "Möhtacam” şeiri də yer almışdır.
Şairin əsərləri günümüzün ictimai-siyasi gerçəkliklərini poetik janrda oxuculara çatdıran samballı nümunələrdən hesab olunur. Kitabda müəllifin 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərin qəhrəmanlarını tərənnüm edən, Vətən, torpaq, bayraq sevgisi aşılayan şeirləri də yer alıb. Xüsusilə də Müzəffər Ali Baş Komandanın dilindən xalqımızı və əsgərimizi mücadiləyə səsləyən "Azərbaycan, Azərbaycan” poemasının epiloqu olduqca təsirli bir əsər olaraq günümüzün aktual gerçəklikləri ilə uzlaşır, kitaba xüsusi məna qatır.
Göründüyü kimi, həyatını bütünlüklə elm və təhsilə həsr etmiş professor eyni zamanda sazlı-sözlü Göyçənin zəngin folklor mühitindən aşılanan bədii yaradıcılığından da uzaq qalmamışdır. Müəllifin 30 illik müşahidələrinin bədii inikası olarak ərsəyə gələn, nəfis tərtibatlı 144 səhifədən ibarət bu yığcam kitabı tarixin sınaqlarından çıxan "bir millət, iki dövlət" dost və qardaş Azərbaycan – Türkiyə xalqları arasında ədəbi - bədii əlaqələrin və canlı insani körpülərin möhkəmlənməsində mühüm töhfələrdən biri kimi dəyərləndirmək mümkündür. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Türklərin gücü yenilməzdir! Türkün ruhu sarsılmazdır! şüarları danılmaz bir gerçəkdir. Maddi- mənəvi sərvətləri zəngin olan vətənimizə göz dikən yağı düşmən bu zəfərdən dərs çıxarmalıdır.
Ümid edirik ki, professorun ömrünün müdrik çağında uzun illərdən sonra ərsəyə gələn "Zirvələrə dikin bayraq” kitabı vətənimiz Azərbaycanda da geniş oxucu kütləsinin marağına səbəb olacaq, gənclərin, şanlı əsgərlərimizin, təsəvvüf elminə maraq göstərənlərin, folklorsevərlərin stolüstü kitabına çevriləcək.
Qeyd edək ki, ilk təhsilini hazırda işğal altında olan Basarkeçər rayonunda alan Elbrus Mahmud oğlu Cəfərov məktəbi qızıl medalla bitirdikdən sonra elm yolunda ilk addımlarını atıb. "Sapı özümüzdən olan baltalar”ın yaratdığı əngəllərə baxmayaraq, 35 yaşında Moskvada doktorluq dissertasiyası (Э.М. Джафаров "Многоструктурное управление непрерывными процессами" (теория, разработка и внедрение) 450 стр.) müdafiə edən Elbrus Cəfərov "Texniki kibernetika və informasiya nəzəriyyəsi” istisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini qazanmışdır.
Professor uzun illər ərzində Azərbaycan Texniki Universitetinin avtomatika və robototexnika kafedrasına rəhbərlik edib. O, ölkəmizdə robototexniki sistemlər ixtisasını açan və tədris edən ilk alimdir. Beynəlxalq Astronavtika Akademiyasının (IAA) həqiqi üzvü olan professor Elbrus Cəfərov dünyanın müxtəlif ölkələrində keçirilən yüksək dərəcəli elmi konfranslarda məruzələrlə çıxış edib, 200-dən çox birinci dərəcəli elmi məqalənin, 27 ixtiranın müəllifi - patent sahibidir.
Xeyli müddətdir ki, İstanbul Texniki Universitetində çalışan alim bakalavr, magistratura və doktorantura pillələrində xarici tələbələrə fundamental ixtisas fənlərindən dərs keçir. Universitetdə onun rəhbərliyi altında 10 nəfərə yaxın Ph.D., 100-ə yaxın bakalavr və magistr yetişdirilib.
İstanbul Texniki Universitetin Aerokosmika fakültəsinin Aviasiya Mühəndisliyi ixtisası üzrə professoru 77 yaşlı Elbrus Cəfərovun yüzlərlə tələbənin məzun olmasında və Türkiyə Müdafiə Sənayesində uğurla çalışan mühəndis kadrlarının ərsəyə gəlməsində müstəsna xidmətləri və əməyi olmuşdur. Professorun Avropada ingilis dilində nəşr olunmuş "Elbrous Jafarov (Variable Structure Control and Time-Delay Systems) WSEAS Press 2009, 330 p.” fundamental kitabı dünyanın aerokosmik sistemləri, robototexnika, idarəetmə nəzəriyyəsi sahələrində tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunan fundamental referans kitabı aerokosmik fakültələr, kibernetika və tətbiqi riyaziyyat, avtomatika, robototexnika, idarəetmə nəzəriyyəsi magistr və doktorantura tələbələri, müəllim və tədqiqatçılar üçün nəzərdə tutulub. Sözügedən kitabı professorun üzv olduğu Dünya WSEAS Akademiyasının Amerika, Avropa, Avstraliya və Türkiyədəki ofisləri universitetlər və şəxsi kitabxanaları üçün sifariş edirlər.
Prof. Dr. Elbrus Cəfərov "Robust Control, Theory and Applications 694 p. Edited by Andrzej Bartoszewicz; Published by InTech 2011” tez-tez istinad edilən nadir fundamental monoqrafiya-dərslik kitabının seçilmiş beynəlxalq həmmüəlliflərindən biridir.
Hal-hazırda vəzifəsinin başında olan və Göyçə həsrətiylə yanan qocaman alim gənclik illərindən bəri çox sevdiyi Bakı şəhərindədir

Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
SOSİAL
“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
SOSİAL
Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
GÜNDƏM, SOSİAL
“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
SOSİAL
Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
SOSİAL
Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
GÜNDƏM, SOSİAL
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
GÜNDƏM, SOSİAL
Vardanyanın milyardlıq mülkləri...
-
SOSİAL
“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir