Fərid Cəfərov: Bir çox hallarda iddiaçılar görürlər ki, qalib olsaydılar, bu, şəffaf seçim olmazdı - MÜSAHİBƏ

Oxu.Az-ın suallarını Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov cavablandırır:
- 2011-ci il Gənclər Fondu yaradıldı, amma 2018-ci ildə fəaliyyət sferası dəyişdirildi. Bu dövr ərzində hansı işlər görülüb?
- Biz fondun fəaliyyəti ilə bağlı müddəti 2011-2018-ci il və 2018-2019-cu il olmaqla, iki yerə bölə bilərik. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərman ilə Gənclər Fondunun yeni Nizamnaməsi təsdiq edildi və müasir dövrdə gənclərin üzləşdiyi çağırışların cavablandırılması üçün Gənclər Fonduna yeni vəzifələr həvalə olundu. Yeni Nizamnaməyə əsasən Fondun ənənəvi qrant müsabiqələrinə əlavə olaraq, gənclərə məşğulluq, təhsil və beynəlxalq təmsilçilik sahələrində əlavə dəstək alətləri təqdim edilməyə başlanıldı.
- 2019-cu ilə yekun vurduq. Gənclər Fonu ötən il ərzində hansı işləri həyata keçirib?
- Fond bu il iki qrant müsabiqəsi ilə yanaşı, təhsil sahəsində iki proqram həyata keçirdi. Belə ki, Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə əsasında 2018-ci ildə 237, ötən il isə 425 nəfər gəncin təhsil xərci Fond tərəfindən qarşılanmışdır. Fond 2019-cu ildə ilk dəfə elan edilmiş "Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı”nı əsasında isə 47 gəncin xaricdə magistr təhsilinin maliyyələşdirilməsinə qərar verildi.
Bununla yanaşı, gənclərin beynəlxalq tədbirlərdə iştirakı və beynəlxalq təşkilatlarda təcrübə keçmələri təmin edildi.
- "Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı” həyata keçirilir, ama bəzi ixtisaslar bu proqramda yer almır. Bununla bağlı adiyyəti qurumlara müraciət etmisinizmi?
- Xaricdə Təhsil üzrə Müsabiqə çərçivəsində iki siyahı tərtib edilir. Birinci siyahı xarici ali təhsil müəssisələrinin siyahısıdır ki, bu zaman tərəfimizdən müvafiq beynəlxalq reytinqlərə istinad olunur. Bu baxımdan siyahıda Avropa və ABŞ-ın ümumilikdə 200-ə yaxın ali təhsil müəssisəsi yer almışdı.
İkinci siyahı isə müsabiqə çərçivəsində maliyyələşdiriləcək ixtisasların siyahısıdır. Sözügedən siyahı aidiyyəti dövlət qurumlarının tövsiyələri əsasında formalaşdırılır. Bu zaman, dövlət qrurumları iki-üç il sonra ehtiyac duyulacaq mütəxəss sahələrini əsas götürürlər.
Fondun Müşahidə Şurasının qərarı ilə 74 ixtisas istiqaməti müəyyən olundu. Bu məsələnin digər problemi də var idi ki, qurumlardan həddən artıq siyahı daxil olmuşdu. Orada iki il yox, 20 il sonra lazım olacaq ixtisasların siyahısı var idi.
- Əvvəllər şərt var idi ki, tələbə dövlət xətti ilə xaricdə təhsil alırsa, mütləq ölkəyə qayıtmalıdır. Fondun belə şərti varmı?
- Fondun Müşahidə Şurası bu məsələni müzakirə etdi və qərara gəldi ki, belə bir tələb qoyulmasın. Bununla belə, xaricdə təhsil alan şəxslərin sənədləri ixtisaslarına uyğun olaraq dövlət qurumlarına göndərilir. Onlara maraqlıdırsa, bu şəxs orada işləyə bilər. Öz ixtisası üzrə xaricdə işləmək istəyirsə, mane yaradılmır.
Gedən gənclərə Azərbaycan həqiqətləri, Heydər Əliyevin dövlətçilik irsi, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, milli diasporamız, dövlətçiliklə bağlı təlimlər keçirilir. Hər bir gənc Qarabağ həqiqətlərini bilməlidir, eyni zamanda, təhsil aldıqları ölkələrdə olan diaspora təşkilatları və səfirliklərlə sıx təmasda olmalıdırlar.
- Belə bir proqnozunuz varmı ki, nə qədər şəxs xaricdə qala, nə qədəri Azərbaycanda qayıda bilər?
- Düzü, belə bir proqnoz vermək çətindir. Müsabiqəyə müraciət edənlər var idi ki, əvvəlki Xaricdə Təhsil Dövlət Proqramı ilə təhsil almışdılar, amma öhdəliyi tam yerinə yetiməmişdilər. Bəzi qurumlar məsələ qaldırdı ki, onların müsabiqədə iştirak hüququ varmı? Biz sənədlərə baxanda ciddi məhdudiyyətin mövcud olmadığının şahidi olduq.
- "Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı” həyata keçirilən zaman şikayətlər var idi. Şəffaflığın olmamasından şikayətlənirdilər.
- İstənilən müsabiqənin nəticəsində qaliblərin sayı məğlubların sayından dəfələrlə az olur. Şikayətlər olur, amma bunlar arasında əsaslı ola biləcək şikayətə nadir hallarda rast gəlinir. Həmin insanlarla görüşəndə bəlli olur ki, onları narahat edən proqramın şəffaflığı deyil, bu proqramda "niyə mən qalib gəlmədim?” məsələsidir.
