“ADY” QSC-də qan donorluğu və talassemiya haqqında tədbir təşkil olunub

“ADY” QSC-də qan donorluğu və talassemiya haqqında  tədbir təşkil olunub
Dekabrın 9-da "Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin (AQDİM) təşkilatçılığı, həmçinin Talassemiya Mərkəzi və Mərkəzi  Qan Bankının birgə dəstəyi ilə "Saglam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olundu. 

Tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin rəisi Tural Məmmədov,  "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin  idarə heyətinin sədri Fuad Rəsul, AQİM-in idarə heyəti sədrinin müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev,  AQDİM-in idarə heyəti sədrinin müşaviri Kamil Hüseynov, həmçinin Mərkəzi Qan Bankının həkimi Mələk Babayeva, Talassemiya Mərkəzinin həkim-hematoloqu Sevinc Nəbiyeva mövzu ətrafında geniş məruzəylə çıxışlar ediblrər. 
Qeyd olunub ki, qan vermək hər bir sağlam insanın bəşəri borcudur. Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90 faiz aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir.Qəza nəticəsində yaralanan birinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən bir körpənin, qan vurulmazsa öləcək bir xəstənin sizin verdiyiniz qanla həyata qayıtması ilə sizə verdiyi mənəvi rahatlıq isə ölçüsüzdür.
Natiqlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzində görülən işlərin, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların bu xəstəliyə düçar olanların müalicəsində və profilaktikasında mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olduğunu bildiriblər.
Qeyd edək ki, Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi  "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur. 








Xəbər lenti