Ermənilərin guya Şuşanı döyüşsüz verməsi ağ yalandır
29 Yanvar 2021, 10:30
29 Yanvar
2021
10:30
937
"44 günlük müharibədə ordusu darmadağın edilmiş, ağır məğlubiyyətə uğramış Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan tərəfindən Şuşa şəhərinin işğalına guya hansısa təxribat nəticəsində son qoyulduğunu, "Şuşanın döyüşsüz verildiyini” həm daxili, həm də xarici auditoriyaya təlqin etməyə çalışır. Təbii ki, bu zaman ortalığa haqlı bir sual çıxır: Ermənilər nə üçün Azərbaycanın işğaldan azad etdiyi digər ərazilərlə yox, məhz Şuşa şəhəri ilə bağlı "xəyanət nəticəsində”, "döyüşsüz təhvil verilib” təbliğatını aparırlar?”
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. E.Mirzəbəyli bildirib ki, şübhəsiz, burada düşmən ölkənin və onun yalan, böhtan üyüdən təbliğat maşınının öz alt niyyəti var:
"Uydurduqları yalan və əfsanələrlə yaşamağa alışmış ermənilər, o cümlədən onların siyasətçiləri və təbliğatçıları Şuşanın Qarabağ xanlığının paytaxtı, Qarabağın siyasi mərkəzi olduğunu, daha öncə ilk Qarabağ xanı Pənahəli xanın adı ilə "Pənahabad” aldandırıldığını yaxşı bilirlər. Qarabağ xanlığının həm də tarixi Azərbaycan dövlətlərindən biri olduğunu nəzərə alsaq, ermənilərin Azərbaycan torpaqlarına sahiblənmək üçün nə üçün Şuşa amilindən istifadə etdiklərini müəyyənləşdirə bilərik.
Onlar bununla dolayısıyla iddia edirlər ki, "əgər siyasi mərkəz, paytaxt Şuşa ermənilərə məxsusdursa, o zaman Qarabağ da ermənilərindir”. Yəni ermənilər Qarabağa təkcə ərazisi kimi deyil, həm də azərbaycanlıların Qarabağ ərazisində qurduqları eyniadlı dövlətə (xanlığa) sahiblənmək istəyirlər ki, indi işğalına son qoyulmuş ərazilərdə qurmaq istədikləri ikinci erməni dövlətinin mövcudluğunu əsaslandıra bilsinlər. Məhz bu səbəbdən də Azərbaycan torpaqlarının işğalı prosesində Şuşanın qəsb edilməsi ermənilərin əsas hədəfi olub.
Təsadüfi deyil ki, "qələbə günü” kimi məhz Şuşanın işağl edildiyi günü bayram edirdilər. Alınmaz qala olan Şuşanın Azərbaycanın müzəffər ordusunun əsgər və zabitlərinin misilsiz rəşadəti və fədakarlığı nəticəsində azad edilməsi, ermənilərin daha öncə söz açdığım təbliğat tezislərini sıradan çıxarmaqla yanaşı, həm də erməniliyin söykəndiyi sütünlardan biri olan "məğlubedilməzlik” sindromunu da sıradan çıxarıb”.
E.Mirzəbəyli qeyd edib ki, azərbaycanlılar, cənab Prezidentin də qeyd etdiyi kimi, yüngül silahlarla dişinə qədər silahlanmış, 30 ilə yaxın bir zaman ərzində Şuşada çoxsaylı istehkamlar qurmuş Ermənistan ordusunun tankına, topuna qarşı, az qala yalın əllə qalib gəliblər:
"Bir neçə yüz nəfərdən ibarət Azərbaycan cəngavərləri Ermənistan ordusunun yüzlərlə əsgərini məhv edib, minlərlə hərbçisini yaralayıb və döyüş meydanından qaçmağa məcbur ediblər. Azərbaycan igidləri Ermənistanın ordusunun həm relyef, həm hərbi texnika, həm də hərbçilərin sayı baxımından dəfələrlə üstün mövqedə olmasına baxmayaraq, Şuşanı ildırımsürətli bir əməliyyatla, sıldırım, keçilməz qayalıqları yalın əllə qalxaraq, əlbəyaxa döyüşdə darmadağın ediblər. Azərbaycan ordusunun ermənilərə Şuşada verdiyi dərs nəinki onların "məğlubedilməzlik” haqqında uydurduqları mifləri alt-üst edib, həm də ermənilərin yaddaşına elə bir məğlubiyyət toxumu səpib ki, onlar onillər, bəlkə də yüzillər boyu Azərbaycan əsgərinin nəfəsini belə raket atəşi zənn edəcəklər. Azərbaycan Şuşanı işğaldan azad etməklə, həm də dövlətçiliyinin bir parçası olan Qarabağ xanlığının vərəsəliyinə sahiblənib. Tarixi ədalətin təntənəsi olan bu reallıq əbədiyyətə qədər dəyişməyəcək!”.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"