“Azadlıq aşiqi”, yoxsa meydan elementi?
22 Avqust 2022, 21:26
22 Avqust
2022
21:26
560
7NEWS.az millət vəkili Ramil Həsənin yazısını təqdim edir.
Ötən əsrin 80-ci illərinin sonunda SSRİ-nin çöküşünün fonunda Azərbaycanda başlanmış xalq hərakatı keşməkeşli hadisələrlə yadda qalıb. Bu mənada, xalq hərakatının "önündə” gedənlərin də kimliyi zaman keçdikcə bütün xalqımıza məlum oldu. Çünki xalq hərakatında millətini sevən, həqiqətən də onun azadlığı uğrunda mübarizə aparan şəxslərlə yanaşı, yaranmış vəziyyətdən sui-istifadə edən, "KQB”-yə agentlik edənlər də var. Bu hərakatda elə təsadüfi adamlar var ki, hətta onun "lideri” səviyyəsinə yüksəlmək iddiasında olub. Belələrindən biri də Nemət Pənahlıdır.
Nemət Pənahlının adı məhz o dövrün mitinqləri fonunda ictimaiyyət üçün məlum oldu. Adətən, milli azadlıq mübarizələrində xalqın önündə gedən şəxslərin cəmiyyətin qaymağı hesab olunan ziyalılar gedirdisə, heç bir ali təhsili olmayan, ziddiyyətli bir şəxsin – Nemət Pənahlının birdən birə xalq hərakatının "öndərlərindən” birinə çevrilməsi hələ də qaranlıq olaraq qalır. Məhz belə ziddiyyətlərin fonunda xalqının azadlıq mübarizəsində qoşulan həqiqi vətənpərvər bir çox ziyalılar o dövrün hərakatının rəhbərliyindən uzaqlaşdılar. Belə olan halda isə, meydan Nemət Pənahlı kimilərə qaldı. Bu adamın "KQB”nin cəsusu olması fikri isə zaman getdikcə özünü daha çox doğrultmaqdadır. Bunun isbatlarından biri də 20 Yanvar hadisələri zamanı baş verənlərdir. Sovet imperiyasının qoşunlarının xalqımıza qarşı silahdan istifadəcəyini hiss edən, məlumat əldə edən ziyalılar insanları meydanlardan dağılışmağa çağırsalar da, artıq özünü hərəkatın lideri hesab edən Nemət isə əksinə- xalqı meydanlara çağırırdı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş verən qətliam isə bütün dünyaya səs aldı. Dinc, günahsız insanlar imperiyanın qurbanına çevrildi. Amma həmin gecə Nemət Pənahlı xalqın arasında olmadı.
Zaman keçdi, Azərbaycan dövlət müstəqilliyini elan etdi. Həmin dövrdən etibarən N.Pənahlı isə mövqesizlik nümayiş etdirir, sifətdən sifətə düşməyə davam edir. "maskalanmış” Nemət ötən illər ərzində sübut edib ki, o, milli azadlıq hərəkatından yalnız şəxsi məqsədləri üçün istifadə edib və onun milli dövlətçiliyimizə sadiqliyindən heç bir söhbət gedə bilməz. O, heç zaman "azadlıq aşiqi” olmayıb, əksinə, sadəcə meydan elementi olaraq müəyyən xarici dairələrin xüsusi xidmət orqanlarının əlində alət kimi istifadə olunur.
Diqqət çəkən bir məqam da ondan ibarətdir ki, illər öncə özünə siyasi partiya yaradan Nemət aktiv siyasi fəaliyyətlə məşğul olmayıb, "göbələk” kimi konkret olaraq hansısa mövsümdə gündəmə gəlməyə çalışıb. Onun gündəmə gəlmək cəhdi də müəyyən maraqlara xidmət edib, sifarişli olub. Məqsədi isə müstəqil dövlətimizin artan gücünə, inkişafına əks-fikirlər səsləndirmək, ictimai rəyi çaşdırmaq məqsədi daşıyıb. 44 günlük Vətən müharibəsində də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, siyasi, elm, mədəniyyət və ictimai xadimlər Ali Baş Komandana və şanlı ordumuza birmənalı dəstək göstərsə də, Nemət Pənahlının adı onların arasında yox idi. Bu fakt onun hansı əqidəyə xidmət etdiyi bir daha təsdiqləyir. Daha doğrusu, əqidəsizlik, mövqesizlik, satqınlıq və s. neqativ xüsusiyyətlər Nemətin tərcümeyi halının ən əsas cizgiləridir. Beləliklə, meydan elementi kimi özünə "titul” qazanmış N.Pənahlının günü gündən inkişaf edən Azərbaycan haqqında hansısa mülahizə yürütmək, fikir və mövqe səsləndirməyə heç bir mənəvi haqqı yoxdur. Onun adı və bayağı "fikirləri” cəmiyyətimizdə yalnız ikrah doğura bilər. Bu səbəbdən də, Nemətin özünü cəmiyyətə siyasətçi kimi sırımaq cəhdi fiaskoya məhkumdur.
Yekun olaraq bir daha deyə bilərik ki, Azərbaycan dövlətinin xarici və daxili istiqamətdə həyata keçirdiyi islahatlar siyasəti ciddi uğurlu nəticələr verdiyi, bu istiqamətdə həyata keçirilən iradəli addımlar Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqları nəzərə alınaraq həyata keçirildiyi üçün şübhəsiz ki, bir çox xarici ölkələrin Azərbaycanın müstəqil dövlət kimi siyasət yürütməsini həzm edə bilməyən müəyyən xarici dairələr və xarici təhlükəsizlik strukturları tərəfindən narahatlıqla qarşılanır. Milli siyasətimiz həmin qüvvələrin məqsədlərinin reallaşmasına ciddi bir maneə və əngəl törətdiyi üçün Nemət Pənahlı kimi insanlardan proseslərə zərər vurmaq məqsədilə alət kimi istifadə edilməkdədir. Amma bir məqam dəqiq və aydındır ki, Azərbaycan dövləti və Azərbaycan xalqı dəmir yumruq kimi birdir, güclüdür. Azərbaycan dövlət başçısı Cənab İlham Əliyevin öndərliyində atılan bütün addımlar necə ki, Qarabağ savaşında Azərbaycan xalqının yumruq kimi birləşib düşmənin başını əzərək tarimar etdisə, ölkəmizin maraqlarına zərbə vurmaq üçün planlar cızan daxili və xarici qüvvələrin hər birini susdurmağa hazırdır. Azərbaycan dövləti bundan sonra da dövlət başçısının həyata keçirmiş olduğu bütün uğurlu siyasi istiqamətdə Azərbaycan xalqı birlikdə və bərabər vahid bir güc olaraq hərəkət edəcəkdir və Nemət Pənahlı kimi tör-töküntülərin bundan sonra da Azərbaycan siyasətində və siyasi mühitində heç bir zaman yeri olmayacaqdır.
Ramil HƏSƏN
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Xəbər lenti
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR