Azərbaycanda fəaliyyət göstərən 734 Qeyri-hökumət təşkilatları Edilli məzarlığı ilə bağlı bəyanat yayıb
06 Oktyabr 2022, 11:59
06 Oktyabr
2022
11:59
399
Qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunmuş kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb.
Bəyanatda deyilir:
"Azərbaycan cəmiyyətində böyük sarsıntı yaradan, Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş məzarlıq regionda sayca üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin fevral ayında Edilli kəndində bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi və sentyabr ayının 14-də Edilli kəndində digər bir kütləvi məzarlıqda 12 nəfərin cəsədi təsadüfi qazıntılar nəticəsində aşkar edilmişdi. Məzarlıqlarda tapılan cəsədlərin funksional vəziyyətləri onların qabaqcadan planlaşdırılmış qaydada, xüsusi qəddarlıqla öldürüldüklərini deməyə əsas verir. Bütün bu baş verənlər Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əsir və girovlarımıza qarşı qanuni çərcivədən kənar və özbaşına edamların nəticəsidir ki, bu da silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozulması ilə nəticələnən müharibə cinayətidir.
Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri bu hadisəni qətiyyətlə pisləyir və hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 20% ərazilərinin işğalı zamanı (1988-1994-cü illər) ermənilər tərəfindən əsir götürülən 4000-ə yaxın Azərbaycan vətəndaşının (hərbi qulluqçu və mülki şəxslərin) taleyindən hələ də xəbər yoxdur. Azərbaycan dövləti dəfələrlə itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, bütün beynəlxalq humanitar təşkilatlar məsələ ilə bağlı səssiz qalmış və heç birini cavablandırmamışdır.
1949-cu il Cenevrə konvensiyalarına əsasən müharibə zamanı hərbi əsirlərlə davranış, eləcə də yaralı və mülki şəxslərin müdafiəsi tələbləri Ermənistan tərəfindən dəfələrlə pozulmuş və 2022-ci ildə aşkar edilən kütləvi məzarlıqlar da bu pozuntuların baş verdiyini sübut edən bariz nümunə olmuşdur. İndiyədək müharibə cinayətləri törədən erməni hərbiçilərinə qarşı Ermənistan hüquq mühafizə orqanları və məhkəmələri tərəfindən heç bir cəzalandırılma halına rast gəlinməmişdir.
Azərbaycan Respublikasının 2020-ci il Vətən Müharibəsindən sonra Ermənistana həm itkin düşmüş şəxslərin taleyi, eləcə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı müraciətləri də faktiki olaraq cavabsız qalmışdır. Ermənistan bütün hallarda Azərbaycanın humanist, qərəzsiz münasibətinə qeyri-adekvat münasibət bəsləmişdir. Müharibə cinayətləri törədən, yüzlərlə mülki şəxsin ölümünə səbəb olan, bir milyon insanın yaşamaq hüquqlarını pozan, onların varidatını mənimsəyən, mədəni irsini məhv edən Ermənistan adlı bir dövlətin hələ də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, azərbaycanlıların başlarına gətirilən faciələrə ikili standartlarla yanaşılması bizim həmin təşkilatların fəaliyyətinə inamımızı azaldır.
Bəyan edirik ki, Ermənistanın müharibə cinayətlərinə beynəlxalq təşkilatlar, xüsusən beynəlxalq humanitar təşkilatlar adekvat cavab verməli, törətdiyi cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməli və Azərbaycanın 4000-ə yaxın itkin düşmüş vətəndaşının taleyinə aydınlıq gətirməlidirlər”.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...