Ekspert: "Dünya qlobal təhlükə qarşısıdadır" - ÖZƏL

Ekspert:
7NEWS.az xəbər verir ki, bu sözləri ekspert Sahib Məmmədo Rusiya-Ukrayna müharibəsinə münasibət bildirərkən deyib: "Makron dünən Putinlə telefon danışığından sonra deyib ki, "ən pisi hələ qabaqdadır". Söhbət Rusiya-Ukraina müharibəsindən gedir. 
Əslində aydın məsələdir. Rusiya geri çəkilmək niyyətində deyil. Ən optimis proqnoz bu ola bilərdi ki, Rusiya 23 fevral status-kvosuna qayıtsın. Yəni qondarma qurmları tanıdıqdan sonrakı vəziyyətə. Amma artıq bu barədə də danışmaq mümkün deyil. Tərəflər (Rusiya , ABŞ və Qərb) vəziyyəti gərginləşdirməkdə davam edirlər. Rusiyanın bütün mədəni, idman tədbirlərindən kənarlaşdırlması, iqtisadi sanksiyalar genişlənir. Rusiya isə öz növbəsində zərurət yaransa kosmosda, okenada və quru ərazilərdə müharibə aracağına dair anonslar verməkdə davam edir. Dünya qlobal təhlükə qarşısıdadır."
7NEWS.az

Xəbər lenti