28 May tarixi niyə Müstəqillik günü adlandırılır? - Əli Hüseynli aydınlıq gətirdi - MÜSAHİBƏ
11 Oktyabr 2021, 14:24
11 Oktyabr
2021
14:24
833
Milli Məclis "Müstəqillik günü haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarır.
Qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
"Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir”.
Qanun layihəsinə görə, Azərbaycanda 28 May tarixi Müstəqillik günü, 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası günü olaraq qeyd edilməlidir.
Modern.az saytı qanun layihisi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə həmsöhbət olub:
- Əli müəllim, indiyə qədər ölkəmizdə ayrı-ayrılıqda Müstəqillik günü və Respublika günü qeyd olunurdu. Parlamentə təqdim olunmuş "Müstəqillik haqqında” yeni qanun layihəsinin bu formatda zərurətini nə ilə əsaslandırardınız?
- Parlamentə cənab Prezident tərəfindən dövlətçilik tariximiz üçün əhəmiyyətli olan "Müstəqillik günü haqqında” qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb.
Belə ki, 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
1991-ci ilin oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında "Konstitusiya Aktı”na əsasən xalqımız öz müstəqilliyini bərpa etmişdir. Bu tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması yeni qanun layihəsində öz əksini tapmışdır. Buna görə də tam məntiqlidir ki, 1918-ci illə bağlı tarixi hadisə - mayın 28-i Müstəqillik günü, 1991-ci illə bağlı hadisə - oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü elan edilsin.
- Amma bir sıra dairələrdə bu tarixi günlərin dəyişdirilməsi ilə bağlı fərqli düşüncələr də var.
- Ola bilsin ki, fərqli düşüncələr var. Amma hüquqi baxımdan hər şey öz məzmununa görə dəqiq olmalı və tarixi xronologiyanı əks etdirməlidir. Mən istərdim ki, o dövrdə qəbul olunmuş qərarları bir daha xatırlayaq və müqayisə edək.
1918-ci ildə İstiqlal Bəyannaməsini qəbul edən qurucu babalarımız ilk növbədə bu Bəyannamə ilə müstəqil bir dövlətin qurulduğunu bəyan etmişlər.
O ki qaldı müstəqilliyimizin bərpası ilə bağlı keçən əsrin sonunda qəbul edilən qərarlara, onların xronologiyasına bir daha qayıtmaq istərdim. 30 avqust 1991-ci il tarixində Azərbaycan Ali Soveti məhz Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etmişdir. Sonra məhz bu Bəyannamədən irəli gələrək, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edilmişdir. 1994-cü il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 18 oktyabr Dövlət Müstəqilliyi günü elan edilmişdir. Təbiidir ki, həmin Fərman 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının adına uyğun verilmişdir. Bütün bunlarla yanaşı, bildirməliyəm ki, 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur:
"Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.
Gördüyünüz kimi, bu sənədlərdə söhbət məhz müstəqilliyin bərpasından gedir. Bu baxımdan da, 1991-ci ilin oktyabrın 18-nin Müstəqilliyin bərpa olunduğu gün kimi qeyd olunması tam məntiqli və parlamentin özünün vaxtilə qəbul etdiyi Aktlara uyğundur.
28 May gününə gəldikdə isə "Azərbaycanın dövlət quruluşunun Dirçəliş günü olan 28 Mayın istirahət günü elan edilməsi haqqında” Azərbaycan SSR Prezidentinin Fərmanının təsdiq olunması barəsində Azərbaycan Respublikası Ali Sovetinin 5 fevral 1991-ci il tarixli Qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 1992-ci il tarixli Fərmanı ilə 28 May Respublika günü kimi hesab edilmişdir. Amma yuxarıda qeyd etdiyim kimi, mahiyyət etibarilə bu, əslində Müstəqillik günüdür. Çünki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın ilk növbədə müstəqilliyini dünyaya bəyan edib.
7News.Az
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!