Bir çox hallarda onlar özü görür ki, qalib olsaydılar, bu, şəffaf seçim olmazdı. Biz hər bir müsahibəni videolentə aldıq. Qiymətləndirmədə fondla yanaşı, beş digər qurumun nümayəndəsi də iştirak etdi. Şəffaflığın artırılmasına xüsusi fikir veririk. Bu, bizim üçün çox önəmlidir. Təbii ki, fond olaraq iradlara açığıq.
O iradlar arasında elələri ola bilər ki, fəaliyyətimizin təkmilləşməsində bizə kömək olar. Xaricdə Təhsil proqramının vaxtı bitən ərəfələrdə gün ərzində onlarla şəxs şikayətlərlə müraciət edirdi. Amma ən çox müraciətlər ölkədaxili təhsillə bağlı olur. Bu günə kimi də müraciətlər gəlir.
- 2019-cu ilə yekun vurduq. Gənclər Fonu ötən il ərzində hansı işləri həyata keçirib?
- Fond qrant müsabiqələri ilə yanaşı, təhsil sahəsində də gənclərə dəstək göstərir. Gənclər Fondu ötən il ilk dəfə olaraq "Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı”nı elan etdi. İlk dəfə bunu həyata keçirdik. 47 gəncin xaricdə magistr təhsili üzrə ödənişləri Gənclər Fondu tərəfindən ödənilir.
Ötən il ölkə üzrə "Təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsi oldu ki, bunun məqsədi sosial həssas kateqoriyaya daxil olan gənclərimizin illik təhsil haqqının tam və ya qismən maliyyələşdirilməsidir. Növbəti illərdə hər iki müsabiqə daha geniş keçiriləcək. Eyni zamanda, beynəlxalq təkilatlarda gənclərin təcrübə keçməsi ilə bağlı çalışmalarımız davam etdiriləcək.
- Regionlarda gənclərlə bağlı məsələ necədir? İşsizlik var. Onlara necə kömək etmək lazımdır?
- Bu, bir reallıqdır ki, paytaxt və regionlardakı gənclər arasındakı maraqlar, ehtiyaclar tam fərqlidir. Eyni zamanda, imkanlar baxımından fərqlər var. Hazırda dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də Prezident İlham Əliyevin tapşırığı əsasında, regionlardakı gənclərin inkişafı üçün dövlət dəstəyi mexanizminin daha da artırılmasıdır.
Bilirsiniz ki, ölkəmizdə müxtəlif gənclər evləri var. Bununla yanaşı, 2019-cu ilin oktyabrın 1-dən etibarən cənab Prezidentin müvafiq Sərəncamına uyğun olaraq, regionlarda Gənclər Fondunun Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayır. Mərkəzlər dövlətin müxtəlif proqramları gənclərə çatdırılacaq.
Burada könüllülük hərəkatı, qeyri-formal təhsil, karyera təlimləri təşkil olunacaq. Bu da məşğulluqla bağlı problemlərin həll olunmasına dəstək verəcək.
- Gənclər Fondu sahibkarlığın inkişafına hansı formada dəstək göstərə bilər?
- Gənclər Fondu 2020-ci ildə məşğulluq və sahibkarlıqla bağlı iki proqram həyata keçirəcək. Bunlardan biri ilk dəfə işə düzələn gənclərin əməkhaqlarının müəyyən qisminin Gənclər Fondu tərəfindən subsidiya şəklində ödənilməsidir. Gənclərin təsis etdiyi hüquqi şəxslərin innovativ layihələrinin kredit şəklində maliyyələşdirilməsi də layihələrimiz arasındadır.
Bu istiqamət üzrə fond tərəfindən bank və bank olmayan kredit təşkilatları ilə danışıqlar aparılır. Növbəti ildən bu istiqamətdə maliyyələşmə olacaq. Burada üç tip - kiçik, orta, böyük məbləğdə kredit təklif olunur.
Bu imkanlardan 18-29 yaşlı Azərbaycan vətəndaşları yararlana biləcək. Kreditlər minimum 1000 manat, maksimum 50 min manat təşkil edəcək. Güzəştli, beş-yeddi faiz dərəcələri tətbiq olunacaq.
- Gənclər məsələsində çatışmazlıqlar nədir? Dövlət qurumları ilə əlaqələr necədir?
- Fond qarşısında qoyulan məsələ imkanların gənclərə geniş şəkildə çatdırılmasıdır. Sosial şəbəkələrdə də fəaliyyətimizi genişləndiririk, KİV-lə işləyirik. Fond tərəfindən bu il ölkəmizdə gənclərlə bağlı GencApp mobil tətbiq yaradıldı.
Dövlət qurumlarının bu tətbiqdə adminliyi var. Onlar öz proqramlarını yerləşdirirlər və gənclər də onlarla əlaqə yarada bilirlər. Gənclər rayonlara gedən zaman orada kitabxana, gənclər evlərinin harada yerləşdiyinə baxmaq imkanı əldə edirlər. Burada ödənişsiz CV forması yaradaraq istifadə etmək imkanı təqdim olunur.
Bununla yanaşı, ən son vakansiyalardan xəbərdar olurlar. Gənc artıq kompüter arxasında oturub, uzun-uzadı öz ideyası barədə yazmır, videogörüntü ilə ideyasını göndərir.
- Bu il üçün hansı hədəflər var?
- 2020-ci ildə məşğulluq və sahibkarlıqla bağlı gənclərə dəstək veriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il "Könüllülər ili” elan edildi. "Könüllülər ili” ilə bağlı genişmiqyaslı layihələr həyata keçiriləcək.
7News.Az
Xəbər lenti
-
11:55Şahramanyan həbs edilib, Balasanyan və Vardanyanın taleyi sabah bəlli olacaq
-
09:07"Bu günün uğurlarına görə Ulu Öndər Heydər Əliyevə minnətdarıq" - Səbuhi Abbasov
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”