Əminə Yusifqızının “Biz vətən üçün doğulmuşuq” kitabının təqdimat mərasimi olub
05 İyul 2022, 23:58
05 İyul
2022
23:58
578
İyulun 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar jurnalist Əminə Yusifqızının "Biz vətən üçün doğulmuşuq” kitabının təqdimat mərasimi keçirilib.
Kitab 44 günlük Vətən müharibəsi zamanı Yevlax bölgəsindən şəhid olmuş qəhrəman oğullardan bəhs edir.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, məsləhətçi filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədlidir.
Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bəzi hadisələr xalqın tarixinə qızıl hərflərlə yazılır. 44 günlük müharibə zamanı mübariz Azərbaycan əsgərlərinin qısa zaman kəsiyində göstərdiyi şücaət heç vaxt unudulmayacaq, nəsillər dəyişəcək, amma qələbə günü qürur mənbəyi günü kimi yadda qalacaq. İgid Azərbaycan oğulları Qarabağı, Şuşanı görməsələr də bu haqda kitablarda oxuyub, vətənpərvərlik tərbiyəsi götürüblər. Onlar ölümün gözünə dik baxaraq torpaqlarımızı bizə qaytardı.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabda 65 oçerkin yer aldığını söyləyərək deyib: "Məqalələri oxuduqda bunun peşəkarlıqla yazıldığını görürük. Vətən haqqında çox danışılır, amma şəhidlərlə bağlı məsələlər hamımızın ürəyini ağrıdır. Bunu analar yaxşı bilir. Onlar öz övladlarını unutmayacaq, haqq dünyasında yenidən öz övladları ilə qovuşacaqlar. Bir söz adamın vəzifəsi bu xatirələri yaşatmaqdır. Əminə xanımın peşəkarlıqla yazdığı sətirlər bir çox insanların qəlbini titrədəcək və şəhid anaların keçirdiyi hissləri anladacaq”.
Kitabın redaktoru Məhəbbət Mehdiyeva bildirib ki, bu kitab Əminə xanımın şəhidlər haqqında yazdığı ikinci kitabıdır. Şəhid analarına olan hörmət hissi onu bir daha bu mövzuya toxunmağa məcbur edib. O hər oçerki bir epiqrafla müşayiət edib, hər bir şəhidin hekayəsinə bir başlıq verib. Bu kitabı oxuyan biganə qala bilməz, bu eyni zamanda şəhid ailələrinə bir təskinlikdir.
İkinci Qarabağ müharibəsində şəhid olmuş Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova bildirib ki, yazılan əsərlər, bəstələnən musiqilər şəhid analarının yarasını sağaltmasa da, onlara bir təskinlik verir. Ancaq Vətən uğrunda ölən qəhrəmanlar heç zaman unudulmur.
Sonra professor Cahangir Məmmədli, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər./azertag
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV